Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-277/2022 21.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4257 (dörd min iki yüz əlli yeddi) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu, ümumilikdə 4421 (dörd min dörd yüz iyirmi bir) manat pul vəsaiti tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 mart 2020-ci il tarixli ALY-21 saylı “X4” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD763857 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA036117, ağ rəng) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, cavabdeh 29 noyabr 2021-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək iddiaçıya təqdim etmişdir. İddiaçı həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkarlamışdır. Daha sonra avtomobili təmir olunması üçün “RS Avtoservis”-ə aparmışdır. Orada avtomobilə baxış keçirilərkən avtomobilin sol ön və sol arxa qapılarının, ön buferinin, alt və üst setkaların əzilərək yararsız vəziyyətdə olduğu, ön sol və arxa sol qapı şüşələrinin, sol güzgünün, ön sağ fara və duman əleyhinə faraların qırılaraq yararsız vəziyyətdə olduğu və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, armatur işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 4257 (dörd min iki yüz əlli yeddi) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 4257 (dörd min iki yüz əlli yeddi) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin ounmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında 10 mart 2020-ci il tarixli ALY-21 saylı “X4” bağlanmış və lizinq müqaviləsinin əsas məbləği 12.450 manat təşkil etmişdir. İş materiallarında olan «AZƏRMAŞ ALYANS” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tiarixli POA********** nömrəli etibarnamədən görünür ki, X3 arasında bağlanmış 10 mart 2020-ci il tarixli ALY-21 saylı “X4” əsasında lizinqə verilmiş 1 ədəd RAVON R3 markalı ** PX *** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD763857 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA036117, ağ rəng) maşın yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materiallarında olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, RAVON R3 markalı ** PX *** qeydiyyat nişanlı avtomobilinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2020-ci il tarixli 59 nömrəli icarə müqaviləsindən görünür ki, RAVON R3 markalı 99 PX836 qeydiyyat nişanlı avtomobil gündəlik 26 manat plan pulu verməklə idarə olunması üçün Cavabdeh Mirizə oğluna verilmişdir. İş materiallarına əlavə edilmiş «RS Avtoservis» tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş zərərin hessblanmasına dair akttdan görünür ki, «Ravon Nexia R3» markalı 99 PX-836 qeydiyyat nişanlı avtomobilin ehtiyayat hissələri cəmi 2707 manat, işçilikləri isə cəmi1550 manat olmaqla, ümumilikdə 4257 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 99PX836 dövlət qeydiyyat nişanlı «Ravon Nexia R3» markalı avtomaşını müqavilə əsasında idarə edən Cavabdeh avtomobili «RS» servisinin həyətinə gətirmiş, həmin avtomaşına baxış zamanı sol ön qapı, sol arxa qapı, duman əleyhinə fara (sağ-sol) ön bufer və ön sağ fara detallarına maddi ziyan dəyməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun və dəymiş zərərin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 10 mart 2020-ci il tarixli ALY-21 saylı “X4” bağlanmış və həmin müqavilə əsasında “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı lizinqə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında həmin avtomobilə dair icarə müqaviləsi bağlanmış və avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Bir müddətdən sonra cavabdeh avtomobili iddiaçıya geri qaytarmışdır. Avtomobilə baxış keçirilən zaman avtomobildə nasazlıqların olması aşkar edilmiş, ümumiyyətlə Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir.İddiaçı tərəfindən avtomobili təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış, avtomobilə baxış keçirilərkən məlum olumşdur ki, avtomobilin sol ön və sol arxa qapılarının, ön buferinin, alt və üst setkaların əzilərək yararsız vəziyyətdə olduğu, ön sol və arxa sol qapı şüşələrinin, sol güzgünün, ön sağ fara və duman əleyhinə faraların qırılaraq yararsız vəziyyətdə olduğu və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, armatur işlərinin görülməli olduğu müəyyən edilmişdir.“RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 4257 manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 4257 manat zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 4257 manat məbləğində maddi ziyan iddiaçı X2 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin cavabdehdən hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4257 manat məbləğində maddi ziyan, 64 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-277/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-277/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver