Məhkəmə qərarları › İş №e-2(034)-544/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-544/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-544/2024 25.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh X3 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1158.01 manat əsas borc, cəmi 1158.01 manat məbləğində borcunun, ödənilmiş 31.59 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli BPM**********60 nömrəli X9 müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 manat nağd kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 252740 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1158.01 manat əsas borc olmaqla, cəmi 1158.01 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-20981/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X6 arasında xx.xx.2022-ci ildə X9 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20%-lə 24 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 252740 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci tarixdə vəfat etmişdir. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1158.01 manat əsas borc olmaqla, cəmi 1158.01 manat məbləğində borcun, ödənilmiş 31.59 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirmişdir ki, atası 2022-ci ildə bankdan pul götürmüş, atası iki ildir ki, rəhmətə getmişdir. Sonda cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********60 nömrəli X9 müqaviləsinə əsasən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin hal-hazırda banka 1158.01 manat əsas borc olmaqla, cəmi 1158.01 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanan “borcun qaytarılması” tələbinə dair xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə X5 arasında bağlanmış BPM**********60 nömrəli xx.xx.2022-ci il tarixli X9 müqaviləsinə əsasən X4 20 illik faizlə 24 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. X1 əldə olunmuş çıxarışa əsasən X6 xx.xx.2022- ci il tarixində vəfat etmişdir.Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır.Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər Cavabdeh tərəfindən ödənilməmişdir. Bankın məsul əməkdaşlarının Cavabdeh borcun qaytarılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır.BPM**********60 nömrəli xx.xx.2022-ci il tarixli X9 müqaviləsinə əsasən X3 vərəsəsi Cavabdeh krediti üzrə 1158.01 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəliyi 5 gün ərzində yerinə yetirməcəyəkləri təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilməsi və məhkəmədən borc məbləğinin başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin onlardan tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilən xx.xx.2024-cü il tarixli 3-36-3/2-1592/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 68B, 83 saylı MKİS-nin yataqxanasında faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Nümayəndə1 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli ildə vəfat etmiş Zəngilan rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 8-də qeydiyytada olmuş, müvəqqəti ünvan 1 ünvanda yaşamış xx.xx.1959-cu il təvəllüdlü X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəsi olan oğlu-Zəngilan rayonu, Mincivan qəsəbəsi,C.Cabbarlı küçəsi, ev 8də qeydiyyatda olan xx.xx.1990-cu il təvəllüdlü Cavabdeh ərizəsi əsasında xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmış və adına nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X6 29. 08.2022ci il tarixində beyin odemi xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.3-cü maddəsinin tələbinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli BPM**********60 nömrəli X9 müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 252740 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1158.01 manat əsas borc olmaqla, cəmi 1158.01 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-20981/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh X6 vəfat etdiyindən iddiaçı hazırda mərhumun banka olan krediti borcunu cavabdehin vərəsi olan Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31.59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31.59 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh X3 vərəsəsi Cavabdeh 1158,01 manat məbləğində əsas borc, ödənilmiş 31.59 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi Cavabdeh 1158,01 manat məbləğində əsas borc, ödənilmiş 31.59 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar