Məhkəmə qərarları › İş №e-2(034)-611/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-611/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-611/2024 11.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Accessbank» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 021A********** nömrəli kredit müqaviləsi üzrə 6215.54 manat məbləğində kredit borcu, 437.69 manat məbləğində faiz borcu, 83.54 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6736.77 manat məbləğində borcun, 021KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 499.94 manat məbləğində kredit borcu, 208.80 manat məbləğində faiz borcu olmaqla, cəmi 708.74 manat, ümumilikdə 7445.51 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 94.46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.7917% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 784.46 manat ödəniş etmiş və onun iddiaçıya 6215.54 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 107 gün üçün hesablanmış faiz borcu 437.69 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 107 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 83.54 manat təşkil edir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021KK**********01 nömrəli kart krediti müqaviləsi əsasında 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 500 manat məbləğində kredit limiti açılmış və bank krediti X4 Cards ödəniş kartı vasitəsilə verilmişdir.Cavabdeh əsas borcu üzrə 499.94 manat məbləğində kredit borcu qalmışdır.Kart kredit müqaviləsinin 2.3-cü maddəsinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 107 gün üçün hesablanmış faiz borcu 208.8 manat təşkil edir.Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğindən ödənilməsindən yayınmışdır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxışı iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.7917% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüş və Accesbank” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021KK**********01 nömrəli kart krediti müqaviləsi əsasında 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 500 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 021A********** saylı müqavilə üzrə banka 6215.54 manat məbləğində kredit borcu, 437.69 manat məbləğində faiz borcu və 83.54 manat məbləğində cərimə olmaqla, cəmi 6736.77 manat məbləğində borcu, 021KK**********01 nömrəli xx.xx.2023-cü il tarixli X4 Cards kartı üzrə 499.94 manat məbləğində kredit borcu, 208.8 manat faiz borcu, cəmi 708.74 manat borcu var. İş materiallarına əlavə edilmiş «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilən xəbərdarlıq bildirişindən görünür ki, Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 48 ay müddətinə aylıq ödəmək şərtilə 7000 manat məbləğində kredit götürmüşdür.Bank tərəfindən kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh kredit borcunu ödəməkdən yayınmışdır.Cavabdehin xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği 911.4 manat (442.75 manat əsas borc, 385.98 manat faiz borcu, 82.67 manat cərimə borcu) təşkil edir.Bank tərəfindən xx.xx.2024cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini qaytarılmağı təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv edilərək banka borclu olduğu 6736.77 manat məbləğin, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh AccessBank» QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.7917% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 784.46 manat ödəniş etmiş və onun iddiaçıya 6215.54 manat məbləğində kredit borcu qalmışdır. xx.xx.2024-cü il tarixə gecikdirilən 107 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 83.54 manat təşkil edir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021KK**********01 nömrəli kart krediti müqaviləsi əsasında 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş 500 manat məbləğində kredit limiti açılmış və bank krediti X4 Cards ödəniş kartı vasitəsilə verilmiş, cavabdehin əsas borcu üzrə 499.94 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə gecikdirilmiş 107 gün üçün hesablanmış faiz borcu 208.8 manat təşkil etmişdir. Cavabdeh yaranmış borcun ödənilməsi dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilələr üzrə borclu olduğu məbləğləri ödəməkdən yayınmışdır. Hazırda cavabdehin banka hər iki müqavilə üzrə ümumilitkdə 7445,51 manat məbləğində borcu var və iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 021A********** nömrəli kredit müqaviləsi üzrə 6215.54 manat məbləğində kredit borcu, 437.69 manat məbləğində faiz borcu, 83.54 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6736.77 manat məbləğində borc, 021KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 499.94 manat məbləğində kredit borcu, 208.80 manat məbləğində faiz borcu olmaqla, cəmi 708.74 manat, ümumilikdə isə 7445.51 manat məbləğində borc iddiaçı «Accessbank” X2 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 94.46 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 94.46 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 021A********** nömrəli kredit müqaviləsi üzrə 6215.54 manat məbləğində kredit borcu, 437.69 manat məbləğində faiz borcu, 83.54 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6736.77 manat məbləğində borc, 021KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 499.94 manat məbləğində kredit borcu, 208.80 manat məbləğində faiz borcu olmaqla, cəmi 708.74 manat, ümumilikdə 7445.51 manat məbləğində borc və 94.46 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Accessbank” X2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar