Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-39/2024 17.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13115.45 manat məbləğində əsas borc, 1675.24 manat məbləğində faiz borcu, 331.01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15121.7 manat məbləğində borcun və 136 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 20.5% olmaqla 16.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında ekspert rəyi ilə razı olduqlarını bildirərək qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 20.5% olmaqla 16.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdehdən 1280 manat komissiya haqqı tutulmuş və cavabddeh martın 30-na kimi ödəniş etmişdir. Cavabdeh gecikmələrlə ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında verilmiş rəydə borcun çox yazılmasını, rəylə razı olmamasını bildirərək, qeyd etmişdir ki, bankdan kredit götürmüş, amma bank tərəfindən kredir borcu düzgün həsablanmamış, borc şişirdilib hesablanmışdır. Belə ki, o, bir il ərzində hər ay vaxtlıvaxtında 495-500 manat ödəmklə 6000 manat pul ödəmişdir. Sonradan yanvar ayından işi bağlandığı üçün ödəniş edə bilməmişdir. Ona bankda zamini olmadığı üçün ondan 1280 manat pul tutulacaqlarını bildirmişlər. O, bir il ödəniş etmiş, bank borcu çox yazmışdır. Sonda cavabdeh məhəkmədən cərimə borcunun silinməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 20.5% olmaqla 16000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 13115.45 manat məbləğində əsas borc, 1675.24 manat məbləğində faiz borcu, 331.01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15121.7 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/152 nömrəli, 14 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 01 fevral 2022-ci il tarixli, CC/81613/84/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə-13.122,95 manat; faiz borcu üzrə-1.506,65 manat. İddia tələbinin tarixinə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13.122,95 manat; faiz borcu üzrə1.506,65 manat, faiz borcu 5 faiz ilə-40,10 manat. Ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13.122,95 manat, faiz borcu üzrə 1.506,65 manat, faiz borcu 5 faiz ilə 253,35 manat. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01 fevral 2022-ci il tarixli, CC/81613/84/15 №-li kredit müqaviləsinin 2.4 bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 20.5% olmaqla 16.000 manat məbləğində kredit vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və banka 13115.45 manat məbləğində əsas borc, 1675.24 manat məbləğində faiz borcu, 331.01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15121.7 manat məbləğinə borcu yaranmışdır. Cavabdeh bank tərəfindən borcun düzgün hesablanmamasını bildirmiş və onun vəsatəti əsasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyinə əsasən banka maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə-13122,95 manat, faiz borcu üzrə-1.506,65 manat, iddia tələbinin tarixinə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13122,95 manat, faiz borcu üzrə 1.506,65 manat, faiz borcu 5 faiz ilə-40,10 manat, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13.122,95 manat, faiz borcu üzrə 1.506,65 manat, faiz borcu 5 faiz ilə 253,35 manat təşkil etmişdir.Tərəflər arasında imzalanmış 01 fevral 2022-ci il tarixli, CC/81613/84/15 №-li kredit müqaviləsinin 2.4-cü bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Məhkəmə, iddiaçının cavabdehdən iddia verildiyi tarixə olan borcunun tutulmasını tələb etdiyini nəzərə alıb hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən iddia tələbinin tarixinə, yəni xx.xx.2023-cü il tarixə olan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının müqavilə üzrə tələb etdiyi 331.01 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizlərinin tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, kredit müqaviləsi üzrə cəriməni azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cöstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.115,45 manat əsas, 1506,65 manat faiz, 50 manat cərimə, xx.xx.2023-cü il, yəni iddia verilən tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən illik 5 faiz ilə 40,10 manat olmaqla, cəmi 14.712,20 manat məbləğində borc İddiaçı X4 xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 136 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 136 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı Cavabdeh və 50 manatı isə İddiaçı X2 tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.115,45 manat əsas, 1506,65 manat faiz, 50 manat cərimə, xx.xx.2023cü il, yəni iddia verilən tarixədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən illik 5 faiz ilə 40,10 manat olmaqla, cəmi 14.712,20 manat məbləğində borc və 136 ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X5 ödənilsin. Cavabdeh ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddiaçı X2 ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-39/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-39/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver