Məhkəmə qərarları › İş №e-2(034)-44/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-44/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-44/2025 30.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4886 manat əsas borc, 1922 manat faiz borcu, 128.21 manat cərimə borcu olmaqla, cəmi 6936.21 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 114.37 manat dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0337 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 235 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur.Lakin, Cavabdeh arasında üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 4886 manat, faiz borcuna görə 1922 manat, cərimə borcuna görə 128.21 manat olmaqla, cəmi 6936.21 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdırıla bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Faiz borcu müqavilənin icra müddətinə 2026-cı il tarixinə hesablanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan mahiyyəti üzrə baxıb qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, bankdan 5000 manat pul götürmüş, bir dəfə ödəniş etmiş, sonradan səhhətinə görə ödəniş edə bilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -iş materiallarına əlavə edilmiş iddiaçı «FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0337 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 4886 manat əsas borcu, 1922 manat faiz borcu, 128.21 manat cərimə borcu olmaqla, cəmi 6936.21 manat borcu vardır. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/1427 nömrəli, 22 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 12 mart 2024-cü il tarixdə bağlanmış **********0337 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 5527,13 manat, bundan əsas borc üzrə-4881,67 manat, faiz borcu üzrə 645,46 manat təşkil edir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli **********0337 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün xx.xx.2024-cü il (sualda qeyd olunan) tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 425.1.«Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Maddə 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Maddə 443.1. «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0337 saylı kredit müqaviləsinə əsasən cavaobdehə istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 235 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmış, kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Cavabdeh kreditdən istifadə etmiş, istifadə etdiyi kredit məbləğini isə vaxtında qaytarmamış, nəticədə onun banka 4886 manat əsas, 1922 manat faiz, 128.21 manat cərimə borcu olmaqla, cəmi 6936.21 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh xəbərdar edilsə də, bunun heç bir nəticəsi olmamış, hazırda bank cavabdehdən borcun ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı tərəfindən tələb olunmuş məbləğ ilə razı olmadığını, borcun çox hesablanmasını bildirərək mülki iş üzrə məhkəmə mühasibatlıq ekspetizasının təyin olunmasını xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0337 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə (iddia tələbində borc məbləği hesablandığı tarixə) əsas borcun, faiz borcun, cərimə borcunun nə qədər təşkil etməsi ilə bağlı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/1427 nömrəli, 22 aprel 2025-ci il tarixli ekspert rəyindən Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına olan borcu xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 5527,13 manat, bundan əsas borc üzrə-4881,67 manat, faiz borcu üzrə 645,46 manat təşkil etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4881.67 manat əsas, 645.46 manat faiz və 128.21 manat cərimə borcu olmaqla, cəmi 5655.34 manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 89.37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 87,91 manat dövlət rüsumunun 76 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərci isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatından tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4881.67 manat əsas, 645.46 manat faiz, 128.21 manat cərimə borcu olmaqla, cəmi 5655.34 manat məbləğində borc və 76 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddiaçı "xxxx" Məhdud Msuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatından ekspertiza xərci olan 100 manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar