Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-261/2025 15.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK9514106B299 saylı kredit müqaviləsinə əsasən 1800 manat əsas, 117.18 manat faiz borcu olmaqla, cəmi 1917.18 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kartına dair müqaviləyə əsasən 700 manat əsas, 117.37 manat faiz borcu olmaqla, cəmi 817.37 manat borcun və 47.35 manat ödənilmiş dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK9514106B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 35% dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir.İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit müqaviləsinə əsasən ona illik 30% faiz dərəcəsi ilə 700 manat məbləğində kredit verilmişdir.Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir.Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASCyə xx.xx.2024-cü il tarixli GTZK9514106b299 saylı kredit müqaviləsinə əsasən 1800 manat əsas, 117.18 manat faiz borcu olmaqla, cəmi 1917.18 manat borcu, xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit kartına dair müqaviləyə əsasən 700 manat əsas borc, 117.37 manat faiz borcu olmaqla, 817.37 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdriən maliyyə arayışı, cavabdehlə münahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK9514106B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 35% dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit müqaviləsinə əsasən ona illik 30% faiz dərəcəsi ilə 700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/01023 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə banka xx.xx.2024-cü il tarixli GTZK9514106B299 nömrəli kredit müqaviləsinə əsasən 1800 manat əsas, 117.18 manat faiz borcu olmaqla, cəmi 1917.18 manat, xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit kartına dair müqaviləyə əsasən 700 manat əsas, 117.37 manat faiz borcu olmaqla, cəmi 817.37 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK9514106B299 nömrəli kredit müqaviləsinə əsasən 1800 manat əsas, 117.18 manat faiz borcu, xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit kartına dair müqaviləyə əsasən 700 manat əsas, 117.37 manat faiz borcu olmaqla, cəmi 2734.55 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 47.35 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47.35 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK9514106B299 nömrəli kredit müqaviləsinə əsasən 1800 manat əsas, 117.18 manat faiz borcu, xx.xx.2023-cü il tarixli BRCB4788128B299 saylı kredit kartına dair müqaviləyə əsasən 700 manat əsas, 117.37 manat faiz borcu olmaqla, cəmi 2734.55 manat məbləğində borc və ödənilmiş 47.35 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova İş № 2(034)-261/2025 Мəhkəmə iclasından kənar ayrıca prosesual hərəkət barədə PROTOKOL «15» aprel 2025-ci il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binası Mən, Zəngilan Rayon məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılır. Prosesual hərəkət saat 09:15-də başladı. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirərək mülki işə sadələşdirilmiş icraat qaydasında mahiyyəti üzrə baxaraq məhkəmə qətnaməsini qəbul etdim. Prosesual hərəkıt sааt 09:20-də başa çatdı. Protokol “15” aprel 2025-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim:
Məhkəmə qərarları › İş №e-2(034)-261/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-261/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver