Məhkəmə qərarları › İş №e-2(034)-488/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-488/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-488/2022 22.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi və əmlakın boşaldılması tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi və əmlakın boşaldılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli və xx.xx.2019- cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26.000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6.600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddiaçı Unibank KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq, "xxxx" KB ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhəkmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin 204.5 kv.m sahəsi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin qalan 47.2 kv.m ərazisi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 manat müəyyən edilmişdir. İcarə müqaviləsinə əsasən "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq ödənişləri lazımi qaydada icra etməmiş və öhdəliyin yerinə yetirmədiyi üçün "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsini geri təhvil verməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 26.000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 6.600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixində müqavilə şərtlərinə uyğun olaraq 2 ay əvvəlcədən cavabdehə xəbərdarlıq edilmiş və öhdəliyin lazımı qaydada yerinə yetirilməməsi səbəbilə bankın müqaviləyə birtərəfli qaydada xitam verəcəyi və icra obyektinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirmişdir. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməsi, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq, "xxxx" KB ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi izahatına əlavə olaraq bildirmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəfə məlumat verilmiş, məktub göndərilmiş, lakin ünvandan imtinalarla məktub qayıtmışdır. Təxmini cavabdeh iki ildir ki, ödəniş etmir. Cavabdeh birinci obyektə 1100 manat, ikinci obyektə 300 manat olmaqla, ümumilikdə 1400 manat ödəməli idi. Cavabdehin borcu var. Cavabdeh sonradan gətirib ödəniş etsədə, gec ödəniş etmişdir. Hissə-hissə ödəmişdir. 100 manat artıq o biri ödəmədiyinin üstünə gəlmişdir. Çünki qrafik düzgün doldurmalıdırlar. Noyabrda 2000 manat ödəmişdir.-Çünki toplam ödədiyi üçün elə bölmüşlər ki, 1100 manat və 300 manat olmuşdur. Əvvəl 100 manat qalmış, üstünə gəlmişlər və 1100 manat olmuşdur. Dekabrın 21-də 1200+3800=5000 manat ödəmiş, 3600 manat qalmışdır. Buna maliyyə şöbəsi baxır. Cavabdeh gətirib hər ay 1100 manat və ya 300 manat köçürməmişdir. Bir neçə aydan bir ödəniş etmiş, oda bölünmüşdür. Ödəniş yanvardan başlamış, iyuna qədər olmuşdur. 2021-ci ilin noyabrında danışıq aparmışlar. 7000-8000 manat ödəmişlər. Cavabdeh bildirir ki, razılaşma olmuş, amma razılaşmadan bəhs etmirlər, razılaşmanı yazılı etmək lazımdır ki, bu qədər vaxt vermişlər. İcra müddətində vaxt bir illik yazılmışdır. Tərəfə xəbərdarlıqla bağlı pozma olarsa uzadılır. Cavabehin ödəniş etməməsi müqavilənin şərtini pozmaq deməkdir. Onlar əslində 2021-ci ildə iddia verməli idilər. Cavabdeh gətirib ödəniş etdiyinə görə müqaviləni uzatmışlar. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını, birinci növbədə icra obyektinin boşaldılmasını, ikinci mərhələdə isə ödənilməmiş icarə vaxtlarının tərəfdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, ancaq tərtib edilmiş müqavilələrə imza etmiş, qalan bütün işlər isə onun əmisi tərəfindən görülmüşdür, icarə müqaviləsi üzrə ödənişləri də əmisi etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin 204.5 kv.m sahəsi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 1100 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqı həmin ayının 5-dək köçürmə yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsaəsn «İcarəyəverən» müqavilənin 2-ci bəndində (icarə obyektinin xarakteristikası) göstərilən qeyri-yaşayış sahəsini (bundan sonra «icarə obyekti» adlandırılacaq) «İcarəçi»nin istifadəsinə verir, «İcarəçi» isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını «İcarəyəverənə»ə ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla, 300 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqı həmin ayının 5-dək köçürmə və ya nağd yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat olmaqla, cəmi 32600 manat təşkil edir. İş materiallarınada olan Cavabdeh unvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli İcarə Müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdehin bank ilə bağladığı xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, İcarə Müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilməsi, buna müvafiq olaraq, icarə obyektini boşaldılması xahiş edilmiş, əks təqdirdə, bank müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələb ilə məhkəməyə müraciət edəcəyini bildirilmişdir. İş materiallarınada olan Cavabdeh unvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli İcarə Müqaviləsinə əsasən cavabdehin öhdəliyi mövcuddur. Belə ki, cavabdehin bank ilə bağladığı xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, İcarə Müqaviləsinə bank tərəfindən xitam verilməsi barədə xəbərdar edilməsi, buna müvafiq olaraq, icarə obyektini boşaldılması xahiş edilmiş, əks təqdirdə, bank müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılması tələb ilə məhkəməyə müraciət edəcəyini bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi "xxxx" X4 Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 19228 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.202021-ci ildə ***-**** manat, xx.xx.2021-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə isə 1200-3800 manat ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələbinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin 204.5 kv.m sahəsi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 1100 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan icarə obyektinin qalan 47.2 kv.m ərazisi cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə icarə haqqı hər təqvim ayı üçün vergilər daxil 300 manat müəyyən edilmişdir. Tərəfər arasında bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 251.7 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi cavabdehin tam istifadəsinə verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçı ilə bağladıqları müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş,müqavilələr üzrə ödəməli olan ödənişlərdə gecikmələri olmuş və nəticə Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat olmaqla, cəmi 32600 manat borcu yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən borcun ödənilməsi və əmlakın boşaldılmasını tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı “Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilməli, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddiaçı “Unibank KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq, "xxxx" KB ASC-yə təhvil verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 188 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 188 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri ləğv edilsin. Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqı və 188 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddiaçı “Unibank" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar