Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-43/2024 21.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Taryel oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Taryel oğluna qarşı «alimentin miqdarının artırılması və ödənilməmiş alimentin hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Taryel oğluna qarşı «alimentin miqdarının artırılması və ödənilməmiş alimentin hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, iş üzrə Cavabdeh Taryel oğlu ilə rəsmi nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər birinə hər ay üçün 220 manat olmaqla, 660 manat məbləgində tutularaq ona verilməsi, Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün 150 manat olmaqla müəyyən edilmiş alimentin ödənilməmiş hissəsinin hesablanaraq birdəfəlik olaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Taryel oğlu ilə ailə qurmuş və nikahlarını xx.xx.2006-cı il tarixində rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşlar. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ona və uşaqlara qarşı olan şiddətli münasibəti, qayğısızlığı nəticəsində faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qalmışlar. Şiddətli keçimsizlik səbəbindən 2018-ci ildə aralarında olan nikahın pozulması üçün Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, 08 yanvar 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş, rəsmi nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün hər birinə 150 manat olmaqla alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh olan Cavabdeh Taryel oğlu valideyin kimi üzərinə düşən öhdəlikləri icra etməmiş və aliment ödəməkdən yayınmışdır. Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentdən hissə-hissə ödənişlər etsə də, öhdəliyini tam icra etməmişdir. Uşaqlar böyüyür və onlar böyüdükçə onları təhsil, təlim, müayinə, müalicə, gediş-gəliş xərcləri artır. Bu ödənişlərin onun tərəfindən tək həyata keçirilməsi çətinliklər yaradır. Cavabdeh Taryel oğlu isə əvvəlki laqeidliyini qoruyaraq üzərinə düşən öhdəliyi icra etmir. Tərəfindən işin sülh yolu ilə həll edilməsi məqsədi ilə mediasiya təklifi və müraciəti olmuş, lakin cavabdeh işin sülh yolu ilə həll edilməsinə razılıq verməmişdir. Məhkəmə qaydasında olmadan aralarından olan mübahisənin həll edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ona alimentdən imtina etməsə ev verilməyəcəkdir, o, da razılığa gəlmişdir. Uşaqlarından biri bir ildir ki, atasının yanındadır, ata uşağı onlarla görüşməyə imkan vermir. Cavabdeh arada 20 manat aliment ödəyir. Cavabdehin gəliri uşaqlarına aliment ödəməyə kifayət edir. Uşaqlarının onun yanında qalmasını istəyir. Cavabdeh ailə qurmuş və uşağının onlarla yaşamasını istəmir. Uşaqlarının məhkəməyə çağırılıb dindirilməsinə etiraz edir, çünki bu uşaqlarına mənfi təsir bağışlayır. Hal-hazırda aliment almır. Cavabdeh ona 2020-ci ilə qədər aliment ödəməsi ilə bağlı icrada ərizəsi olmuşdur. O, Cavabdeh Taryel oğlu ilə ailə qurmuş, nikahlarını isə xx.xx.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı üç nəfər uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədirlər. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ona və uşaqlara qarşı olan şiddətli münasibəti, qayğısızlığı nəticəsində faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qalmışlar. Şiddətli keçimsizlik səbəbindən 2018-ci ildə aralarından olan nikahın pozulması üçün Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və bu nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün hər birinə 150 manat olmaqla alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh olan Cavabdeh Taryel oğlu valideyin kimi üzərinə düşən öhdəliklərini icra etməmiş və aliment ödəməkdən yayınmışdır. Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə rəsmi nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentdən hissə-hissə ödənişlər etsə də, öhdəliyini tam icra etməmişdir. Uşaqlar böyüyür və onlar böyüdükçə onları təhsil, təlim, müayinə, müalicə, gediş-gəliş xərcləri artır. Bu ödənişlərin onun tərəfindən tək həyata keçirilməsi çətinliklər yaradır. Cavabdeh Taryel oğlu isə əvvəlki laqeidliyini qoruyaraq üzərinə düşən öhdəliyi icra etmir. Tərəfindən işin sülh yolu ilə həll edilməsi üçün mediasiya təklifi və müraciəti olmuş, lakin cavabdeh işin sülh yolu ilə həll edilməsinə razılıq verməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir. Balaca oğlu cavabdehin yanına qonaq getmiş, cavabdeh oğluna basqı etdiyi üçün gəlməmiş və cavabdehin yanında qalmışdır. Cavabdeh bizneslə məşğuldur (mağaza işlədir). Mediasiyada cavabdeh iştirak etmiş və razılığa gələ bilməmişlər. İcrada ərizəni basqı altında yazmışdır. O, özü bağçada işləyir və 418 manat maaş alır. Oğlu Ayxan bir ilə yaxındır ki, atasının yanında qalır. Cavabdeh oğlu Ayxana müdaxilə etdiyi üçün bacı və qardaşları ilə görüşmürlər. Cavabdeh kartına arada 20-30 manat pul atır. Boyuk övladı hazırlığa gedir, onun hazırlığına hər ay 620 manat pul verir, 500 manat kirayə pulu ödəyir. Ev kirayəsini ödəyə bilmədiyi üçün qızılını satıb ev pulunu ödəmişdir. Cavabdeh balaca oğluna psixoloji təsir göstərir. Böyük oğlu universitetə hazırlaşdığı üçün bu da onun dərslərində mənfi təsir göstərəcəyi üçün oğlunun məhkəmə iclasında gəlib iştirak etməsini istəmir. Cavabdehin yaxşı qazancı var. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını, hər uşağa 200 manat olmaqla, ümumilikdə 600 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmşdir ki, uşaqlardan biri atanın yanındadır. Cavabdeh iddiaçını evdən çıxarmışdır. Uşaqlar atalarından pul istəyəndə cavabdeh onu alimentdən tutur. Mediasiyada cavabdehlə iddiaçı razılığa gələ bilmədiklərinə görə cavabdehdən hər uşağa görə 220 manat aliment tələb edirlər. Hər uşağa 200 manat aliment ödənilməsi ilə bağlı cavabdelə razılığa gələ bilərlər. Uşaqlar təhsil alırlar, uşaqların mənafeyi nəzərə alınmalıdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən uşaqların mənafeyini nəzərə alıb, hər uşağa 200 manat olmaqla, ümümilikdə 600 manat alimentin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Taryel oğlu iddia tələbini qəbul etməyək, izahatında bildirmişdir ki, onun iddiaçı ilə icra şöbəsində aralarında müqavilə olmuş, iddiaçı ödənilməyən aliment borcunun olmaması barədə ərizə yazmışdır. İddiaçı ilə mediasiyada razılığa gələ bilməmişlər. Uşaqların məhkəmə iclasına dəvət olunub dindirilməsini xahiş edir. İddiaçı ilə bir yerdə yaşadıqlarından və uşaqlarını maddi baxımadan təmin etdiyi üçün aliment ödəməmişdir. Sonradan iddiaçı ilə aralarında razılıq olmuş və iddiaçı icra şöbəsində alimentdən imtina etmişdir. Fərdi əməklə, ticarətlə məşğuldur. Üç övladı var. Övladları 17, 16 və 13 yaşalarındadırlar. Hər uşağa 220 manat aliment vermək iqtiarında deyildir. Uşaqlarına hər zaman baxmış, nə lazımdır hər bir şeylə təmin etmiş, araşdırılsın və məhkəmə iclasında bununla bağlı uşaqların dindirilməsini xahiş edir. Oğlu Ayxan ağıllı biridir və onu basqı ilə yanında saxlamır. Hər uşağa 220 manat aliment ödəyə bilməz, çünki qazancı yaxşı deyildir. Onun şəxsi mağazası yoxdur, işlədiyi mağazada satıcı işləyir. Yenidən ailə həyatı qurmuşdur. Alimentlə bağlı tərəflə razılığa gəlsinlər. Uşaqlarının təhsil haqqını, məktəb geyimlərini o, etmişdir. İddiaçının kartına dəfələrlə pul atmışdır. İcra şöbəsində aliment ödənilməməsi ilə bağlı xanmla danışıb razılığa gəlmiş, amma uşaqların hər bir şeyini özü edəcəyini demiş və etmişdir. Uşaqlarının gündəlik tələbatlarını ödəmişdir. Uşaqları hər gün yanına gəlib gedirlər. Onun nə mağazası, nədə ki, evi var. Oğlu anasının yanına getmək istəmir. O, hər bir uşağa görə hər ay 180 manat aliment verə bilər. Sonda cavabdeh məhkəmədən tərəfin fikrinə hörmətlə yanaşmasını, hər ay hər uşağa 180 manat aliment kəsilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2(034)-43/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Taryel oğlu ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 737 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikah pozulmuş, 20 may 2007-ci il təvəllüdlü X3, 10 avqust 2008-ci il təvəllüdlü X2 və 12 oktyabr 2011-ci il təvəllüdlü X4 anaları -İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh Taryel oğlundan 09 avqust 2017-ci il tarixdən başlayaraq 20 may 2007-ci il təvəllüdlü X3, 10 avqust 2008-ci il təvəllüdlü X2 və 12 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi hər ay 450 (dörd yüz əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 20 may 2007-ci il təvəllüdlü X3, 10 avqust 2008-ci il təvəllüdlü X2 və 12 oktyabr 2011-ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/9-2023-02092 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarında olan və Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli «qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə» qərarın surətindən görünur ki, tələbkar İddiaçı ərizəsi əsasında 2(034)-43/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 20 may 2007-ci il təvəllüdlü X6, 10 avqust 2008-ci il təvəllüdlü X5 və 12 oktyabr 2011-ci il təvəllüdlü X7 adlı üç uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları analarının himayəsində saxlanılmış və cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh Taryel oğlu valideyin kimi üzərinə düşən öhdəlikləri icra etməmiş və aliment ödəməkdən yayınmışdır. Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentdən hissəhissə ödənişlər etsə də, öhdəliyini tam olaraq icra etməmişdir. Birgə nikahdan olan uşaqlar böyüyür, onlar böyüdükçə onların təhsil, təlim, müayinə, müalicə, gediş-gəliş xərcləri də günü-gündə artır, bu ödənişlərin onun tərəfindən tək həyata keçirilməsində böyük çətinliklər çəkir və ona görə də məhkəmədən təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdeh hər uşağa 220 manat alimenti ödəyəmə imkanın olmamasını bildirmiş, çünki iddiaçının iddia etdiyi kimi mağazasının olmamasını, özünün mağazada satıcı işləməsini, yenidən ailə həyata qırmasını, uşaqlarını maddi baxımdan təmin etməsini bildirərək, hər ay hər uşağa 180 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Taryel oğlundan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay hər uşaq üçün 200 manat olmaq, cəmi 600 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin Zəngilan Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün 150 manat olmaqla müəyyən edilmiş alimentin ödənilməmiş hissəsinin hesablanaraq birdəfəlik olaraq ona verilməsi ilə bağlı qeyd eldir ki, iddia tələbi bu hissədə əsassız oluduğndan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli «qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə» qərarın surətindən görünur ki, tələbkar İddiaçı ərizəsi əsasında 2(034)-43/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh Taryel oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Taryel oğlundan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Taryel oğlundan 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-43/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-43/2024
21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver