Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-382/2025 22.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ödənilməmiş 2689,98 manat əsas borc, 12,91 manat faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat borcun və borc tam ödənilənə qədər yaranan faiz borcunun (19,2 % illik faiz dərəcəsi), 47 manat dövlət rüsumu və 100 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir tanıyır və onlar bir müddət eyni iş yerində əmək fəaliyyətilə məşğul olmuşlar. 20 fevral 2025-ci il tarixində Cavabdeh onazəng edərək ondan 3000 (üç min) manat məbləğində borc pul istəmiş, həmin vaxtı ona bu məbləğdə vəsaitinin olmadığını bildirmiş, buna baxmayaraq, cavabdeh oğlunun guya yol nəqliyyat hadisəsi törətdiyini, nəticədə üçüncü şəxsin sağlamlığına zərər dəydiyini və həmin zərərçəkmiş şəxsin onlardan yüksək məbləğdə pul tələb etdiyini bildirərək, bu məsələni"ana kimi başa düşməsi"ni xahiş etmiş və ondan dəfələrlə maddi yardım istəmişdir. Cavabdeh tərəfindən təqdim edilən məlumatların təcili və emosional xarakter daşıması, xüsusilə də onun övladının guya yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə başqa bir şəxsin sağlamlığına ciddizərər vurması barədə iddiaları, habelə zərərçəkmiş şəxsin ailəsindən yüksək məbləğdə təzminat tələb olunması barədə söylədikləri ona ciddi psixoloji və mənəvi təsir göstərmişdir. Cavabdeh ona bir ana kimi vəziyyətə anlayışla yanaşmalı olduğunu təkid edərək onun emosional vəziyyətindən suiistifadə etmiş, onu vicdani və mənəvi məsuliyyət hissinə salaraq maddi yardım göstərməyə sövq etmişdir. Cavabdeh yaranmış vəziyyətin guya “təcili və qaçılmaz” olduğunu vurğulamış, bu çətinliyə yalnız onun dəstəyi ilə çarə tapa biləcəyini dəfələrlə bildirmiş və bu yolla onun psixoloji təsir altında qərar qəbul etməsinə səbəb olmuşdur. Cavabdeh dəfələrlə və qəti şəkildə bildirmişdir ki, borc kimi alınmış vəsaiti həmin məbləğə hesablanacaq faizlərlə birlikdə, ən qısa müddət ərzində geri qaytaracaqdır. Bu bəyanatlar və təkrarlanan vədlər nəticəsində, o, cavabdehin dediklərinə inanaraq bank kreditinə müraciət etməyə razılıq vermiş, kredit müraciətini etdikdən sonra bu barədə cavabdehlə təkrar əlaqə saxladıqda, cavabdeh ehtiyat tədbiri kimi kreditin aylıq ödənişlərlə rəsmiləşdirilməsini tövsiyə etmiş və bir daha onu əmin etmişdir ki, borc aldığı pulu tam məbləğdə və faizləri ilə birgə ən qısa zamanda geri qaytaracaqdır. Daha sonra o, bankdan aldığı 3000 (üç min) manat məbləğində vəsaiti Cavabdeh şəxsən təhvil vermişdir. Bütün qeyd olunanları sübut edən tərəflər arasında aparılmış whatsapp yazışmaları, (cavabdehin borcun mövcudluğunu təsdiq edən ifadələriəlavə edilmiş faylda işarələnmişdir) iddia ərizəsinə əlavə edilmişdir. O, cavabdehə 3000 (üç min) manat məbləğində pulu təhvil verməsindən təxminən bir həftə sonra ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən təqdim edilən məlumatlar həqiqətə uyğun deyil, onu bilərəkdən və məqsədlişəkildə aldatmaqla, yalan məlumat verməklə onun etibarından sui-istifadə etmiş və bu yolla maddi vəsaitini ələ keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh yalnız iddiaçıya qarşı deyil, eyni zamanda bir neçə başqa şəxsə qarşı da oxşar üsullarla-müxtəlif uydurma və əsassız səbəblər göstərməklə pula lmağa çalışmış və onlardan da müxtəlif məbləğlərdə vəsait əldə etmiş, lakin həmin şəxslərin heç birinə vəd etdiyi kimi borcu geri qaytarmamışdır. Cavabdehin bu cür davamlı və sistemli şəkildə aldatma yolu ilə başqalarının əmlakını ələ keçirməsi faktları bir sıra şəxslər tərəfindən də təsdiq olunmuş, nəticədə bu hallarla bağlı şikayətlər artmışdır. Məhz bu davranışlarının aşkara çıxması və iş yerində də etik prinsiplərin pozulması səbəbindən cavabdeh çalışdığı müəssisədən intizam xarakterli əsaslarla əmək münasibətlərinə xitam verilməklə işdən azad edilmişdir. Bu hallar cavabdehin hərəkətlərinin qəsdən və sistemli şəkildə həyata keçirildiyini, digər şəxslərə də eyni niyyətlə yanaşdığını və məqsədinin sadəcə olaraq aldadaraq maddi vəsait əldə etmək olduğunu sübuta yetirən ciddi əsaslardır. Qeyd olunan kredit borcu ilə bağlı Cavabdeh tərəfindən yalnız iki dəfə faizlər daxil olmaqla 405 manat məbləğində ödəniş edilmiş, lakin qalan məbləğlərə dair ödəniş həyata keçirilməmişdir. Beləliklə, hazırda Cavabdeh ona 3000 (üç min) manat əsas borc və kredit müqaviləsinə əsasən, bugünki tarixə görə 2689,98 manat əsas borc, 12,91 manat faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat borcu yaranmışdır. Həmçinin mövcud borca 19,2% illik faiz hesablanmışdır. Onun tərəfindən 21 aprel 2025-ci il tarixində Cavabdeh yazılı formada pretenziya məktubu göndərilmiş, həmin müraciətdə o, cavabdehdən aldığı 3000 (üç min) manat məbləğində borcun təcili və tam şəkildə geri qaytarılmasını tələb etmişdir. Lakin. bu müraciətə baxmayaraq, cavabdeh tərəfindən indiyədək borcun ödənilməsi təmin olunmamış, öhdəlik tam yerinə yetirilməmişdir. Bundan əlavə, cavabdeh onun sonrakı müraciətlərinə adekvat və konstruktiv cavablar vermək əvəzinə, qeyri-müəyyən və mənası açıq olmayan, psixoloji təsir yaratmağa yönəlmiş ifadələr işlətmiş, o cümlədən, "haqqında şad xəbərlər eşidəcəksən" kimi təhdidə yaxın, qeyriciddi cavablar verərək onun narahatlığını daha da artırmışdır. Bu cür davranışlar cavabdehin məsuliyyətdən yayınmaq niyyəti ilə hərəkət etdiyini və borcun qaytarılması niyyətində olmadığını göstərir. Cavabdeh eyni zamanda ünvanını tez-tez dəyişdirməklə, onunla birbaşa əlaqə yaratmasının qarşısını almağa çalışmış, onun zənglərini cavabsız qoymuş, mesajlara reaksiya verməmişdir. Bu hallar onda cavabdehin borcun ödənilməsindən yayınmağa çalışdığı və vəsaitin geri qaytarılmayacağına dair ciddi şübhələr yaratmışdır. Nəticədə, o, bu hadisədən sonra ciddi mənəvi və psixoloji sarsıntı keçirmiş, davamlı gərginlik şəraitində yaşamış və bu vəziyyət onun ümumi sağlamlıq vəziyyətinə mənfi təsir etmişdir. Onun səhhətində yaranmış problemlərlə əlaqədar həkimə müraciət etməsi zəruri olmuş və bu isə sənədlərlə (xəstəlik vərəqəsi) təsdiqlənmişdir. Borcun qaytarılmaması ilə yanaşı, cavabdehin qeyri-ciddi və məsuliyyətsiz davranışı onun maddi vəziyyətini daha da çətinləşdirmiş, ailə və sosial münasibətlərində problemlərə səbəb olmuşdur. Yuxarıda qeyd olunan bütün halları nəzərə alaraq, o, borcun könüllü şəkildə qaytarılacağına dair inamını tamamilə itirmiş və yalnız qanunvericiliyin imkan verdiyi hüquqi yollarla-məhkəmə müdafiəsi vasitəsilə pozulmuş hüquqlarının bərpasına nail olmaq məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil daha sonra məhkəməyə təqdim etdiyi izahatını iddia tələbinin dəqiqləşdirilməsi kimi qəbul edilməsini, ödənilməmiş 2689,98 manat əsas borc, 12,91 manat faiz borcu olmaqla, ümumilikdə 2702,89 manat borcun, 47 manat dövlət rüsumunun və 100 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsdən borc istəmiş, iddiaçı da Kapital Bankdan kredit pul götürərək cavabdehə vermişdir. Cavabdeh iki dəfə 200 manat olmaqla, ümumilikdə 400 manat ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını, ödənilməmiş 2689,98 manat əsas borc, 12,91 manat faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat borcun, 47 manat dövlət rüsumu və 100 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 3000 (üç min) manat əsas borc kredit müqaviləsinə əsasən, bugünkü tarixə görə 2689,98 manat əsas borc, 12,91 manat faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat borc yaranmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bir neçə adamdan müəyyən məbləğlərdə pul almış və qaytarmamışdır.Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh heç bir məhkəmə iclasında iştirak etmədəyindən işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Union» Vəkil Bürosu ilə İddiaçı arasınıda bağlanmış hüquqi yardımın göstərilməsi haqqında EM-2743VK- 22507/25 nömrəli müqavilədən görünür ki,hüquqi yarmıdmma görə haqq qarşılıqlı razılıqla 100 manat məbləğində müəyyən edilmişdir. -İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanımş xx.xx.2025-ci il tarixli GTZK2883214C299 nömrləi kredit müqviləsindən görünür ki, iddaiçı İddiaçı 48 ay müddətinə illik faiz dərəcəsi 19.2% olmaqla, 3000 manat kredit götürmüşdür. -İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli Kapital Bank ASC-nin GTZK2883214C299 saylı kredit müqviləsi üzrə xx.xx.2025-ci il tarixində 200 manat və xx.xx.2025-ci il tarixdə 205 manat olmaqla, cəmi 405 manat ödəniş edilmişdir. -İş materiallarına əlavə edilmiş və tərəflər arasında olan whatsap yızışmalarından aydın olur ki, cavabdeh iddiaçıdan borc pud almasını və həmin borcu qaytaracağını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqişəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığıməbləğinə hesablanır. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbinialmış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 242.Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244.Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər uzun müddətdir ki, bir-birlərini tanıyırlar, belə ki, onlar bir müddət eyni iş yerində əmək fəaliyyətilə məşğul olmuşlar. xx.xx.2025-ci il tarixində Cavabdeh ona təcili pul lazım olduğundan iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlamış, iddiaçıdan 3000 manat məbləğində borc pul istəmiş, cavab olaraq iddiaçı o, qədər məbləğdə pulun olmamasını bildirsə də, cavabdeh buna baxmayaraq, oğlunun guya yol-nəqiyyat hadisəsi törətməsini, hadisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına zərər dəyməsini, zərərçəkmiş şəxsin yüksək məbləğdə ondan pul tələb etməsini bildirmiş, hətta bununla bağlı sənədləri iddiaçıya təqdim etmişdir. İddiaçı da öz növbəsində cavabdehi uzun müddət tanıdığından və bir yerdə işlədiklərindən cavabdehin dedikərinə inanmış, maddi köməklik kimi banka müraciət etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanımş xx.xx.2025-ci il tarixli GTZK2883214C299 nömrəli kredit müqviləsinə əsasən bankdan 48 ay müddətinə illik faiz dərəcəsi 19.2% olmaqla, 3000 manat məbləğində kredit götürmüşdür. İddiaçı bankdan götürdüyü 3000 manat məbləğində pulu cavabdehə vermiş, cavabdehdə öz növbəsində həmin pulu qaytaracağına iddiaçını inandırmış və kredit borcundan cavabdeh iki dəfə xx.xx.2025-ci il tarixində 200 manat və xx.xx.2025-ci il tarixində 205 manat “Milliön elektron sistemi ilə Kapital Bank”a ödəniş etmişdir. Lakin, bir müddətdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehin iddiaçıya təqdim etdiyi sənədlər saxta olmuş, iddiaçı kimi bir neçə şəxsi də aldadaraq onların pullarını ələ keçirmiş, sonradan həmin pulları qaytarmaqdan imtina etmişdir. Dəfələrlə iddiaçı tərəfindən pulun qaytarılması ilə bağlı cavabdehə edilmiş müaraciətlərin heç bir əhəmiyyəti olmamış, cavabdeh bu günə kimi idiaçıdan aldığı pulu qaytarmadığından iddiaçı da məhkəməyə müraciət etmək qərarına gəlmiş, cavabdehdən borcla yanaşı, ona hesablanmış faizi, hüquqi yardımla bağlı ödədiyi xidmət haqqını, həmçinin ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulmasını tələb edir. Bundan başqa, iddiaçının bankdan 3000 manat məbləğində kredit götürməsi, həmin pulu cavabdehə verməsi, cavabdehin isə aldığı borcu qaytaracağı tərəflər arasında olan whatsap yazışmaları ilə də təsdiq olunur. Hal-hazırda cavabdehin iddiaçıya ümumilikdə 2702.89 manat borcu yaranmışdır.Həmin borcu da iddiaçı cavabdehdən tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021ci il tarixli qərarına əsasən, whatsapp danışıq və yazışmalarıəqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcələnin 76.3-cü maddəsi ilə nəzərdə tutulan halara aid edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödənilməmiş 2689,98 manat məbləğində əsas borc, 12,91 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat məbləğində borc və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilməmiş 2689,98 manat məbləğində əsas borc, 12,91 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə, 2702,89 manat məbləğində borc, göstərilmiş hüquqi yardıma görə ödənilmiş 100 manat və 47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-382/2025
Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(034)-382/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver