Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-522/2022 06.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 oğuna, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 15044.74 manat bundan 5584.70 manat əsas, 4417.18 manat faiz, 4230.10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 812.76 manat faiz borcu və iş üzrə ödənilmiş 135.14 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21.5 faiz dərəcəsi ilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 280014077/ZM nömrəli 01 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2016cı il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6373.02 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu əlavə əaziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödəməli idi. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə əazişlərə əsasən kreditorun borcalana 6500 USD məbləğində verdiyi kreditin qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə (1USD=1.40AZN) məzənnəsinə uyğun olaraq konvertasiya edilməklə 6776.88 manat təşkil etmişdir. Kredit xx.xx.2019-cu il tarixədək verilmişdir. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********388 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 15044.74 manat təşkil edir. Bundan 5584.70 manat əsas, 4417.18 manat faiz, 4230.10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 812.76 manat faiz borcu təşkil edir. Sonda məhkəmədən iddianın təmin ounması xahiş olunur. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdliklərini, iş həcminin çoxluğunu nəzərə alaraq, məhkəmə iclaslarını işirakları olmadan keçirilməsi və iddianını tam təmin eldilməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı işdə iştirak etmirsə baxılmamış saxlanılmalıdır. Müqavilə bir dəfə bağlanmış, sonra təkrar artırılmışdır. Müqavilə 10 oktyabr 2015-ci ildən 10 oktyabr 2017-ci ilə kimi bağlanmışdır. Bağlanmış əlavə saziş isə 2016-cı ildən 2018-ci ilə kimi uzadılmış, zaminlərdə oxuyub qol çəkmişlər. Cavabdeh iddiaçı tərəfindən tələb olunan 5584-manat əsas, 4418 manat faiz, 4230 manat cərimə , borcun qecikdirilməsinə görə hecablanmış(5%) 812 manat borcun və 135 manat dövlət rüsumu tələbini qəbul etmir. Cavabdeh əməliyyat olunduğu üçün çoxdandı əlaqə saxlaya bilmir. Cavabdeh bildirdiyinə görə banka əlavə pul da qaytarılmışdır. Kompensasiya ödənilmiş, artıq o ödəmələri geri qaytarılmış, bir dəfə cavabdehə də pul qaytarılmışdır. Digər cavabdehlər qardaşı və qardaşının yoldaşıdır. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianının təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin (vəkili) izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21.5 faiz dərəcəsi ilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 280014077/ZM nömrəli 01 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh3 arasında ********* nömrəli 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsaəsn 01 nömrəli xx.xx.2016-cı il tarixli əlavə saziş bağlanmış, sazişə əsasən borcalanın kreditor qarışısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanımş və əsas borcun üzərinə kapitallaşdırılımş faiz və cərimə məbləği ilə birlikdə) 6373.02 ABŞ dolları təşkil etmiş, kredit müddəti bu əlavə saziş imzandığı tarixdən xx.xx.2018-ci ilədək uzadılmışdır. Eyni zamanda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə zaminlər Cavabdeh1 arasında ********* nömrəli 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsaəsn 01 nömrəli xx.xx.2016-cı il tarixli əlavə saziş bağlanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh3 arasında ********* nömrəli 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsaəsn 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmış, əlavə sazişiə əsasən kreditorun borcalana 6500 USD məbləğində verdiyi kreditin qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə (1USD=1.40AZN) məzənnəsinə uyğun olaraq konvertasiya edilməklə 6776.88 manat təşkil etmiş, kredit xx.xx.2019-cu il tarixədək verilmişdir. İş materiallaırnda olan arayışdan görünür ki, Cavabdeh3 banka 5584.70 manat əsas, 4417.18 manat faiz, 4230.10 manat cərimə, 812.76 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 15044.74 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) sui-istifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müddətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır.Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu üzrə tələb olunan 812.76 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 4230.10 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 200 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Müzfəər oğlundan və Cavabdeh2 müştərək qaydada 5584.70 manat əsas, 4417.18 manpt faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 10201,88 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 135.14 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 135.14 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5584.70 manat əsas, 4417.18 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 10201,88 (on min iki yüz bir manat səksən səkkiz qəpik) manat məbləğində borc və 135.14 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-522/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-522/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver