Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-264/2022 07.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh hal-hazırda Nizami rayon məhkəməsinin 03 iyun 2020-cu il tarixli qətnaməsinə əsasən alinan alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi və mediasiya sessiyası üçün ödənilmiş 50 manat xidmət haqqının alınaraq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyi üçün tərəflərin aralarında olan nikah ləğv edilmiş və övladları yetkinlik yaşına çatana kimi övladının saxlanılması üçün Cavabdeh 170 manat aliment və övladının 3 yaşına çatanadək 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi çıxarılmışdır. Artıq uzun ildir ki, iddiaçı və övladı cavabdehlə birgə yaşamırlar. Uşaqların indiki çətin bir zamanda saxlanılmasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac belə yoxdur. Cavbadehin kifayət qədər gəliri var. Onun verməli olduğu alimentin miqdarı uşağın saxlanması üçün yetərli deyildir. Hal-hazırda iddiaçı çox az aliment alır. Cavabdeh övladının digər xərclərində iştirak etmir. Onlarda olan rəsmi məlumata görə cavabdeh Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında işləyir və onun aylıq gəliri 1591 manat, illik gəliri isə 26092.39 manatdır. Tərəflər alimetin miqdarı ilə bağlı təkliflə razılığa gələ bilməmişlər. İddialarında haqlıdırlar, cavabdehin qazancının 1\4 hissəsinin tutulmasını istəyirlər. Cavabdeh uşağın müalicəsi ilə bağlı köməklik etməmişdir. Alimentin cavabdehin maaşına yönəldilməsini istəyirlər. İddiaçı uşağının yanındadır. İddiaçı alimentin 300 manat, amma maaşın 1\4 hissəsi olmasına razıdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sabit pul məbləğində etiraz edirlər, 400 manat çox ola bilər. Alimenti aylıq sabit pul məbləğində verməyə razıdırlar. Alimentin sabit pul məbləğində olmasını istəyirlər. Cavabdehin yaxın qohumları özünün işlədiyi yerdə vəzifəli şəxsdilər və onların bilməsini istəmir, utanc hissi keçirir. Sadəcə 400 manat aliment ödəməyə razıdırlar. Cavabdehin əmək haqqısı 1600 manat göstərilmiş, bu qros maaşdır. Vergi tutulanda aliment 380 manat oturacaqdır. 2600 manatın 23% çıxılır. Yerdə qalan məbləği böləndə 400 manatdan az edir. İddiaçı tərəfə təklif verilmiş, lakin razılığa gələ bilməmişlər. İddiaçının xeyrinə cavabdehin əmək haqqısından 1\4 hissəsi miqdarında aliment tutulsa, cavabdeh işdən çıxacaqdır. Sabit pul məbləğində alimentin tutulması hər iki tərəfin xeyrinə ola bilər. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, uşağı görməklə bağlı problem yaşayırlar. İddiaçı tərəf deyir ki, onlar gəlib uşağı görməmişlər. Məhkəmə tərəfindən 170 manat aliment kəsilməsinə baxmayaraq ayda 220 manat alimenti bu günə kimi ödəmişlər. İddiaçı tərəf qərəzli mövqe yürüdürlər. Nəvəsinin gələcəkdə təhsilini və başqa təlabatların öhdələrinə götürürlər. Oğlu əgər aliment maaşına yönəldildiyi halda işdən çıxıb bu ölkəni tərk edəcəyini deyir, buna görə də ayda alimenti sabit pul məbləğində ödəməyə hazırdır, oğlu ödəmədiyi halda da özü alimenti ödəyəcəkdir. Əgər prinsipə salsalar və oğlu işdən çıxrasa aliment ödəməyəcəklər. Uşağın mənafeyni düşünmək lazımdır.S onda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X4 validenyləridirlər. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi bardə xx.xx.2022-ci il tarixli arayışdan görünur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/032 nömrəli arayışdan görünür ki, Cavabdeh 2021-ci illik gəliri 26092.39 manat, aylıq gəliri isə 1591.59 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X6 anasının himayəsində qalmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehin Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında işləməsini əsas gətirərək Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olulanları və cavabdehin Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında işləməsini və onun aylıq əmək haqqının 1591,59 manat təşkil etdiyini nəzərə alaraq, məhkəmə alimentin məbləğinin hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbinin mediasiya üçün ödənilmiş 50 manat xidmət haqqının tutulması ilə bağlı məhkəmə qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-264/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-264/2022
07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver