Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-539/2023 30.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, yetkinlik yaşına çatmayan 06 dekabr 2012-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay uşaq üçün 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,16 mart 2012-cü il tarixdə Cavabdeh ilə Zəngilan rayon Qeydiyyat Şöbəsində 47 saylı rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 06 dekabr 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2-(008)-5636/2014 saylı qətnaməsi ilə aralarındakı nikahları pozulmuş və birgə nikahdan 06 dekabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay 103 manat aliment müəyyən edilmişdir. Qətnamə çıxarıldığı gündən indiyədək cəmi 300-500 manat aliment ödəmiş, təqribi olaraq 10000 manat civarında aliment borcu yığılmışdır. Hal-hazırda uşağın 11 yaşı var. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladının əlavə xərcləri ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 16 mart 2012-ci ildə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan 06 dekabr 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2(008)-5636/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan 06 dekabr 2012-ci il təvəllüdlü X2 üçün hər ay 103 manat aliment müəyyən edilmişdir. Hal-hazırda uşağın 11 yaşı var. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 220 manat müəyyən edilmişdir. Qətnamə çıxarıldığı gündən indiyədək cəmi 300-500 manat aliment ödənilmiş, cavabdehin təqribi olaraq 10000 manat aliment borcu yığılmışdır. Cavabdeh 10-20 manat karta pul atmışdır. İcra məmuru cavabdeh həbsdə olanda iddiaçını aldatmış və qanunnun 21.1-ci maddəsinə əsasən ərizəni geri götürmüşdür. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, hal-hazırda o ikinci dəfə evlənmişdir,ikinci nikahından bir övladı olduğunu və həyət yoldaşının ikinci uşağa hamilə olduğunu bildirərək uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş sürətini və həyət yoldaşının hamilə olması barədə tibbi arayışı təqdim etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5636/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə 06 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 19 may 2014-cü il tarixdən başlayaraq, Cavabdeh oğundan İddiaçı xeyrinə hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər 06 dekabr 2012-ci il təvəllüdlü X6 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-03403 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki,xx.xx.2022-ci il tarixində doğulmuş X4 atası Cavabdeh,anası X5r. Cavabdeh tərəfindən təqdim olunmuş” Şamaxı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Şamaxı rayonu, Şərədil kəndində yaşayan X3 PMX-nın ASM şöbəsində 19-20 həftəlik hamiləlik diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan xx.xx.2012-ci il tarixdə bağlanmış rəsmi nikah ailə münasibətləri alınmadığından məhkəmə qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaq ananın himayəsində qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşağın saxlanması üçün ödənilən cəmi 103 manat məbləğində aliment uşağın heç bir təlabatını ödəmir. Uşaq böyüdükcə onların maddi təlabatı günü-gündən artır. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Cavabdeh isə ikinci dəfə evlənməsini,ikinci nikahından bir övladı olduğunu və həyət yoldaşının ikinci uşağa hamilə olduğunu nəzərə alınmasını bildirsə də özünün gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşağını və cavabdehin gəlirlərinin dəyişkən olmasını və cavabdehin himayəsində ikinci nikahdan olan bir uşağın olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5636/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 06 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 200 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5636/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 06 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-539/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-539/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver