Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-572/2023 25.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakimi İmanova Gülsarə Kərimovnanın sədrliyi Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh3 arasında olan xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə ödənilməmiş 9079.99 manat əsas borc, 903.6 manat faiz borcu, 236.58 manat dəbbə borcu, iddia qaldırılması üçün ödənilmiş 121 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1dan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsinə əsasən, bank borcluya 48 ay müdədtinə illik 22% olmaqla, 9328 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli RPEZZ-00004-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixli RPZZ-00004-01/23A saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günundən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 9079.99 manat əsas borc, 903.60 manat faiz borcu, 236.58 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2023-cü il tarixinə ümumi borcu 10220.17 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdeh X2 arasında xx.xx.2023-cü ildə kredit müqavilə bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bank arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və onlar cavabdeh X1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşlar. Tərəf borc götürmüş, lakin vaxtı-vaxtında borcu ödəməmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş olmamışdır. Müqavilənin icra müddəti bitməmişdir. Cavabdehlərin ödənişini maliyyə arayışında göstərmişlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsinə əsasən, bank borcluya 48 ay müdədtinə illik 22% olmaqla, 9328 manat məbləğində kredit verilmiş və kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli RPZZ-00004-01/23A saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan arayışından görünür ki, cavabdehin banka 9079.99 manat əsas borcu, 903.6 manat faiz borcu, 236.58 manat dəbbə borcu olmaqla, cəmi 10.220,17 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ- 00004- 01/23A saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 48 ay müddətinə illik 22% olmaqla 9328 manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı kimi bank ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli RPZZ-00004-01/23A saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsinin tələblərini pozaraq, kredit müqaviləsi üzrə borc öhdəliklərini vaxtında yerinə yetirməmişdir.İddiaçı tərəfdən borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə rəsmi olaraq borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilməsinə baxmayaraq, borc bu günə kimi ödənilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 9079.99 manat əsas borc, 903.60 manat faiz və 236.58 manat dəbbə borcu olmaqla, cəmi 10220.17 manat borcları var və iddiaçı həmin borcun cavabdehlərdən tutularaq, bankın xeyrinə ödənilməsini, həmçinin Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsi ləğv olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 9079.99 manat əsas, 903.6 manat faiz və 236.58 manat dəbbə borcu olmaqla, cəmi 10.220,17 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 121,40 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 121,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RPZ-00004- 01/23A saylı kredit müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 9079.99 manat əsas, 903.6 manat faiz, 236.58 manat dəbbə borcu olmaqla, cəmi 10.220,17 manat məbləğində borc və 121.40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-572/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-572/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver