Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-390/2023 21.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun miras qalmış vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun miras qalmış vərəsələrdən tutulması” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1494.61 manat borcun, ödənilmiş 34.94 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, mərhum borclu X4 vərəsələri olan Cavabdeh4, övladları Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndələri Cavabdeh4 vasitəsilə) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1494.61 manat borcun, ödənilmiş 34.94 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Bakıxanov şöbəsi ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X6 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla, 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1xx.xx.2021-ci il tarixdə 2V-5 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X5 Banka ödənilməmiş qalan 1494.61 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 34.94 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, "xxxx" ilə X8 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə 16%-lə 2500 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borc alan kreditləri və hesablamış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Borc alan vəfat etdiyindən bununla bağlı tərəflərindən vəkil sorğusu verilmiş, Bakı şəhər 20 saylı Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən X5 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qanuni vərəsəsi Cavabdeh4 pay almışlar. Bank öz hüququndan istifadə edərək ölmüş şəxsin vərəsələrinə qarşı borcun həmin şəxslərdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Bununla bağlı tərəflərindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, lakin xəbərdarlığa onlar tərəfindən heç bir cavab verilmədiyindən tərəflərindən məhkəməyə müraciət edilmşdir. Məhkəmədən xahişləri ölmüş şəxs X5 vərəsələri-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qanuni vərəsəsi Cavabdeh4 1494.21 manat ümümi borc, 34.90 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqının tutularaq Azərbaycan Beynəlxalq Bankına ödənilməsidir. Müqavilə xx.xx.2020-ci ildə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müddəti xx.xx.2022-ci ildə bitmişdir. Yanvarda müqavilə bağlanmış, cavabdeh isə iyul ayında rəhmətə getmişdir. Əsas borcu tələb edirlər. Şəxs vəfat etdiyi üçün faizləri dayandırmışlar. 1494.61 manat borcu qalmış, borcdan 1000 manat ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, pulu yoldaşı götürmüş, yoldaşı rəhmətə getmişdir. Digər cavabdehlər övladlarıdır. Borcu ödəməyə imkanı yoxdur. Yoldaşı krediti müalicəsi üçün götürmüşdür. Yoldaşı xərçəng xəstəsi olmuşdur. Mağazada xadimə işləyir. Ən böyük övladı 13 yaşındadır, onların məktəbi, həkimi var çatdıra bilmir. Çox çətin vəziyyətdədir. Sonda cavabdeh borcu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC-nin Bakıxanov şöbəsi ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X6 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla, 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə mədə cisminin bədxassəli yenitörəməsi xəsətəliyindən Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 1494.61 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X4 vərəsələri-ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1\4 irs almışlar. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydalda təsdiq edilmiş surətlərindən görünür ki, X9 və Cavabdeh4 xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 valideyləridirlər. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmadıqları müəyyən olunduğundan və onların cavabdeh qismində çıxış edə bilmədiklərini nəzərə alıb, iddiaçı borcun mərhum borclu X4 vərəsələri olan həyat yoldaşı və övladlarının qanuni nümayəndəsi Cavabdeh4 tutulmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-49-cu maddələrinin tələblərini rəhbər tutmaqla xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 yetkinlik yaşına çatmadıqlarını nəzərə alıb cavabdehlər sırasından çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum borclu X4 vərəsələri olan həyat yoldaşı və övladlarının qanuni nümayəndəsi Cavabdeh4 1494.61 manat məbləğində kredit borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 34.94 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 34.94 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət bankı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən, QƏT ETDİ: İddia təmin edilsin. Mərhum borclu X4 vərəsələri olan həyat yoldaşı və övladlarının qanuni nümayəndəsi Cavabdeh4 1494.61 manat məbləğində kredit borcu, 34.94 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-390/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-390/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver