Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-405/2025 18.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 24.300 manat borcun və ödənilmiş 165 manat məbləğində dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-13 reyestr nömrəli “borcun etirafına dair mücərrəd müqaviləsi”nə əsasən, Cavabdeh iddiaçıya olan 24.300 manat məbləğində borcunu etiraf edərək, həmin məbləğdən hər ay 405 manat qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixinədək həmin borcu tam şəkildə bağlamaq öhdəliyi götürmüşdür. Cavabdehlə hər-hansı bir danışıqları nəticə vermədiyi və qeyd olunan borc məbləği iddiaçıya qaytarılmadığı üçün tərəfindən ona faktiki yaşadığı ünvana xəbərdarlıq göndərilərək borcun tam şəklidə bağlanması xahiş olunmuşdur. Lakin, cavabdeh rəsmi qaydada məlumatlandırıldığına baxmayaraq, onun təklifinə hər hansı cavab verməmişdir. Müqavilənin tələbinə görə isə verilən borc qayrtarılmadığı təqdirdə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tədbirlər görülməsi, məcburi qaydada icra edilməsi göstərilmişdir. Öhdəliyin icra edilməsi müddətindən xeyli vaxt keçməyinə baxmayaraq, borc məbləği cavabdeh tərəfindən bu günədək iddaçiya ödənilməmiş qalmış, bununla bağlı o, ciddi maddi ziyana düşmüşdür. Hesab edir ki, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin təqdim etdiyi qəbzlərdəki ödənişi qəbul etmirlər, çünki ödənişlər həmin borcla bağlı deyildir. Tərəfin təqdim etdiyi öədənişlər kənd təssərüffatı mallarının satışı ilə bağlı olan ödənişlərdir. Tərəfin dedikləri müdafiədən başqa bir hal deyildir. İntiqam müəllim ilk dəfə məhkəməyə müraciət edəndə icraatı bəlkə cavabdeh ödənş edər deyə geri götürmüşdür. Müqavilə üzrə ödəniş 421 manatdır, amma cavabdeh heç bir qəbzdə tam 421 manat ödəniş etməmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən Cavabdeh 24.300 manat borcun və ödənilmiş 165 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak etmiş, Qarabağ qazisidir. Onun İddiaçı bacısı ilə aralarında xoş münasibətləri olmuşdur. Bir müddətdən sonra o, ziyana düşmüş, pula ehtiyacı olmuşdur. İntiqamın bacısı ona qardaşının sələmə pul verməsini bildirmişdir. O, İntiqamdan 5000 manat sələmlə pul almış, müflis olduğu üçün o pulu ödəyə bilməmişdir. O, bir neçə müddət ortalıqda olmamış, sonradan Zərdab polisinə getmiş, ifadəsini orda vermişdir. Sonra İntiqam bütün qohum-əqrabaları ilə onu zor gücünə notariusa aparmış, 24.300 manat borca imza etdirmişlər. Bilir k, pul götürübsə ödəməlidir, amma 5000 manat pula 24.300 manat sələm gəlmişdir. O, millətinə, xalqına qulluq etmiş kəşfiyyatçıdır. Bu borcla bağlı o, İntiqama Masazır dairəsi deyilən ərazidə əlbə-əl ödənişdə etmiş, qəbzlə atdıqlarını sübut edə bilmir, təbiki əlbə-əl verdiklərini sübut edə bilmir. O, müqaviləni qəbul etmir. Ona 24.300 manata zorla imza etdirmişlər, bununla bağlı Daxili İşlər Nazirliyinə və İ vitse prezidentə şikayət etmişdir. Onu polisə, notariusa aparıb zorla imza etdirmişlər. Səhhətində yaranan problemlərə görə məhkəmə proseslərində iştirak edə bilməmişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh 24.300 manat məbləğində borc pul vermiş, Cavabdeh İddiaçı 24.300 manat məbləğində borcun olmasını etiraf etmiş, Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 24.300 manat borc pulu ayda 405 manat olmaqla xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. -İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borcdan xx.xx.2017-ci il tarixdə 150 manat, xx.xx.2018-ci il tarixdə 150 manat, xx.xx.2018-ci il tarixində isə 200 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh 24.300 manat məbləğində borc pul vermiş, Cavabdeh isə öz növbəsində İddiaçı 24.300 manat məbləğində borcun olmasını etiraf etmiş və müqavilədə göstərilən məbləği, yəni 24300 manat borc pulu ayda 405 manat olmaqla xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, üzərinə götürmüş öhdəliyi vaxtında icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçıya olan borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfdən cavabdehə edilmiş xəbərdarlıqlar, göndərilmiş pretenziya məktubları cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçı tam şəkildə cavabdehdən 24.300 manat məbləğində borcun ödənilməsini tələb edir. Araşdırma zamanı cavabdeh maddi vəziyyəti pis olduğu üçün iddiaçıdan 5000 manat pul borc almasını bildirmiş, lakin iddiaçının ondan tələb etdiyi 24.300 manat pulun iddiaçı tərəfindən faiz hesablanmasını və borcun etirafı ilə bağlı müqaviləni iddiaçının ona zor gücünə imza elətdirməsini bildirsə də, məhkəməyə gətirdiyi dəlillərə dair öz sübutlarını təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh borcdan xx.xx.2017-ci il tarixdə 150 manat, xx.xx.2018-ci il tarixdə150 manat, xx.xx.2018-ci il tarixdə isə 200 manat olmaqla, cəmi 500 manat ödəniş edilmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərin cavabdehin bu borcuna aid olmadığını, başqa bir borcuna aid olmasını bildirsə də, məhkəməyə bununla bağlı sübutunu təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə (24300-500) edilmiş ödənişlər nəzərə alınaraq, cəmi 23800 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 165 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 23.800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində borc və 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-405/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-405/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver