Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-409/2022 15.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun və 146 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı kredit borcunun tutulmasına dair iddiasınıın rədd edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin keçməsini nəzərə alaraq, hazırkı mübahiyəsə iddia müddətinin keçməsi barədə ərizəsini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişir ki, o, cavabdehlə 2017-ci il tarixdə təsadüfən tanış olmuşdur. Bir müddət sonra cavabdeh ondan şəxsi ehtiyacları üçün borc pul verməyi xahiş etmişir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2017-ci tarixdə kredit müqaviləsinə əsasən 11.000 ABŞ dolları məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu bir il müddətinə qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. 2021-ci il tarixdə həbsdə olduğundan cavabdehdən pulunu tələb edə bilməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə onun müqavilə üzrə borcunu tələb etməyə haqqı və hüququ vardır. İddiaçı daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, o vaxt onlar notariusa gedəndə pulun vaxtında ödəməsini bildirmişlər.Orda şəkillərini çəkmiş, qol da çəkib çıxmışlar. Pulu depozitlə deyil, əlbə-əl vermişdir.Yanvar ayında həbs edilmiş, ona 3 ay sanksiya verilmişdir. İşin 3 aya qutarmasını demişlər, lakin iş məhkəməyə getmiş, orda isə bir il çəkmişdir. Həmin vaxt pandenemiyanın sərt vaxtları olmuşdur. Atası dünyasını dəyişmiş, lakin gedə bilməmişdir. O, Kürdəxanıda olmuş, heç vəkilnən ona görüş belə verməmişlər. Bütün nə sənədi varsa götürüb aparmışlar. Bu gün sabah çıxacağını gözləmişdir. Cavabdehin atasını da, özünü də tanımış, evlərinə gedib gəlmişdir. Rəfaili 2014-cü ildən tanımış, o, polisdə işləmişdir. 2015-ci ildə cavabdehin atası Rusiyaya getmiş, belə ki, cavabdehin atasının da ona borcu olmuşdur. Cavabdeh akademiyada oxuduğu üçün ona borc verməsini demişdir. O, vaxtı cavabdehin atası ilə iş görmüş, atası ilə danışmış, atası isə problem yoxdur ver demişdir. Notariusa gedib qol çəkdik sonra, çölə çıxıb pulu vermişdir.X5 küçəsində pulu cavabdehə vermişdir. Müqviləni notariusda bağlamışlar. Notariusda cavabdehə pulu qaytarmasa məsuliyyət daşımasını izah etmişlər. Cavabdehə pulu 1-2 illik vermişdir. Cavabehdən pulu tələb edəndə isə hər dəfə verəcəyini desə də, verməmişdir.Cavabdeh bu günə qədər pulu verməmişdir. Onun həbs müddəti 2021-ci il yanvardan 2022-ci il mart ayına kimi çəkmişdir. Müqavilənin müddəti 2018-ci ildə bitmişdir. Arada cavabehlə telefonla danışanda pulu verəcəyini demiş, bir dəfə də mübahisə etmişlər. Cavabdehə pulunu verməsə məhkəməyə şikayət edəcəyini demiş, cavabdeh isə ona onu şantaj etməsini demişdir. Sonra atası ilə danışmış,pulu verəcəyini demişdir.Həbsdən çıxmış adamdır, zəng etsə, ona hədə qorxu gəlirsən deyər. Cavabdeh akademiyanı bitirmiş, polis işləyir.Cavabdeh əvvəl Ağdaşda olmuş, indi isə Quba ya Xaçmazda işləyir.Cavabdeh polis serjantı işlədiyi üçün pulu vermişdir. Cavabdehin atasını tanımış, münasibətləri olmuşdur. Həbsdən çıxandan sonra cavabdehin atası ilə danışmamış, cavabdehin atasının Rusiyada olan nömrəsinə zəng etsə də, zəng çatmamışdır. Onlar şər adamdırlar.Pulu cavabdehə əlbə-əl vermişdir. Notariusa gedən pul cibində olmuş, notariusda imzalyaıb çıxdıqdan sonra çöldə pulu cavabdehə vermişdir. Müddətin bərpası ilə bağlı həbsdə olmuşdur. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hüququnu müdafiə etdiyi şəxs bildirir ki bəli 11000 ABŞ dollarına görə müqavilə bağlanmışdır. Lakin qeyd edir ki atası ilə iddiaçı şərikdir, Rəfael tələbə olmuşudr. Atası gedin norariusda müqavilə bağlayın demişdir. Şəxs özü də etiarf edir ki depozitlə yox pulu əlbə-əl vermişdir. Cavabdeh isə bildirir ki, o, pul almamışdır. 3 ildən artıqdır ki, vaxt keçmişdir. Şəxs əsaslandırır ki, o, həbsdə olmuşdur.Həbsdə bu günkü gün məhkum olunmuş şəxslərə hər cür şərait yaradırlar. Həbsdə vəkil otağı da, poçt da var. Şəxs hüququnu tələb etmək istiyirdisə ordan məhkəməyə müraciət edə bilərdi. Ən azından bir sənəd gətirərdi ki, o, müraciət etmişdir. Bir başa olaraq məhkəmədən əqdin etibarsızlığını araşdırmasını, müddətin bərpa olmamasını xahiş edirlər. Cavabdehin nümayəndəsi (vəkili) izahatına əlavə olaraq bildirmişdir ki, müdafiə etdiyi şəxs iddiaçının atası ilə şərik olmasını, iddiaçının isə ona pul verməməsini bildirmişdir. Şəxsin iddiası əsassızdır. Atasının borcunun olmasının bu işə adiyyəti yoxdur.Cavabdeh dövlət işində olduğu üçün ərazini tərk edə bilmir. Cavabdeh rayonda polis işləyir.Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayədəsinin-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci ilədək qaytarmaq şərtiilə 11.000 ABŞ dolları borc vermişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 24/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Nuhiyev X1 Respublikası CMnin 192.2.2-ci maddəsi ilə təqsirli bilinərək sahibkarlıq fəaliyyəti iə məşğul olmaq hüququndan 03 il müddətinə məhrum olunmaqla 02 il 08 ay 16 gün müddətinə azadlığın məhduldaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında 22 iyun 2017-ci il tarixdə 12 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmış, krediti ödəmək üçün isə son müddət müqavilə üzrə 22 iyun 2018-ci il tarix müəyyən edilmişdir. Müqavilənin müəddəti 22 iyun 2018-ci ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. Həmin kredit müqaviləsi üzrə iddia müddəti artıq 22 iyun 2018-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra heç bir ödəniş olmamışdır və Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilməsinə baxmayaraq hüququ pozulmuş və pozulmasını bilməli olan şəxsin qanunla müəyyən edilmiş müddətlərin ən sonunda məhkəməyə müraciət etməsi ilə hüququnun bərpa edilməsinə çalışması onun mülki hüquq və vəzifələrinin vicdanla həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu müddət axımında qarşı tərəfin hüququ pozulmasını iddia edən şəxsin ona qarşı məhkəməyə müraciət edib-etməməsini gözləməsi ona müəyyən mənada öz mənfi təsirini göstərməyə bilməz. Məsələn, vaxtında iddia verilib öz təsdiqini tapdığı halda qarşı tərəf maddi imkanı baxımından verilən həmin iddianın (tam və ya qismən) təmini üçün müvafiq tədbirlər görmək imkanına malik olduğu halda, iddia gec (müddətin sonuna yaxın) verildiyi halda qarşı tərəfin bu maddi imkansızlığı ona qəbul edilmiş qərarın icrası ilə bağlı əlavə çətinliklər yaratması ehtimalını özündə ehtiva edir.(qərarın icra edilməməsi ilə qanunvericilik müəyyən edilmiş müvafiq tədbirlər və s.) Göstərilənlərə əsasən məhkəmə iddiaçı tərəfindən cavabdehə qarşı iddia müddətini ötürməsini nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 146 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-409/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-409/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver