Məhkəmə qərarları › İş №e-2(034)-270/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-270/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-270/2023 20.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı “Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4478.62 manat əsas, 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində vəsaitin və ödənilmiş 69.93 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4478.62 manat əsas, 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 4478,62 manat kredit verilmişdir. Həmçinin kredit müqaviləsinə əsasən cavabdehə ödəniş cədvəli verilmiş, lakin cavabdeh ödəniş cədvəli üzrə borcunu vaxtında ödəməmişdir. Bu səbəbdən də cavabdehin ünvanına bildiriş göndərilmiş və borcun gecikmə hissəsinin bağlanması tələb olunmuşdur. Lakin cavabdeh buna əhəmiyyət vermədən ödəniş etməmişdir. Cavabdeh ödənişləri ödəmədiyindən məhkəməyə müraciət etmək hüquqları yaranmışdır. Qeyd etmək istəyir ki, cavabdehin banka 4478,62 manat əsas borcu, 514,85 manat faiz borcu, cəmi 4993,47 manat məbləğində borc yaranmışdır. Elektron kabinet vasitəsi ilə cavabdehin etirazları ilə tanış olmuşdur. Ona dair bildirmək istəyir ki, cavabdehin etirazlarında əsaslandırdığı səbəblərin hazırki iddia ilə heç bir bağlılığı yoxdur. Çünki cavabdehin əvvəldən bir çox krediti olmuş və həmin kreditlər üzrə gecikmə borcları yaranmışdır. Cavabdehin həmin kreditlərinin bağlanılması şərti ilə kredit restrukturizasiya edilmiş, kreditlər üzrə borcu bağlanmış və hazırki kredit formalaşmışdır. Bununla bağlı həmin müqavilələrdən çıxarışları gətirmiş, ilk vərəqdə hazırkı müqavilənin çıxarışı digər üç vərəqdə isə əvvəlki 3 müqavilə üzrə çıxarışlar əks olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş etirazlar əsassızdır. 2021-ci ildə tərəfə kredit verilmiş, həmin krediti vaxtında ödəmədiyinə görə qalıq borcları restrukturizasiya edilmişdir. Qeyd etdiyi kredit müqaviləsinin şərtlərinə əməl etmədiyinə və kredit üzrə vaxtında ödəniş etmədiyinə görə ödədiyi məbləğlər faiz borcundan silinmişdir. Təqdim etdiyi müqavilə üzrə çıxarışlardan da görsənir ki, 510 manata kimi ödədiyi məbləğlər faiz borcundan silinmişdir. Cavabdeh üç kredit üzrə vaxtında ödəniş etmədiyinə görə tərəflərindən kreditin restrukturizasiya edilərək bir kredit müqaviləsi üzrə ödəniş etməsi təklif olunmuşdur. Bunun nəticəsində Cavabdehla bank arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır.Həmin kredit müqaviləsinə əsasən cavabdehə 4478.62 manat krediti hissə-hissə ödəmək şərti ilə 83 ay müddətinə verilmişdir. Hesabdan çıxarış və müqavilələr üzrə çıxarışları məhkəməyə təqdim etmişlər. Tərəf özü müqaviləyə qol çəkmiş və müqavilə bağlandıqdan sonra çox az ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbi təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, banka sonuncu ödəniş fevral ayının 8-də olmuşdur. Ümumi olaraq ödənişi 70 manatdan çox olmuşdur.Umiko kreditini tamamilə bağlamış, bir kartla ödəniş etmişdir. iddia ərizəsində yazılanlar qədər onun banka borcu yoxdur. Onun 100 manat ödəməyə imkanı çatmamışdır. 2022-ci ilin avqust ayında bankla yeni müqavilə bağlamışlar. Onun banka borcu var, amma onlar şişirdilmiş rəqəmlərdir. Bir il yarım ərzində üstünə 3000 manata yaxın pul yükləmişlər. Bankdan 21 sentyabr 2021-ci ildə 5500 manat pul götürmüşdür. Götürən gündən 71 manat ödəniş etmişdir. Ödənişləri hesablansa borcu az qalmışdır. Əvvəlki borcundan 1800 manat qalmışdır. 3500 manat borcu 5000 manat etmişlər. Yanvar, fevral aylarında 71 manat ödəniş etmişdir. 2022-ci ilin avqust ayından bu yana faiz borcunu 514 manat etmişlər. Üzərinə 2000 qədər borc yükləmişlər. İddiaçı ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 2021-ci ilin sentyabr ayında götürdüyü 3550 manat gündəlik tələbat kreditinə 2022-ci ilin fevral ayına qədər ümumilikdə 1500 manatdan çox ödəniş etmişdir. 2022-ci ilin fevral ayında əlavə olaraq 350 manat ödəniş etmişdir. Zəngilan Rayon Məhkəməsi tərəfindən çıxarılmış qanunsuz qətnamə əsasında maaşından pul tutulmuş və bunun nəticəsində işini itirmişdir. Sonradan avto qəza nəticəsində ağır xəsarət almış və bir müddət ödənişlər etməmişdir. Bununla bağlı banka da məlumat vermiş, lakin bankın əməkdaşı bu məsələnin ödənişə aidiyyatı olmadığını və ödənişlərin vaxtında ödənilməli olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayından avqust ayına kimi nə qədər faiz yükləyiblərki məbləğ 4400 manat olmuşdur. Bankdan cif kod üzrə çıxarışları tələb etmiş, verməmişlər. Müqaviləyə özü qol çəkmiş, məbləğin bu qədər olduğunu bilməmişdir. Müqavilə bağlayandan sonra ödənişlər etmiş, lakin səhhəti ilə bağlı ödənişlər edə bilməmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbi təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 4478.62 manat əsas; 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan və cavabdehə bank tərəfindən 23 dekabr 2022-ci il tarixdə göndərilmiş bildirişin surətindən görünür ki, cavabdehdən banka olan borcun öədnilməsi tələb edilmiş, əsk təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərini görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh Məmmədov X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respubliksasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/6457 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 avqust 2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 07 aprel 2023-cü il tarixə banka olan borcu ümumilikdə 4.982,27 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2023-cü il tarixinə əsas borcu 4.478,62 manat, faiz borcu isə 503,65 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6191034A122 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 20% olmaqla, 83 ay müddətinə 4478,62 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 4478.62 manat əsas, 514.85 manat faiz borcu olmaqla, cəmi 4993.47 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Həmçinin borcun düzgün hesabdanması ilə bağlı mülki iş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi edilmiş ödənişlər nəzərə alınmış və cavabdehin banka əsas borcu 4.478,62 manat, faiz borcu isə 503,65 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə özünün qol çəkməsini, avto qəza nəticəsində ağır xəsarət almasını və bir müddət ərzində ödənişlər edə bilməməsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4478,62 manat əsas, 503,65 manat cərimə borcu olmaqla, cəmi 4982,27 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 69.93 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69.93 manat dövlət rüsumu iddiaçınını özünə aid edilməlidir. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4478,62 manat əsas, 503,65 manat cərimə borcu olmaqla, cəmi 4982,27 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 69.93 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar