Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-553/2022 22.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1914/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarının artırılması, cavabdehdən Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmaqla evlənmiş və nikahları xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları doğulmuşlar. Cavabdeh ilə aralarında əvvəllər münasibətlər normal olsa da, sonradan pisləşmiş və faktiki olaraq ayrılmışlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034) -141/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında Zəngilan rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 05 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun yanında saxlanılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1914 /2021 saylı qətnaməsi ilə Cavabdeh oğlundan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 130 manat miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, həmin vaxtdan uzun müddət keçmiş, hazırda maddi maddi vəziyyəti çox aşağıdır və uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün tutulan 130 manat sabit pul məbləğində aliment uşaqların saxlanılması üçün azlıq təşkil edir. Hzırda o, uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanılması üçün ona aylıq aliment miqdarından əlavə, heç bir maddi yardım göstərmir. Uşaqların saxlanılması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 193 manat təşkil etdiyi halda cavabdehdən hər uşaq üçün aylıq 130 manat alimentin tutulması onların ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaradır. O, isə həmin xərcləri ödəyə bilmir və uşaqların xərclərini çətinliklə ödəyir. Uşaqların saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehlərdən hər uşaq üçün tutulan 130 manat sabit pul məbləğində alimentin miqdarı həmin dəyəri ödəmir. Buna görə də hazırda cavabdehdən tutulan aliment miqdarının artırılması zəruridir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, alimentin artırılmasını istəyir, 260 manat aliment alır. 300 manata Araz marketdə satıcı işləyir. Qaynanası oğlunun qumar borcuna görə qonşudan pul götürmüş, həmin borc onun öz razılığı ilə alimentdən çıxılır. Ən azından aliment 300 manat olsun ki, 300 manatda maaşı ilə uşaqlarına nəsə bir şey edə bilər. xx.xx.2020-ci ildə boşanmışlar. 1 uşağa 130 manat aliment verir. Oğlu 13 yaşında, qızı isə 12 yaşındadır. Cavabdeh heç bir köməklik etmir. Noyabr ayından alimenti ödəmir. Aralarında razılığa gələ bilmirlər, şər-böhtandılar. 3 ildir ki, ayrılmışlar, cavabdeh uşaqlarına yaxın gəlmir. Uşaq atasını görəndə qorxa-qorxa qaçır. Uşaq bu dəqiqə məktəbə getmir. O, işləməsə uşaqlarına kim baxacaqdır. Nənəsi və bibisi müəllimədidir, bir dəfədə olsun uşağa dəstək olmurlar. Uşağının gözündə problem vardı dərsə gedə bilmədiyi üçün sinifdə saxlamışlar. Bunlarda göz xəstliyi irsidir. Mehriban xanım Zərifə Əliyeva xəstəxanasında onun gözünü pulsuz əməlyyat etdirmiş, ona işləmək olmaz, amma məcburdur. Oğlunuda göz həkminə aparmış, müalicə olunmalıdır demişlər. Qızı qan azlığından əziyyət çəkir. Çatdıra bilmir, başqa gəlir yeridə yoxdur. İndidə uşaqlarla onu evdən çıxarmaq istəyirlər ki, cavabdehi evləndirsinlər. Uşaqlarına gücü çatanı edir.4-cü mərtəbədə cavabdeh, 9-cu mərtəbədə isə onlar qalırlar. Cavabdeh neçə dəfə içkili evini dağıtmış, polisə də bununla bağlı müraciət etmişdir. Yolda gedəndə şəklini çəkmişlər. İndi Zəngilanda ev verirlər deyə cavabdeh uşaqlarla görüş alsın deyə məhkəməyə müraciət etmişdir. O, zatən uşaqlarına özü baxır. Elə olur ki ev təmizliklərinə də gedir, çünki dolanmaq çətindir. 2000 manat qonşudan borc götürlər, hər ay alimentdən 100 manat tutulur, yerdə 200 manat qalır onunla da necə dolanmaq olar. Cavabdeh 260 manat alimeti verə bilirsə, 300 manatıda verə bilər. Alimenti 300 manat versinlər. Uşağını hazırlığa qoyub oxutdurmaq istəyir, səhər saat 6-da işə gedir, getsin işləsin uşaqların baxsın. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını və 300 manat alimentin ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının söylədiyi fikirlər şər-böhtandır. 3 ildir ki, qardaşı ilə boşanmışlar. Bu dəqiqədə əsəbdən əli-ayağı əsir. Keçən dəfə iclasdan sonra iddiaçı ona ailəsi haqqında elə şər-böhtanlar demişdir. Onun anası məktəbdə müəllimədir, bütün hamıya tapşımışdır ki, nabədə onun uşaqlarına yaxınlaşsın. Uşağın 12 yaşı var, təhsildən yayındığı üçüın sinifdə qalmışdır. Direktorun qəbulunda olan zaman onlara görə uşaqları məktəbdə saxladıqlarını bildirmişlər. Cavabdehin nümayəndəsi izahatına əlavə olaraq bildirmişdir ki, uşaqla görüşə görə Mediasiyaya müraciət etmişlər.Uşaqlara ataları haqqında yalan məlumat verir ki guya ataları qumarbazdır.Qardaşı hal-hazırda işləmir, əvvəllər Sədərəkdə işləmişdir. Ata-ana uşağı saxlamağa borcludular.Uşaqda ana ilə qaldığı üçün daha çox məsuliyyət ananın üzərinə düşür.Uşaq məhlədə tərbiyəsiz uşaqlarla durub-oturur.Ata bir dəfə uşağa yaxınlaş, bunlar yalandan deyir ki, ata guya uşağı hədələdiyi üçün uşaq məktəbə gedə bilmir.O, özüdə uşağa yaxınlaşıb ünsiyyət qura bilmir.Guya atanın borcuna görə uşağı gəlib aparmışlar, bu polisə müraciət etdikdən sonra uşağı qaytarmışlar. İddiaçının dediklərinin hamısı cəfəngiyyatdır. Qardaşı fiziki işdə işləyə bilmir, çünki gözünə görə əməliiyat lazımdır. 5000 manat əməliyyatına pul lazımdır. Qardaşının görməsi zəif olduğu üçun lupa kimi eynəklər taxır. Qardaşının təhsilidə yoxdur ki, işləsin. Alimentin ödənilməsindən imtina etmir, güçü çatdığı qədər ödəyir. Uşaqların ataları ilə ünsiyyəti yaransa ərzağada köməklik edəcəkdir. Alimentin artırılmasına etiraz edir, çünki ödəyə bilməyəcəkdir.130 manat ödəyir, ödənilməsində anası və o, köməklik edirlər. Alimentin artırılması bəhanədir istəyir ki, nə yllnan olur olsun qardaşını ilişdirsin. İdiaçı qonşunun inamından sui-istifaəd edərək evindən oğurluq etmişdir. Uşağıda bu işə alət etmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən qardaşının vəziyyətini, 260 manatdan artıq aliment ödəyə bildməyəcəyini nəzərə alaraq, ədalətli qərar çsıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1914/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, is üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-116/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilmiş, Cavabdeh 23 noyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-141/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 05 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2010cu il təvəllüdlü Şıxəliyev Rəsul Rahib oğlu və xx.xx.2016-ci il təvəllüdlü X1 Sona Rəfail qızının himayəsində saxlanılmışlar. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-3656 nömrəli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən xx.xx.2022-ci ildə verilmiş ambulator xəstənin fərdi vərəqəsindən görünür ki, Cavabdeh mərkəzdə qeydiyyatdadır. İş materilarına əlavə olunmuş “X6” humanitar ictimai birliyi tərəfindən verilmiş 21 nömrəli arayışdan görünür ki, Cavabdeh birliyə (göz klinikası) xx.xx.2021-ci il tarixində müraciət etmiş və həmin klinikada qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Lakin tərəflərin ailə münasibətlri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)- 141/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan xx.xx.2017-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, bircə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-ci il təvəllüdlü X1 Sona Rəfail qızının himayəsində saxlanılmışlar.Zəngilan Rayon Məhkəməsinin 2(034)-116/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1914/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, is üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-116/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilmiş, Cavabdeh 23 noyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İddiaçı hal-hazrda Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1914/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb edir və səbəb kimi də iki uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən cəmi 260 manat məbləğində alimentin az olmasını, ödənilən alimentin uşaqların heç bir maddi təlabatlarını ödəməməsini, cavabdehin ödənilən alimentdən əlavə ona heç bir maddi köməklik etməməsini, uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkməsini, cavabdehin artırılan alimenti ödəməyə maddi imkanın olmasını göstərmiş, həmçinin özü də marketdə satıcı işləməsini, aylıq 300 manat əmək haqqı almasını bildirmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavabdeh gözlərindən olan problemlər səbəbindən heç bir yerdə işləyə bilmir, işsiz kimi qeydiyyatdadır, əlavə gəliri yoxdur, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 260 manat alimenti ailə üzvlərinin köməkliyi ilə ödəyir və 260 manatdan artıq aliment ödəməyə isə maddi imkanı yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-553/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-553/2022
22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver