Məhkəmə qərarları › İş №e-2(034)-58/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-58/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-58/2023 19.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «əmlaka dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 381.26 manat ziyan məbləği, 30 manat dövlət rüsumu və ödənilmiş 40 qəpik xidmət haqqı olmaqla, cəmi 411.66 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2021-ci il tarixində təxminən saat 10 radələrində ** UR *** dövlət qeydiyyat nişanlı “Kia Picanto” markal avtommobilin sürücüsü olan cavabdeh Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən qarşıda hərəkət edən İddiaçı MMC-nin istifadəsində olan ** JB *** dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsindən toxunmuş və hadisə yerini tərk etmişdir. Hadisədən dərhal sonra cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmişdir. Hadisə Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-də polis mayoru X1 tərəfindən hadisə araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində sürücü Cavabdeh əməllərində İXM-nin 327.1-ci və 327.6-cı maddələrinin tələblərinin pozulması öz əkisini tapdığından, sürcü barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması haddisə yerindən yayınmış, sürücünün yazılı verdiyi izahatında da təsdiq olunmuşdur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X3 İdarəsində tanınmışdır. Cavabdeh tərəfindən inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair İXP ******* №li, 20.10 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol qəbul edilmiş və ödənilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun arxa və arxa hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün bir gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. BMC AZ Servis Mərkəzi tərəfindən verilən 001964 saylı zərər aktına əsasən ** JB *** DQN-lı avtobusa 381.26 AZN maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi sənədləşdirilən zaman müəyyən edilmişdir ki, ** UR *** DQN-lı “KİA PİCANTO” markalı avtomobilin icbari sığorta müqaviləsi mövcud deyildir. Avtomobilin icbari sığortasının olmaması nəticəsində, sürücünün İddiaçı MMC-nin balansında olan avtobusa vurmuş olduğu 381.26 manat məbləğ cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır.Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati protokol tərtib edilmişdir. İş materiallaırnda olan «BMC AZ» tərəfindən tərtib edilmiş 001964 nömrəli zərər aktından görünür ki, avtobusun təmir işləri üçün 381.26 manat xərc çəkilmişdir. İş materiallarına əlavə edilmş və Cavabdeh izahatından görünür ki, o 08 oktyabr 2021-ci il tarixində təxminən saat 10 radələrində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən qarşıda hərəkət edən İddiaçı MMC-yə məxsus olan ** JB *** dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsindən toxunmuş və tələsdiyi üçün hadisə yerini tərk etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 381.26 manat məbləğində ziyan tutularaq iddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 381.26 manat məbləğində ziyan və ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar