Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-286/2024 12.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, EE000107427 saylı kredit müqaviləsi üzrə 5142.35 manat əsas, 825.95 manat faiz borcu, 0.03 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, EE000241903 saylı kredit müqaviləsi üzrə 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, ümumilikdə 7564.02 manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 95.64 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000107427 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 30 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 7200 manat manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000241903 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1600 manat manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000107427 saylı kredit müqaviləsi üzrə banka borcu 5142.35 manat əsas, 825.95 manat faiz borcu, 0.03 manat cərimə olmaqla, cəmi 5968.33 manat təşkil edir. Həmçinin, Sənaye filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000241903 saylı kredit müqaviləsi üzrə banka borcu 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, cəmi 1595.69 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 95.64 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh yaşadığı yer üzrə xx.xx.2023-cü il tarixində 6-2-22/2-2798/2024 və 6-2-22/2-2797/2024 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bğlanmış xx.xx.2022-ci il tarixli Bank tərəfindən borcluya 30 ay müddətinə illik 17.9 faiz dərəcəsi ilə hesablamaqla 7200 manat məbləğində elektron təsdiq yolu ilə kredit verilmişdir. xx.xx.2022-ci ildə kredit müqaviləsi üzrə banka borcu 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, cəmi 5968.33 manat təşkil edir. Müqavilələr 25 fevarl və 6 may tarixlərində bağlanmışdır. Müqavilənin icra müddəti bitməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000107427 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 30 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 7200 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000241903 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1600 manat manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışdan görünür ki, cavabdehin banka xx.xx.2022-ci il tarixli, EE000107427 saylı kredit müqaviləsi üzrə 5142.35 manat əsas, 825.95 manat faiz və 0.03 manat cərimə borcu olmaqla, cəmi 5968,33 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışdan görünür ki, cavabdehin banka xx.xx.2022-ci il tarixli, EE000241903 saylı kredit müqaviləsi üzrə 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, cəmi 1595,69 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000107427 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 30 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 7200 manat manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmiş, həmçinin "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000241903 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə hesablanmaqla 1600 manat manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarılq edilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Hazırda cavabdehin banka hər iki kredit müqaviləsi üzrə ümumilikdə 7564.02 manat məbləğində borcu var və iddiaçı həmin borcu cavabdehdən tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000107427 saylı kredit müqaviləsi üzrə 5142.35 manat əsas, 825.95 manat faiz, 0.03 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, EE000241903 saylı kredit müqaviləsi üzrə 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 7564.02 manat məbləğində kredit borcu tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 95.64 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95.64 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000107427 saylı kredit müqaviləsi üzrə 5142.35 manat əsas, 825.95 manat faiz, 0.03 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, EE000241903 saylı kredit müqaviləsi üzrə 1357.09 manat əsas, 238.60 manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 7564.02 manat məbləğində kredit borcu, 95,64 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-286/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-286/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver