Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-561/2025 08.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-280-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2492 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 753,6 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 665 manat olmaqla, ümumilikdə 3910,6 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 57,85 manat pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 60,69 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B280-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçının tələbi və təşəbbüsü əsasında avtomobil xx.xx.2025-cİ il tarixində cavabdehdən geri alınmışdır. Avtomobil cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin, cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2025-ci il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin ödənilməməsi səbəbindən müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. İddiaçının tələblərinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixində keçirilmiş baxışa və tərtib olunmuş təmir aktına əsasən “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmirinə və bərpasına çəkiləcək xərclərin ümumi dəyəri 665 manat təşkil etmişdir. Eyni zamanda, B-280-AAE-24 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan-xx.xx.2024-cü il tarixindən avtomobilin geri qaytarıldığı xx.xx.2025-cİ il tarixinədək cavabdehin müqavilə üzrə ödənilməmiş 2492 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 753,6 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B- 280-AAE-24 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Pretenziya qaydasında müqavilə öhdəliklərinin icrası tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı pul vəsaiti ödənilmədiyinə görə iddiaçının alğı-satqı müqaviləsinin müddəalarına və Azərbaycan Respublikası MM-nin 21.2, 399.4, 424.5, 445.7 və 600.5-ci maddələrinə uyğun olaraq, cavabdehdən müqavilənin ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən avtomobilin geri qaytarıldığı xx.xx.2025-cİ il tarixinədək cavabdehin müqavilə üzrə ödənilməmiş 2492 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 753,6 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh sentyabr ayı və mart ayı üzrə 2 (iki) ay ödəniş etməmişdir.Onlar cavabdehlə öz aralarında razılığa gəlmək istəmiş, lakin cavabdeh razılaşmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən Cavabdeh xx.xx.2024-cü il tarixli, B-280-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2492 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 753,6 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, 77- YD-448 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 665 manat olmaqla, ümumilikdə 3910,6 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 57,85 manat pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 60,69 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarlımasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B280-AAE-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -İş materiallarında xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, «Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilinin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. -İş materiallarında olan və Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli, B280-AAE- 24 nömrəli “avtomobil alqı-satqısı” üzrə müqaviləyə birtərfli xitam verilmşdir. -İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 2492 manat, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış dəbbə pulu isə 753,6 manat təşkil edir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli təmir aktından görünür ki, «Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmiri üçün çəkilən xərc 665 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B280-AAE-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri icra müddəti ərzində ödəməmiş, ardıcıl olaraq bir neçə ay ödənişləri gecikdirmiş, nəticədə onun iddiaçıya 2492 manat əsas, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün isə 753,6 manat cərimə borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə avtomobil cavabdehdən geri alınmış, avtomobil təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilsə də, cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etməmişdir. İddiaçı tərəfindən avtomobilə keçirilmiş baxışın nəticələrinə dair tərtib elilmiş təmir aktı cavabdehin ünvanına göndərilmiş, həmin aktla razılaşmadığı təqdirdə müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olmasını cavabdehin diqqətinə çatdırılmış, lakin, cavabdeh tərəfindən məktuba heç bir münasibət bildirilməmişdir. İddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi barədə cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin, cavabdeh tərəfindən müqavilə üzrə hər hansı bir ödəniş edilmədiyindən tərəflər arasında bağlanmış müqavilə xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş və müqavilənin ləğv edilməsi barədə cavabdehin yaşadığı ünvana məktub göndərilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş təmir aktından məlum olmuşdur ki, “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmirinə və bərpasına 665 manat məbləğində iddiaçı tərəindən xərc çəkilmişdir. Hazırda iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli, B-280-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2492 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 753,6 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 665 manat olmaqla, ümumilikdə 3910,6 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 57,85 manat pul vəsaitinin ödənilməsini tələb edir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, B-280-AAE-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 2492 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 753,6 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 665 manat olmaqla, ümumilikdə 3910,6 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Avtomobil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış borcun tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilədə göstərildiyi kimi cərimə (dəbbə pulu) pulunu hesablamışdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 60.69 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 60.69 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, B-280-AAE-24 nömrəli alqı-satqı müqaviləsi üzrə 2492 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 753,6 manat dəbbə pulu, “Changan CS55 PLUS” markalı, **-YD-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 665 manat olmaqla, ümumilikdə 3910,6 manat pul vəsaiti və ödənilmiş 60.69 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Azərbaycan Avtomobil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-561/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-561/2025
08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver