Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-510/2023 20.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 may 2022il tarixli, 101840-222857/6 nömrəli kredit müqaviləsi üzrə 2242.56 manat məbləğində əsas borc, 398.28manat faiz borcu olmaqla, cəmi 2640.84 manat məbləğində borcun və 46.81 manat məbləğində dövlət rüsumunun tutularaqİddiaçı ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (№222857.3) əsasən bankın pulanbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (583 əyarlı, çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 17 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğa) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 may 2022il tarixli, 101840-222857/6 nömrəli kredit müqaviləsi üzrə 1996.96 manat məbləğində əsas borc və 277.70 manat faiz borcu olmaqla, ümumilikdə 2274.66 manat borcun və 46.81 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (№222857.3) əsasən bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (583 əyarlı, çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 17 qram olan l.ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğa) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədn xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 may 2022 il tarixli, 101840-222857/6 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 2714 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 11 may 2022-ci il tarixli, 101840-222857/6 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl-zinət əşyaları (583 əyarlı,çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı,çəkisi 17 qramolan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğa) 11 may 2022-ci il tarixli, 222857.3 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 avqust 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2242.56 manat məbləğində əsas borcu və 398.28 manat faiz borcu olmaqla, ümumilikdə 2640.84 manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqaviləsinin 5.4.3-cü və 5.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 8.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi Nümayəndə Məhərəm oğlu ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və məhkəmədən İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 may 2022 il tarixli, 101840-222857/6 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 2714 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 11 may 2022-ci il tarixli, 101840- 222857/6 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl-zinət əşyaları (583 əyarlı,çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı,çəkisi 17 qramolan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğa) 11 may 2022-ci il tarixli, 222857.3 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, cavabdehin banka 1996.96 manat məbləğində əsas borc və 277.70 manat faiz borcu olmaqla, cəmi 2274.66 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin girov qoyulmuş əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Belə ki,tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov müqaviləsinin 5.1-ci bəndinə əsasən, girov goyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə Bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1996.96 manat məbləğində əsas borc və 277.70 manat faiz borcu olmaqla, cəmi 2274.66 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101840-222857/6 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh təfəfindən girov qoyulmuş qızıl-zinət əşyaları olan 583 əyarlı, çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 17 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğaya yönəldilərək, açıq hərrcada satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılmalı və satışdan əldə olunan vəsait hesabana cavabdehin banka olan borcu ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46.81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46.81 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh 1996.96 manat məbləğində əsas borc və 277.70 manat faiz borcu olmaqla, cəmi 2274.66 manat məbləğində borc və 46.81 manat məbləğində dövlət rüsmumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma girov predmetinə yönəldilməklə 583 əyarlı, çəkisi 8 qram olan 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 17 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 6.5 qram olan 2 ədəd üzük, 583 əyarlı, çəkisi 4 qram olan 1 cüt sırğa satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan borcu ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-510/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-510/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver