Məhkəmə qərarları › İş №e-2(034)-349/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-349/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-349/2025 04.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətdi Cəmiyyətinin nümayandəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5042 manat 20 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 21 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 132x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, belə ki,İddiaçı MMC-nin – OBA 5 MKR 2 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin cəmiyyətə 8440 manat 15 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdehnun halhazırda İddiaçı MMC-yə ümumilikdə 5042 manat 20 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, akt tərtib olunanda 8440 manat olmuşdur.Məlum olduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 132x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin – OBA 5 MKR 2 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü itlarixində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 8440 manat 15 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdehnun hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5042 manat 20 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdehə artıq 3000 manat güzəşt olunmuş və buda aktda öz əksini taamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5042 manat 20 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 21 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında mağazada satıcı-kassir işləməsini, inventarizasiya onun iştirakı ilə keçirilməsini və aktlara özünün imza etməsini bildirmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Bakı Şəhər 20 saylı Mediasiya təşkilatının MŞB/20/2024-00351 saylı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sesiayasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki Cavabdeh mediasiya prosesində istirak etməmişdir. -İş materiallaırnda olan "xxxx" MMC-də çalışmış Cavabdeh Niyazi qızının maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Niyaz qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023- cü il tarixində 8440.15 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5042.20 manat borcu qalmış, beləliklə Cavabdeh Niyazi qızının 30 aprel 2024-cü il tarixinə "OBA Market” MMCyə olan ümumi borcu 5042.20 manat təşkil edir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, onun İddiaçındə işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış, 5042,2 manat əskikgəlmə aşkar edilmiş və 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. -İş materiallarında olan İddiaçı “Təbii itki normalarının tətbiqi haqqında» xx.xx.2023-cü il tarixli 117 nömrəli əmrlən görünür ki, OBA MARKET" MMC-nin mağazalannda keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normalan" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Niyazi qızından tələb olunması əmr edilmişdir. -İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli 020 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentində satıcı-kassir vəzifəsində işə qəbul edlmiş və həmin tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. -İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli «Vəzifə dəyişikliyi haqqında» 272 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departametinin satış şöbəsində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə onula X4 haqqında müqavilə bağlanmışdır. -İş matermallarında olan İddiaçı işdən azad etmə haqqında xx.xx.2023-cü il tarixli 132x saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh öz ərizəsi əsasında cəmiyyətin satış departametinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xitam verilmişdir. -İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli inventarizasiya komissiyasının iltizamnaməsindən görünür ki, Cavabdeh sayımda tam iştirak etmiş və iltizamnaməni imzalamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 191.1. 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 194.1.Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. MAddə 199. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vunduğu ziyana X4 daşıyırlar. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh cəmiyyətdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, daha sonra cəmiyyətin xx.xx.2021-ci il tarixli əmri ilə o, “administrator” vəzifəsinə keçirilmiş və onunla “X4” haqqında müqavilə imzalanmışdır. Cavabdeh cəmiyyətin xx.xx.2023-cü il tarixli 132x saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Belə ki, cavabdeh işlədiyi müddət ərzində intizam xətasına yol vermiş, cəmiyətin OBA 5 MKR 2 mağazasında çalışdığı zaman, yəni xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin cəmiyyətə 8440 manat 15 qəpik zərər vurması aşkar edilmiş və bu ziyan cavabdehin özünün də iştirakı ilə tərtib edilmiş “İnventarizasiya Nəticələrinə” dair aktda öz əksini tapmış, yoxlama zamanı cəmiyyətə dəymiş ziyanın müvafiq hissəsi şirkət tərəfindən cavabdehə güzəşt edilmiş və ykun olaraq cavabdehin cəmiyyətə ümumilikdə 5042,20 manat məbləğində borcu qalmışdır. Cavabdehin cəmiyyətə 5042,20 manat məbləğində borcunun olması ilə bağlı o, dəfələrlə məlumatlandırılmış, xəbərlarlıq edilmiş, lakin cavabdehə ona edilmiş xəbərlarlıqdan özünə heç bir nəticə çıxarmamış və cəmiyyətə olan borcu bu günə kimi ödənilməməmiş olaraq qalmışıdr. Hazırda iddiaçı cavabdehdən onlara vurduğu 5042,20 manat məbləğində borcunun ödənilməsini tələb edir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının ona qarşı irəli sürdüyü tələbi qəbul etməsə də, sayımın onun iştirakı ilə keçirilməsini və aktlara imza etməsini bildirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5042.2 manat məbləğində maddi ziyan tutlaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin mediasiya xərcinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığndan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 21 manatı cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5042.20 manat məbləğində vurulmuş maddi ziyan və ödənilmiş 21 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar