Məhkəmə qərarları › İş №e-2(034)-612/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-612/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-612/2025 13.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2023cü il tarixli, **********003 nömrəli kredit müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə 350 manat əsas, 17.50 manat faiz olmaqla, 211.75 manat cərimə borcu, 50.75 manat iddia qaldırılan günə birdəfəlik komissiya borcu, cəmi 630 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-ci il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1 ay müddətinə, illik 60.85 %, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 50.75 manat olmaqla, 350 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2024cü il tarixli, 1612/24 saylı “tələb hüququnun satılması haaqında” müqaviləyə əsasən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüquqları "xxxx" MMC-yə ötürülmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən kredit borcu 350 manat əsas, 17.50 manat faiz borcu olmaqla, 211.75 manat cərimə borcu, 50.75 manat iddia qaldırılan günə birdəfəlik komissiya borcu, cəmi 630 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 630 manat olduğundan, bank tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" BOKT MMC tərəfindən borcluya 1 ay müddətinə, illik 60,85 % dərəcəsi, verilmiş kredit məbləğindən istifadəyə görə haqq 5.0%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 50.75 manat olmaqla, 350 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin Home Finance” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinədək 350 manat əsas, 17.50 manat faiz olmaqla, 211.75 manat cərimə borcu, 50.75 manat iddia qaldırılan günə birdəfəlik komissiya borcu, cəmi 630 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, hakim qeyd olunanlara nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas, 17.50 manat faiz olmaqla, 211.75 manat cərimə borcu, 50.75 manat iddia qaldırılan günə birdəfəlik komissiya borcu, ümumilikdə 630 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas, 17.50 manat faiz olmaqla, 211.75 manat cərimə borcu, 50.75 manat iddia qaldırılan günə birdəfəlik komissiya borcu, ümumilikdə 630 manat məbləğində kredit borcu və ödənilməmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar