Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-366/2024 19.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı «NAS X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 9990.63 manat əsas, 983.29 manat faiz, 26.27 manat cərimə borcu omaqla, cəmi 11000.19 manat kredit borcun, ödənilmiş 125 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11125.19 manat borcun Cavabdeh tutularaq, "xxxx" ASC-yə ödənilməsi və tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı, BAN №SJNFBAF15Z6479939, Mühərrik 337815R nömrə avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında ikinciyə illik 32 faiz hesablanmaqla 24 ay müddətinə 12.970 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 039/23A nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə BB № 386501 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı, BAN №SJNFBAF15Z6479939, mühərrik 337815R nömrəli avtomobilin ipoteka ilə yükledilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Hal-hazırda kredit müqaviləsi üzrə Cavabdeh bu gün üçün 9990.63 manat əsas, 983.29 manat faiz, 26.27 manat cərimə borcu olmaqla, cəmi 11000.19 manat kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 039/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq AA№148576 nömrəli çıxarışa əsasən Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı 77KA792 dövlət qeydiyyat nişanlı BAN № SJNFBAF15Z6479939 mühərrik 337815R nömrəli avtomobilə tutma yönəldilməsinə başlayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmçinin, xx.xx.2023-cü il tarixli, 039/23A saylı ipoteka müqaviləsinin 9.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda; Belə ki, hal-hazırda "xxxx" ASC ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış kredit borcu Cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Bu halda kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli kredit müqaviləsinə əsasən illik 36 faiz olmaq şərti ilə 12.970 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin xx.xx.2024cü il tarixə 9990.63 manat əsas, 858.96 manat faiz borcu, 17.41 manat cərimə borcu vardır. İş materiallarında olan və iddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin tam şəkildə yerinə yetirilməsi xahiş olunmuş, 5 iş günü ərzində vaxtı keçmiş kredit və faiz borcları ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının «Daşınar əmlakın yüklülüyü haqqında» qanunun tələbinə əsasən xx.xx.2023-cü il tarixli, 039/23A saylı ipoteka müqaviləsi üzrə girov qoyulmuş «Nissan Juke» minik markalı avtomobilin satışı hesabına borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan və iddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, ipoteka müqaviləsinin 7.8-ci bəndinə əsasən ioteka saxlayanın Azərbaycan Respublikası “İpoteka haqqında” qanununun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutma yönəltmək hüququnun olması bildirilmişdir. İş materiallaırnda olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 148576 nömrəli xx.xx.2923-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ilədək “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınar əmlakın dövlət reyestrində 039/23a nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş“NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 142/24 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 039/23A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 32 faiz olmaq şərti ilə 24 ay müddətinə 12.970 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit öhdəliyinin vaxtında icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 039/23A nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77 KA792 dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında icra etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, kredit borcunun ödənilməsi ilə bağlı edilmiş xəbərdarlıqlar isə heç bir nəticə verməmişdir. Hazırda cavabdehin iddiaçıya 9990.63 manat əsas, 983.29 manat faiz, 26.27 manat məbləğində cərimə borcu var və iddiaçı həmin borcu cavabdehdən tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda İsə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın tələbin ipoteka predmeti olan daşınar əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 317-ci maddəsinə əsasən «Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414–416-cı maddələrinə uyğun olaraq həyata keçirilir». Beləliklə, iddiaçı MM-nin yuxarıda qeyd olunan, habelə 319, 414 – 416-cı maddələrində əsasən cavabdehin ipoteka predmeti olan əmlakının açıq hərracdan satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9990.63 manat əsas, 983.29 manat faiz, 26.27 manat cərimə borcu omaqla, cəmi 11000.19 manat məbləğində borc iddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən tutma ipoteka predmetinə yönəldilərək, Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrcada satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənilməli, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9990.63 manat əsas, 983.29 manat faiz, 26.27 manat cərimə borcu omaqla, cəmi 11.000.19 manat məbləğində borc və 125 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “NAS X1 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus olan «Nissan Juke» minik markalı, 77KA792 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrcada satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh banka olan borcu ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-366/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-366/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver