Məhkəmə qərarları › İş №e-2(034)-285/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-285/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-285/2024 05.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakimi İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməlbağır qızının katibliyi ilə, İddiaçı «Azərbaycan Yerüsütü Nəqdiyyat Agentliyi” publik hüquqi şəxsin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «Azərbaycan Yerüsütü Nəqdiyyat Agentliyi” publik hüquqi şəxsin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Agentliyin balansında olan məhəccərə dəymiş zərərin qalıq hissəsini, yəni 1097,30 manat zərərin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2(034)- 285/2024 nömrəli mülki iş üzrə sənədlərin və ödənilmiş 30 manat dövlət rüsmunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Yerüsütü Nəqdiyyat Agentliyi” publik hüquqi şəxsin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiçının özünə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı «Azərbaycan Yerüstü Nəqdiyyat Agentliyi” publik hüquqi şəxsin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Zəngilan Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü ildə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi-**********) iddiaçı «Azərbaycan Yerüstü Nəqdiyyat Agentliyi” publik hüquqi şəxsə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar