Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-541/2025 22.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Narabit oğlunun Cavabdeh qarşı «borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Narabit oğlu Cavabdeh qarşı «borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.320 manat məbləğində pul vəsaiti, 43,20 manat məbləğində ödənilmiş dövlət rüsmunu və 370 manat göstərilmiş hüquqi yardımla bağlı xərcin alınaraq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı Narabit oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, avtobus və irihəcmli avtomaşınların sürücüsü kimi fəaliyyət göstərir. 2024-cü ilin may-iyun aylarında onun qohumları vasitəsilə tanıdığı X2 ona məlumat vermişdir ki, ölkə daxilində irihəcmli yük (tır) avtomobillərini idarə edib əlavə pul qazanmaq istəsə ona müraciət edə bilər. O, bu təklifi məqbul hesab edib Loğman Kərimovla əlaqə saxlamış, sonuncu onu Cavabdeh ilə tanış etmişdir. Cavabdeh ona təklif etmişdir ki, cavabdehə məxsus “Mercedes Actros” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) maşını vasitəsilə ölkə daxilində müxtəlif rayon və şəhərlər arasında yük daşımaları üçün sürücülük etsin, yanacaq pulu əvvəlcədən cavabdeh tərəfindən ödəniləcəkdir və ay ərzində əldə ediləcək gəlir üç nəfər, yəni iddiaçı, cavabdeh və Loğman Kərimov arasında bərabər bölünəcəkdir. O, cavabdehin bu təklifinə razılaşmış, cavabdeh ona məxsus olan yük maşının idarə edilməsi üçün iddiaçının adına etibarnamə rəsmiləşdirimiş, yanacağın alınması və digər ilkin xərclər üçün 2000 manat ödəmişdir. Bununla da onunla cavabdehin arasında əldə edilmiş razılığa uyğun olaraq fəaliyyətə başlamış, cavabdehin və ya cavabdeh vasitəsilə onunla əlaqə saxlayan şirkət nümayəndələrinin yaxud fərdi sahibkarların verdiyi məlumatlara əsasən yüklərin yüklənəcəyi məntəqələrə gələrək yükləri onların təhvil verəcəyi məntəqələrə çatdırmağa başlamışdır. Görülmüş işlərə görə pul vəsaitləri cavabdehə ödənilmiş, cavabdeh hər ayın sonunda və ya növbəti ayın əvvəlində əldə edilmiş aylıq gəlirdən ona payına uyğun olaraq pul vəsaitlərini ödəmişdir. Qeyd edilən fəaliyyət nəticəsində ümumi aylıq gəlir təxminən 2000-2100 manat təşkil etmiş, bu məbləğin üç yerə bölünməsi nəticəsində ona ödənilmiş pul məbləği 660-700 manat təşkil etmişdir. Yük avtomobilinin idarə edilməsi nəticəsində onun müəyyən avadanlıqlarının dəyişdirilməsi zərurəti yaranmış, o, həmin işləri öz hesabına görmüş, sonradan cavabdeh bu təmir işləri üçün onun tərəfindən çəkilmiş xərcləri iddiaçıya birdəfəlik və ya hissə-hissə ödəmişdir. Sonuncu dəfə onun tərəfindən yük maşınıa çəkilmiş xərclər cavabdeh tərəfindən qismən qarşılanmış, yerdə qalan 450 manat vəsaitin sonradan ödəniləcəyi razılaşdırılmışdır. 2024-cü ilin sentyabr ayının sonunda cavabdeh ona bildirmişdir ki, oktyabr ayı üçün yük avtomobilinin idarə edilməsi üçün tələb olunan yanacaq xərclərini qarşılasın və aylıq gəlir bölüşdürülərkən yanacaq üçün sərf edilmiş vəsait ona cavabdeh tərəfindən ödəniləcəkdir. O, razılaşmış və 2024-cü ilin oktyabr ayı ərzində yanacaq üçün 1,170 manat pul ödəmişdir. Lakin 2024-cü ilin oktyabr ayından sonra cavabdeh onunla görüşdən yayınmağa başlamış, oktybar ayı üçün ödənilməli olan 700 manat ödənişi həyata keçirməmişdir. Cavabdeh ona bir müddət öz hesabına işi davam etdirməyi və sonradan aralarında olan borc məsələsini həll edəcəyini təklif etsə də, onun maddi durumu uyğun olmadığından o bu təklifdən imtian etmiş və yük maşınını Loğman Kərimov vasitəsilə qaraja təhvil vermişdir. Beləliklə, cavabdeh tərəfindən ona 2,320 manat (450+1,1170+700=2,320) pul vəsaiti ödənilməlidir. Onun bu müddət ərzində çoxsaylı şifahi, həmçinin “Whatsapp” animesajlaşma tətbiqi vasitəsilə pul vəsaitinin ona ödənilməsi ilə bağlı tələbləri təmin edilmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, işin faktiki hallarından və həmin halların sübutu kimi məhkəməyə təqdim ediləcək iddiaçı ilə cavabdeh arasında “WhatsApp” ani mesajlaşma platforması üzərindən səs mesajlarından görünür ki, onun ilə cavabdeh arasında şifahi formada əqd bağlanmış, əldə edilmiş razılığa uyğun olaraq bir müddət fəaliyyət göstərmiş, sonradan cavabdeh öz üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməkdən yayınmış, nəticə etibarilə iddia ərizəsində qeyd edilən 2,320 manat pul məbləğinin ödənilməsi onun tərəfindən cavabdehdən tələb edilmiş, cavabdeh isə müxtəlif bəhanələrlə vaxtı uzatmaqla onunla hesablaçağını bildirsə də, bu günə qədər bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Narabit oğlu iddia tələbini müdafiə edid, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ona “Mercedes Actros” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) avtomobili sürüb pul qazanmasını təklif etmişdir.O da bu təklifi qəbul edib işə başlamışdır. Şirkətin kimə məxsus olduğunu bilmir, o, sadəcə sürücü olmuşdur. Ailəsinin adına olan yük maşını ona etibarnamə ilə idarə edilmək üçün Cavabdeh vermişdir.Etibarnamə cavabdehin yoldaşının adından ona verilmiş olsa da, ona işin şərtlərini və ona olunacaq ödənişləri cavabdeh ilə razılaşmışlar. Şərtləri o, olmuşdur ki, sən rayonlara cola daşımalısan demişdilər. Dizelin pulunu cavabdeh Azərbaycanda olmadığı üçün özü ödəmişdir. O, ay ərzində getdiyi yerləri Səbuhi ilə haqq-hesab etmiş, Səbuşidə ona ödəniş etmişdir. Onlar haqq hesabı hara nəyi nə qədər ödəniş etməsi barədə çeklər olmuş, onunla aparmışlar. O, işə qəbul olanda tərəflə arasında hər hansı bir müqavilə bağlanmamışdır. Haqq hesab ediləndən sonra pul 3 yerə bölünmuş, ona qalan məbləğ birinci ay 500 manat, ikinci ay 1380 manat olmuş, sonra isə get-gedə azalmağa başlamışdır. Cavabdeh gah Almaniyada, gah Gürcüstanda olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. O, sonuncu oktyabr ayının ödənişini istəyir. Diskdə sözü gedən 2000 manat işə başladığı iki ay idi, birinci ay işləməmiş, dizelin pulunu o, özü də vermişdir. Birinci ay öz cibindən dizel pulu verdiyi üçün yığılmış və onu vermişdir. 2000 manatı yoldaşının adına olan kart hesabına atmışdır. Onun işə qəbul olunması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Sonda iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, şəxsin etibarnaməsi olduğu üçün cavabdeh ailəsinə məxsus olan “Mercedes Actros” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) avtomobili sürmək üçün səlahiyyətləri iddiaçıya ötürmüş, tərəf 2024-cü ilin oktyabr ayının qəbzlərini təqdim etmişdir ki, o, bu qədər işləmiş və cavabdeh tərəfindən də ona ödəniş olmalıdır. İddiaçı işlətdiyi yanacağında xərclərini özü çəkmişdir. Məhkəməyə təqdim etdikləri səs yazısında iddiaçı cavabdehdən konkret məbləği tələb edir və uzun bir müddətdir ki, o vəsaiti ala bilmir. Şəxsin tələb etdiyi əsaslıdır. Cavabdehlə danışmış, onlara məbləğin çox kiçik hissəsini 400 manat verməyi, qalan hissəsini isə sonrakı tarixlərdə vermək istədiyini bildirmişdir. İddiaçı tərəf heç olmasa 1000 manatın indi verməsini istəmiş, 1000 manatı isə gözləməsini desə də, Cavabdeh onada razılaşmamışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən İddiaçı xeyrinə 2,320 manat pul vəsaitinin, həmçinin 43,20 manat dövlət rüsumunun və 370 manat vəkil xərcinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştrak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobillər şəxsi onun özünə məxsusdur. Avtomobilləri icarə müqaviləsi əsasında dövlət büdcəsinə vergi ödəmək şərti ilə "xxxx" şirkətinə verilmişdir. Onun sürücü ilə heç bir müqaviləsi yoxdur. Şirkətin vergisini ayba-ay ödəmişdir. “Mercedes Actros” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) avtomobili Afiqə özü etibarnamə vermişdir. Afiq ona zəng edəndə şirkət tərəfindən pulu almamasını bildirmişdir. O, fərdi sahibkardır. Bu vaxta kimidə “Ulkər Loqistika” da ona heç bir ödəniş etməmişdir. Bu söhbətlər o üzdən olmuşdur ki, Coco Colanı icarəyə götürən şirkət bütün Azərbaycanı aldatmış, “Ulkər Loqistika” şirkətidə pulu almadığı üçün onların da pulunu ödənilməmişdir. O, iddiaçıya avtomobili etibarnamə ilə sürməyə vermiş, səbəb isə o, gərək “Ülkər Loqistika” ilə mülkiyyət etibarnaməsi bağlamalı imiş, o, özünü qoruduğu üçün sürücüyə etibarnamə vermişdir. Onun şirkət ilə icarə müqaviləsi var. Loğman pulu almadığı üçün heç bir haqq hesab etməmişlər. Şirkət ona ödəniş edəndə əlbətdə ki, o, iddiaçıya ödəniş etmişdir. “Ulkər Loqistika” şirkəti ilə oktyabr ayı üçün haqq-hesab olmadığı üçün onun Afiqə olan borcunun nəgədər olmasını bilmir. Şirkət ilə bağladığı müqavilənin vaxtını dəqiq bilmir. Onda müqavilə yoxdur. Şərtlərdə “Ulkər Loqistika” şirkəti avtomobilin hər bir şeyini öz üzərinə götümüşdür. Avtomobilin mühərriki, sürətlər qutusu, mostu onun üzərindədir. «Ulkər Logistika” şirkəti ona zəng edib Coco-Cola şirkətindən ona pul köçmədiyini, maşının dayanacaq ödənişini etməsi bildirilmiş, o, da maşının dayanmamsı üçün ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 “Ulkər Loqistika” şirkətinin direktoru olduğunu bildirərək ifadəsində bildirmişdir ki, Cavabdeh ilə onun avtomobil onun yoldaşına məxsus olduğuna görə yoldaşının adından nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlamışlar.Müqavilənin şərtlərinə əsasən və Sabuhi ilə danışıqlarına əsasən sürücünün ödənişlərini yəni əmək haqqını Sabuhinin özü ödəməli idi,o isə sürücünü yalnız yük ilə təmin etməli idi. Cavabdeh təmirdən danışır, amma bilmir ki, maşın yük daşıma icarəsindədir. Sürücünü cavabdeh, yükünü isə onlar təmin edirlər. Pul onların hesabına gədir, cavabdeh vergi ödəməməsi üçün 1000 manat çıxır, yerdə qalan 935 manatı onun özünə qaytarır. Afiq təmirə gedən də ona bildirmişdir ki, getmə qoy təmirə pul göndərisnlər sonra gedərsən demişdir. Afiq öz hesabından ödəniş etmişdir. Cavabdehin maşınıda onda işləmiş və ona da borcu var.Oktyabr ayının pulunu, digər tərəfə ödəmişdir. Müqavilənin şərtləri onda var. Sonuncu ayın pulunu haqq hesab etməmişlər. O, Səbuhiyə onun Afiqə borcu olmasını bildirmiş, Səbuhi isə cavab olaraq 500 manat borcu olmasını demişdir. Amma Afiq 2300 manat borcu olmasını bildirmişdir. Yanacağın ödənişini, maşın təmirini Afiq öz hesabına etmişdir. Daxildə işləyən maşınlara yol vərəqəsi verilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, avtomobilin idarə olunması üçün dizel markalı yanacağa müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. -İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsitəsini idarə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, “Mercedes Actros 1846 LS” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) maşını 5 il 4 gün müddətində, yəni xx.xx.2029-cu ilədək mülkiyyətçini təmsil edən X1 tərəfindən idarə olunması üçün İddiaçı Narabit oğluna etibar edilmişdir. -İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarxdə 524375******2986 nömrəli kart hesabından 409858******2301 nömrəli kart hesabına hər biri 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində ödəniş edilmişdir. -İş materiallarına əlavə edilmiş «ÜLKƏR LOGİSTİCS» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X2 ilə vətəndaş X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 010/10 nömrəli nəqdiyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, sonuncu özünə məxsus olan “Mercedes Actros 1846 LS” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) maşını 7 il müddətinə cəmiyyətə icarəyə vermişdir. -İş materiallarına əlavə edilmiş gəbzlərdən göründüyü kimi,iddiaçı oktyabr ayının 7sindən başlayaraq 24-nə kimi mühtəlif vaxtlarda cəmi 1170 manatlıq dizel yanacağına pul ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1.«Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1.Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı avtobus və irihəcmli avtomaşınların sürücüsü kimi fəaliyyət göstərir. 2024-cü ilin may-iyun aylarında tanıdığı X2 ölkə daxilində irihəcmli yük (tır) avtomobillərini idarə edib əlavə pul qazanmaq istəsə ona müraciət edə biləcəyini bildirmiş, Loğman Kərimovun bu təklifini qəbul emiş, onun əlaqə saxlamış və Loğman Kərimov onu Cavabdeh ilə tanış etmişdir. Cavabdehlə tanış oludqdan sonra cavabdeh ona özünə məxsus olan “Mercedes Actros” markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı yük (tır) maşını vasitəsilə ölkə daxilində müxtəlif rayon və şəhərlər arasında yük daşımaları üçün sürücülük etməsini, yanacaq pulunun əvvəlcədən cavabdeh tərəfindən ödəniləcəyini, ay ərzində əldə ediləcək gəlirin isə üç nəfər, yəni iddiaçı, cavabdeh və Loğman Kərimov arasında bərabər bölünəcəyini təklif etmişdir. İddiaçı cavabdehin bu təklifini qəbul etmiş və cavabdehin mülkiyyətində olan “Mercedes Actros 1846 LS” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı yük (tır) maşınını 5 il 4 gün müddətində, yəni xx.xx.2029-cu ilədək idarə olunması üçün cavabdehi təmsil edən X1 tərəfindən İddiaçı notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir. Amma tərəflər arasında hər hansı bir rəsmi müqavilə bağlanmamışdır. Beləliklə tərəflər öz aralarında əldə etdikləri razılığa əsasən cavabdeh yanacağın alınması və digər ilkin xərclər üçün 2000 manat ödəniş etdikdən sonra iddiaçı fəaliyyətə başlamış, fəadiyyəti isə cavabdehin və ya cavabdeh vasitəsilə onunla əlaqə saxlayan şirkət nümayəndələrinin və yaxud fərdi sahibkarların verdiyi məlumatlara əsasən yüklərin yüklənəcəyi məntəqələrə gələrək yükləri onların təhvil verəcəyi məntəqələrə çatdırmağa başlamışdır. İddiaçı tərəfindən görülümüş işlərə görə əldə edilmiş pul vəsaitləri cavabdehə ödənilmiş, cavabdeh hər ayın sonunda və ya növbəti ayın əvvəlində əldə edilmiş aylıq gəlirdən ona payına uyğun olaraq pul vəsaitlərini ödəmiş, ümumi aylıq gəlir isə təxminən 2000-2100 manat təşkil etmişdir. Əldə edilmiş gəlir üç yerə bölünmüş, nəticəsində isə iddiaçıya ödənilən pul məbləğinin dəyəri 660-700 manat təşkil etmişdir. Avtomobil idarə olunarkən onun bəzi avdanlıqlarının dəyişdirilməsi və təmir işlərini iddiaçı öz hesabına həyata keçirmiş, cavabdeh tərəfindən çəkilmiş həmin xərclər sonradan ya birdəfəli, ya da hissə-hissə olmaqla iddiaçıya ödənilmiş, yəni çəkilmiş xərclər cavabdeh tərəfindən qismən qarılanmış, yerdə qalan 450 manatın isə sonradan ödəniləcəyi razılaşdırılmış, cavabdeh 2024-cü ilin oktyabr ayı ərzində yanacaq üçün 1170 manat pul ödəmiş, oktybar ayı üçün ödənilməli olan 700 manat ödənişi isə ödəməmiş, maşın artıq iddiaçı tərəfindən Loğman Kərimov vasitəsilə qaraja təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməsə də, X2 ilə oktyabr ayı üçün haq-hesab olunmadığından və «ÜLKƏR LOGİSTİCS» Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən ödəniş olmadığı üçün iddiaçıya oktyabr ayı üçün onun nəgədər borcunun olmasını bilmədiyini bildirmiş, məhkəmə iclasında dindirilmiş şahid «ÜLKƏR LOGİSTİCS» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X2 ifadəsində cavabdehə zəng edərək Afiqə borcu olmasını demiş, cavabdeh isə cəmi 500 manat borcu olmasını, Afiq isə Səbuhinin ona 2300 manat borcu olması bildirmiş, həm yanacağın ödənişi, həm də maşının təmirinin Afiqin öz hesabına həyata keçirməsini ifadəsində qeyd etmişdir. İddiaçı cavabdeh tərəfindən xx.xx.2024-cü ildə ödənilən pul vəsaitinin məhz sentyabr ayına olan borc olmasını və 450 manat təmir işləri üçün qalan borcunun olmasını bildirsə də,təmir işlərinin aparılması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1170 manat dizel yanacağına şəkilmiş xərc və 700 manat oktyabr ayı üçün ödənilməli olan əmək haqqı olmaqla,cəmi 1870 manat məbləğində borc İddiaçı Narabit oğlunun xeyrinə tutulmalıdır. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 43.20 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43.20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 370 manat göstərilmiş hüquqi yardımın tutulması ilə bağlı hissəsini əsaslı hesab edərək iddianı bu hissədə təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1870 (1170+700) manat məbləğində borc, 43.20 manat məbləğində ödənilmiş dövlət rüsumu və göstərilmiş hüquqi yardımla bağlı 370 manat xərcin tutularaq, İddiaçı Narabit oğlunun xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-541/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-541/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver