Məhkəmə qərarları › İş №e-2(034)-6/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-6/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-6/2025 19.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) qarşı «ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) qarşı «ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 vərəsələri-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun,eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 vərəsələri-cavabdehlər Cavabdeh2, X1, X5 və Cavabdeh3dan (qanuni nümayəndəsi-X4 vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, 21 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. AZ-İİ №327090 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 5487 nömrəli, xx.xx.2023cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X6 qanun üzrə vərəsələridir. Yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcu mövcuddur. Eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72.69 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixində 6-2-22/2-5252/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Ləman Talıbova- Əhmədova ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə baxışı iclasını onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş ,"xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, 21 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. -İş materiallarında olan ,"xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. -İş materialarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində travmatik şok səbəbilə Abşeron rayonu, Masazır kəndində vəfat etmişdir. -iş materiallarında olan maliyyə arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş nağd krediti üzrə 5100 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 29.66 manat faiz borcu, 29.66 manat cərimə borcu, 0.4 manat komisyon haqqı olmaqla, cəmi 5159.32 manat borcu var. -İş materiallarında digər maliyyə arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş 106.65 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 3.15 manat faiz borcu olmaqla, cəmi 109.8 manat borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6-2-22/2-31641 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X6 mirasının qəbul edilməsi Cavabdeh1, Cavabdeh2 Allhverdi oğlunun və Cavabdeh3 ərizələri əsasında Abşeron rayon 1 saylı notarius ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. -İş materiallarına əlavə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 vərəsələri- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanan “borcun qaytarılması” tələbinə dair xx.xx.2024-cü il tarixli, 6-2-22/2-39218/2024 xəbərdarlıq məktubundan görünür ki, BPM**********01 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6 vərəsələri- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 5100 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu, BPM**********01 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən X6 vərəsələri-Cavabdeh1, Cavabdeh2 və X3 əsas borc üzrə 106.65 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində cavabdeh tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilərək məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8205 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə olan borcu 5100 manat, 1392.21 manat məbləğində müəyyən olunmuşdur.Bundan başqa, iş materiallarında olan maliyyə arayışından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən sonra bank tərəfindən faiz borcu hesablanmamışdır.Buna görə də hazırki ekspertiza tədqiqatı zamanı həmin tarixə borc məbləği xx.xx.2022-ci il tarixədək 5100 manat, faiz borcu 29.75 manat məbləğində müəyyən olunmuşdur.xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi , iş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinin şərtləri nəzərə alınmaqla, X6 xx.xx.2024-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə olan borcu 106.65 manat, faiz borcu 32.53 manat məbləğində müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, 21 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğu halda buna əməd etməmiş, cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixində vəfat etmiş, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş məktubda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X6 qanun üzrə vərəsələri olduğundan bank xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının vərəsələrdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Mülki iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehin banka BPM**********01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 5100 manat, faiz borcu 1392.21 manat məbləğində, iş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən sonra bank tərəfindən faiz borcu hesablanmamış, hazırki ekspertiza tədqiqatı zamanı həmin tarixə borc məbləği xx.xx.2022-ci il tarixədək 5100 manat, faiz borcu 29.75 manat məbləğində müəyyən olunmuş, BPM**********01 nömrəli tam kart müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə əsas kredit borcu 106.65 manat, faiz borcu isə 32.53 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə 5100 manat əsas borc, 29.66 manat faiz borcu, 29.66 manat cərimə borcu olmaqla, cəmi 5159,32 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsi üzrə 106.65 manat əsas borc, 3.15 manat faiz borcu olmaqla, cəmi 109.08 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 72.4 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 72 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, 100 manat məbləgində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə 5100 manat əsas borc, 29.66 manat faiz borcu, 29.66 manat cərimə borcu olmaqla, cəmi 5159,32 manat məbləğində, xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsi üzrə 106.65 manat əsas borc, 3.15 manat faiz borcu olmaqla, cəmi 109.08 manat məbləğində borc və ödənilmiş 72 manat məbləğində dövlət rüsumu, habelə 0,40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi X4 vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X4 vasitəsilə) müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq (Büdcə təsnifatının kodu-142595, Büdcə səviyyəsinin kodu-3, adı-X2, kodu- 210005, VÖEN-**********, Müxbir hesab-AZ41NABZ********************, SWİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN-**********, Hesab-AZ34CTRE********************) Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar