Məhkəmə qərarları › İş №e-2(034)-37/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-37/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-37/2024 19.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun alınması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun alınması tələbinə dair» iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13395.08 manat əsas, 1298.09 manat faiz borcu olmaqla, cəmi 14693.17 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 134.48 manat dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 13395.08 manat, faiz borcu 1298.09 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirlər ki, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 14693.17 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13.689,97 manat əsas, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997.19 manat faiz, xx.xx.2023-cü il tarixdən (maliyyə arayışında olan) xx.xx.2024-cü il tarixə illik beş faiz 516,80 manat, cəmi 15.203.99 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh şəxsi məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15.000 manat məbləğində kredit verilmişdir. İddia tələbində Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.395.08 manat əsas,1.298.09 manat faiz borcu olmaqla, cəmi 14.693.17 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 134.48 manat dövlət rüsumunun tutulması xahiş edilmişdir. Cavabdeh Azər-Türk Bank” ASC-nin xeyrinə 13.689.97 manat əsas, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997.19 manat faiz, xx.xx.2023-cü il tarixdən maliyyə arayışında olan xx.xx.2024-cü il tarixə illik beş faiz 516.80 manat, cəmi 15203.99 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Müqavilənin icra müdədti bitməmişdir. Cavabdeh 3089 manat ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dindəyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi (istehlak) məqsədləri üçün illik 16 faiz olmaqla, 48 ay müddətinə nağd şəkildə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, cavabdehin banka 13395.08 manat əsas, 1298.09 manat faiz borcu olmaqla, cəmi 14693.17 manat məbləğində borcu vardır. İş materiallarında olan və bank tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli 6-3/0/08-3483 nömrəli pretenziya məktubundan görünür ki, 5 iş günü ərzində 757.34 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi, əks təqdirdə kredit müqaviəsinə vaxtından əvvəl xitam verilməklə banka olan 13.395,08 manat əsas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan və iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1045 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ekspert qarşısında qoyulmuş suala görə xx.xx.2023-cü İl tarixədək (sualda göstərilən tarix) illik 16%-lə, xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) illik 5%-iə faiz hesablanmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 13.781,23 manat məbləğində və xx.xx.2023cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 14.064,54 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13.689,97 manat, faiz borcu üzrə 91.27 manat (illik 16%-lə), xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13.689,97 manat, faiz borcu üzrə 91.27 manat (illik 16%-lə), faiz borcu üzrə 283,31 manat (illik 5%-lə) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi (istehlak) məqsədləri üçün illik 16 faiz olmaqla, 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun banka borcu yaranmışdır. Müqavilənin icra müddəti xx.xx.2026-cı il tarixdə bitməlidir.Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyinə görə iddiaçı 12 may 2023-cü il tarixdə cavabdehə pretenziya göndərməklə cavabdehin borcunu 5 gün ərzində ödəmədiyi halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi barədə öz iradə ifadəsini bildirmişdir.Cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur ölmuşdur.Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl iddiaçı tərəfindən, iddiaçının kredit müqaviləsinə xitam veriləcəyi barədə iradə ifadəsini cavabdehə bildirdiyi 12 may 2023-cü il tarixdən xitam verilmiş sayılır. Mülki iş üzrə məhkəmənin qərardadına əsasən verilmiş ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2023-cü İl tarixədək illik 16%-lə hesablamaqla banka 13.686.97 manat əsas borcu,91.27 manat faiz borcu olmaqla,cəmi 13.781,23 manat məbləğində və kredit müqaviləsinə xitam verilmiş sayıldığı xx.xx.2023-cü il tarixdən iddiaçının borcun tələb etdiyi xx.xx.2023-cü il tarixədək illik 5%- faiz hesablanmaqla faiz borcu 283.31 manat təşkil etmişdir ki, ümumilikdə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan faiz və əsas borcu 14.064,54 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbinin həcminin artdırılması barədə ərizə verərək, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək faiz borcunun 997,19 manat tutulmasını, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək illik 5% hesablamaqla 516.80 manat məbləğində borcun tutulmasını tələb etmişdir.Lakin eksper rəyi ilə faiz borcu illik 16%-lə 91.27 manat təşkil etdiyindən məhkəmə faiz borcunun ekspert rəyinə əsasən tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğv etmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə 1 məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, Kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13689,97 manat əsas, 91.27 manat faiz, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək faiz borcu 283.31 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən hesablanmış illik 5 faiz dərəcəsi ilə 516.80 manat faiz borcu olmaqla, cəmi 14581.35 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 134,48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 134,48 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 200 manat məbləğində ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13689,97 manat əsas, 91.27 manat faiz, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən hesablanmış illik 5 faiz dərəcəsi ilə cəmi 800.11 (283.31+516.80) manat faiz borcu olmaqla, cəmi 14581.35 manat məbləğində borc və 134.48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X1 xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 200 manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar