Məhkəmə qərarları › İş №e-2(034)-274/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-274/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-274/2025 01.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 32.642,29 manat-bundan 9.983,31 manat əsas, 11.292,16 manat faiz, 9.879,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.487,30 manat faiz borcu və iş üzrə ödənilmiş 187,93 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 zaminlik müqaviləsinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 30 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmiş,kreditin təminatı kimi mənimlə də eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra həm kredit, həm də zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmış 11.164.22 ABŞ dolları xx.xx.2016-ci il tarixədək kredtin müddəti təyin olunmuş, xx.xx.2016-cı il tarixdə 9.164.29 ABŞ dolları təşkil etmiş, xx.xx.2018-ci il tarixədk uzadılmış, xx.xx.2017-ci il tarixdə 03 nömrəli əlavə saziş bağlanmış, əlavə sazişə əsasən borc restrukturizasiya edilərək 12.894.6 manat təşkil etmişdir.Kredit müqaviləsindən əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müdətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Ona görə də qeyd olunanları nəzərə alaraq, zaminlik müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 480001941/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditorun borcalana 12.740 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11.164,22 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9.164,29 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.40 manat) 12.894,6 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 32.642,29 manat təşkil edir. Bundan 9.983,31 manat əsas, 11.292,16 manat faiz, 9.879,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.487,30 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s.bu kimi halları nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirib, iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilsməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin ərizəsinə nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdehin gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi isə digər Cavabdeh2 ilə bank arasında 480001941/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditorun borcalana 12.740 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11.164,22 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuş, kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9.164,29 ABŞ dolları təşkil etmiş, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmış, kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.40 manat) 12.894,6 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. -İş materialarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin banka cəmi borcu 32.642,29 manat-bundan 9.983,31 manat əsas, 11.292,16 manat faiz, 9.879,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.487,30 manat faiz borcu vardır. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/2858 nömrəli, 25 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02 mart 2017-ci il tarixli, 03 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 9.983,31 manat, faiz borcu üzrə 10.782,07 manat, xx.xx.2025-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 9.983,31 manat; faiz borcu üzrə 10.782,07manat, faiz borcu 5% ilə 1.458,67 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 02 mart 2017-ci il tarixli, 03 №-li əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470.1. Zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474.2.Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1 və 739.2. «Kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit kredit borcunun qaytarılmasıunun qaytarılması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit kredit borcunun qaytarılmasıunun qaytarılması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit kredit borcunun qaytarılmasıunun qaytarılması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində kredit kredit borcunun qaytarılmasıunun qaytarılması verənə qaytarmağı öhdəsinə götürür», «Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 30 ay müddətinə illik 30 % dərəcəsi ilə 12.740 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi digər Cavabdeh1 ilə bank arasında 480001941/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən 12.740 ABŞ dolları məbləğdə verilmiş kreditin qalıq məbləği 11.164,22 ABŞ dolları təşkil etmiş, Kkreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuş, 02 nömrəli xx.xx.2016-cı il tarixli əlavə əazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9.164,29 ABŞ dolları təşkil etmiş, kreditin müddəti əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Daha sonra tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.40 manat) 12.894,6 manat müəyyən edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə faiz dərəcəsi isə əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirsə də, cavabdeh isə müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirməmiş, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə edilmiş şifahi müraciətlər, habelə göndərilmiş pretenziya məktublarının heç bir nəticəsi olmamış, cavabdehlər banka olan borcun ödənilməsindən boyun qaçırmışlar. Hazırda cavabdehlərin banka olan borcu cəmi 32.642,29 manat, bundan 9.983,31 manat əsas, 11.292,16 manat faiz, 9.879,52 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu isə 1.487,30 manat təşkil edir. İddiaçı ödənilməmiş qalıq borcun cavabdehlərdən tutulmasını tələb edir Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh1 ondan bankın xeyrinə ödənilməsi nəzərdə tutulan borcla razılaşmamış, borcun yenidən hesablanması üçün iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdehin vəsatəti əsasından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2858 nömrəli, 25 iyul 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02 mart 2017-ci il tarixli, 03 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 9.983,31 manat, faiz borcu üzrə 10.782,07 manat, xx.xx.2025-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 9.983,31 manat; faiz borcu üzrə 10.782,07 manat, illik 5% olmaqla hesablanmış faiz borcu 5 1.458,67 manat təşkil etmiş, tərəflər arasında imzalanmış 02 mart 2017-ci il tarixli, 03 №-li əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 11.292,16 manat mələğində faiz borcunun tutulmasını tələb etsə də, verilmiş ekspert rəyində müqavilənin icra müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu 10.782,31 manat təşkil etmişdir. Məhkəmə hesab elir ki, verilmiş ekspert rəyində göstərilən faiz borc iddiaçının tələb etdiyi faiz borcundan fərqləndiyindən ekspert rəyində olan faiz borc nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 9879.52 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 1000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 zaminliyə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və onun ərizəsinin məzmunundan aydın olmuşdur ki, o, iddianın əsaslı və əsassız olmasından asılı olmayaraq xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Cavabdeh2 ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndində bibaşa göstərilmişdir ki, zaminliy onun təmin etdiyi öhdəlyin icrası vaxtının çatdığı 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia sürmədiyi halda zaminliyə xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, Cavabdeh2 ilə zaminlik müqaviləsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli kreditin təminatı kimi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kredit restrukturizasiya edilmiş, kreditin icra müddəti xx.xx.2017-ci il tarixədək, 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək, 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin borcun zamindən müştərək qaydada tutulması hissəsində təmin edilməməli, kreditin təminatı kimi Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli nömrəli zaminlik müqaviləsinə, həmçinin zaminlik müqavilsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 9983.31 manat əsas, 10782.07 manat faiz, 1000 manat cərimə, illik 5% hesablanmaqla 1458.67 manat faiz borcu, olmaqla, cəmi 23.224,05 manat məbləğində kredit borcu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 187.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 187.93 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 9983.31 manat əsas, 10782.07 manat faiz, 1000 manat cərimə, illik 5% hesablanmaqla 1458.67 manat faiz borcu, olmaqla, cəmi 23.224,05 manat məbləğində kredit borcu və 187.93 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xeyrinə ödənilsin. Cavabdeh1 keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddiaçı Ləğv prosesindən olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli nömrəli zaminlik müqaviləsinə və zaminlik müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli, 02 nömrəli xx.xx.2016-cı il tarixli və 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə xitam verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar