Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-45/2025 06.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 2906.59 ABŞ dolları əsas borc, 1283.18 ABŞ dolları faiz borcu, 7453.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12051.29 ABŞ dolları borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 408 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 151.46 manat dövlət rüsumunun cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq, ləğv prosesində olan Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılımşdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 12 ay müddətinə illik 19% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ilə Bank arasında ZM-170010398 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsaəsən kredit borcalana “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq, həmin ada uyğun VÖEN müəyyən edilməmişdir.(İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği Restrukturizasiya edilməklə 13511.88 ABŞ dolları təşkil etmişdir. Kreditin üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir.Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 12051.29 ABŞ dolları təşkil edir.Bundan 2906.59 ABŞ dolları əsas borc, 1283.18 ABŞ dolları faiz borcu, 7453.52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 408 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirib, iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilsməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlərin gəlməmələrinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına olan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 12 ay müddətinə illik 19% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ilə Bank arasında ZM-170010398 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği Restrukturizasiya edilməklə 13511.88 ABŞ dolları təşkil etmiş, kreditin üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% müəyyən edilmişdir. -İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka cəmi borcu 12051.29 ABŞ dolları təşkil edir, bundan 2906.59 ABŞ dolları əsas borc, 1283.18 ABŞ dolları faiz borcu, 7453.52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 408 ABŞ dolları faiz borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/1961 nömrəli, 10 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi, 31 oktyabr 2017-ci il tarixli 01 №-li «Əlavə Saziş»-in şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu xx.xx.2024-cü il tarixə (sualda qoyulan tarixə) 4.023, 49 ABŞ dolları, bundan 2.771,84 ABŞ dolları əsas, 1.251,65 ABŞ dolları isə faiz borcu təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470.1.“Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Maddə 472.1 və 472.2.“Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə 12 ay müddətinə illik 19% dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ilə Bank arasında ZM- 170010398 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği Restrukturizasiya edilməklə 13511.88 ABŞ dolları təşkil etmiş, kreditin üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% müəyyən edilmişdir.Problemli kreditlərin kompensasiya olunmasına dair sistemdan çıxarışdan göründüyü kimi cavabdehin 01 mart 2019-cu il tarixinə manat ekvivalentində olan 9770.60 manat əsas borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 4829.40 manatı kompensasiya olunmuşdur və cavabdehin qalıq borcu 4941.20 manat ekvivalentində təşkil etmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirsə də, cavabdeh tərəfindən bu öhdəlik vaxtında yerinə yetirilməmiş, nəticədə cavabdehin iddiaçıya 2906.59 ABŞ dolları əsas borc, 1283.18 ABŞ dolları faiz borcu, 7453.52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12051.29 ABŞ dolları borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 408 ABŞ dolları faiz borcu yranmışdır. Borcun öədnilməsi ilə bağlı iddiaçı tərəfindən edilmiş xəbərdarlıqların heç bir nəticə olmamış və qalıq borc bü günə kimi ödənilməmiş olaraq qalmışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qyadada borcun ödənilməsini tələb edir. Məhkəmə tərəfindən borcun düzgün hesablanması ilə bağlı mülki iş üzrə məhkəməmübasibatlın ekspertizası təyin edilmiş və mülki iş üzrə verilmiş ekspert rəyində cavabdehin banka olan borcu xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi, 31 oktyabr 2017-ci il tarixli 01 №-li «Əlavə Saziş»-in şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu xx.xx.2024-cü il tarixə (sualda qoyulan tarixə) 4023, 49 ABŞ dolları, bundan 2771,84 ABŞ dolları əsas, 1251,65 ABŞ dolları isə faiz borcu təşkil etmişdir. Məhkəmə iddiaçının tələb etdiyi borc məbləğlərin ekspert rəyində göstərilən məbləğlərdən əsaslı dərəcədə fərqli olduğunu nəzərə alıb hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi və 31 oktyabr 2017-ci il tarixli 01 №-li əlavə sazişlər üzrə borcun təmin edilməsi ekspert tərəfindən rəy verilən tarixə olan borc nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilməmiş əsas borca hesablanan 408 ABŞ dolları məbəlğində illik 5% pulun tutulması ilə bağlı qeyd edir ki, iddiaçının bu tələbi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı krediti cavabdehə xx.xx.2021ci il tarixədək qaytarmaq şərti ilə vermişdir.Həmin tarixə cavabdehin 2771.84 ABŞ dolları əsas borcu qalmışdır. İddiaçı müqavilənin icra müddəti bitdiyi tarixdən sonrakı 3 ilə yaxın gecikdirilmiş vaxt üçün ödənilməmiş əsas borca hesablanmış 5%-i ,yəni 408 ABŞ dolları tələb etməkdə halıdır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan başqa tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 7453,52 ABŞ məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 3000 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2771,84 ABŞ dolları əsas, 1251,65 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə borcu və 408 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış 5% olmaqla, cəmi 7431, 49 ABŞ dolları (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 151.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 151,46 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızından müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2771,84 ABŞ dolları əsas, 1251,65 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə borcu və 408 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış 5% olmaqla, cəmi 7431,49 ABŞ dolları (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində borc, 151.46 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ekspertiza xərci olan 50 manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-45/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-45/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver