Məhkəmə qərarları › İş №e-2(034)-294/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-294/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-294/2023 24.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, 23 avqust 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün aliment məbləğinin artırılaraq, hər bir uşaq üçün hər aya 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay ümumilikdə 440 (dörd yüz qırx) manat alimentin, mediasiya rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(034)-204/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, övladları 23 avqust 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X3 analarının yanında qalması, onların saxlanması üçün 18 yaşlarına çatanadək hər uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının gəlirinin aşağı olması, cavabdehdən tutulan aliment məbləğinin az olması, iqtisadi vəziyyətin qismən çətinləşməsi, bazarda bahalaşma hallarının yaranması nəticəsində iddiaçının qeyd edilən məbləğlə uşaqlarının bütün ehtiyaclarını təmin etməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli 2(034)-204/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, övladları 23 avqust 2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 analarının yanında qalması onların saxlanması üçün 18 yaşlarına dək hər uşağa hər ay 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutlması qət edilmişdir. İddiaçının gəlirlərinin aşağı olması cavabdehdən tutulan aliment məbləğinin az olması iqtisadi vəziyyətin qismən çətinləşməsi bazarda bahalaşma hallarının olması nəticəsində iddiaçının qeyd edilən məbləğlə uşaqlarının bütün ehtiyaclarını təmin etməsi qeyri-mümkün olmuşdur. Hər uşağa 220 manat aliment istəyirlər.Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-204/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Zəngilan rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 162 saylı nikah qeydi ləğv edilmiş, 23 avqust 2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh 23 avqust 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətlərndən görünür ki, tərəflər 23 avqust 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-02593 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş və «Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Məhəməmd oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «AZNEFT» İstehsalat Birliyindəç bağban işləyir və aylıq əmək haqqısı 734.45 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-204/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşaqların saxlanması üçün ödənilən cəmi 350 manat məbləğində aliment uşaqların heç bir təlabatını ödəmir. Uşaqlar böyüdükcə onların maddi təlabatları günü-gündən artır. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Hazırkı iqtisadi vəziyyətdə cavabdeh tərəfindən ödənilən aliment uşaqlarının ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Tək qadın olaraq uşaqların təlabatlarını ödəməkdə çox böyük çətinlik çəkir. Ona görə də məhkəmədən alimentin artırılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə yanaşı, alimentin artdırılması ilə bağlı öz etiraz və fikirlərini məhkəməyə bildirməmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqların mənafelərini, cavabdehin stabil gəlirinin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-204/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay hər uşağa 200 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. İddiaçının mediasiya rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mediasiya xərci məhkəmə xəriclərinə aid olmadığdan iddiaçının tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-204/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar