Məhkəmə qərarları › İş №e-2(034)-634/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-634/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-634/2023 20.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məməmdbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borc tələbinə dair” iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli və xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli kredit müqavilələri üzrə 22 sentyabr 2023-cü il tarixə kart krediti üzrə (referens: ********************) 360.76 manat əsas, 74.31 manat faiz borcu olmaqla, cəmi 435.07 manat, nəğd kredit üzrə (referens: 264RTL**********) 3959.55 manat əsas, 728.35 manat faiz borcu olmaqla, cəmi 4687.90 manat, hər iki kredit borcu üzrə ümumilikdə 5122.97 manat məbləğində kredit borcunun, ödənilmiş 71.23 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Saatlı” filialı iəl Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart, xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. "xxxx" ASC-nin “Şirvan” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Cavabdeh Banka 22 sentyabr 2023-cü il tarixə kart krediti üzrə (referens: ********************) 360.76 manat əsas, 74.31 manat faiz borcu olmaqla, cəmi 435.07 manat, nəğd kredit üzrə (referens: 264RTL**********) 3959.55 manat əsas, 728.35 manat faiz borcu olmaqla, cəmi 4687.9 manat, həriki kredit borcu üzrə ümumilikdə 5122.97 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sonda məhkmədən iddia tələbinin təmin oulnması xahiş olunur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. Odur ki, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahişi etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Saatlı” filialı iəl Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart, xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdehin banka xx.xx.2020ci il tarixli, BPM**********51 nömrəli və xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli kredit müqavilələri üzrə 22 sentyabr 2023-cü il tarixə kart krediti üzrə (referens: ********************) 360.76 manat əsas, 74.31 manat faiz borcu olmaqla, cəmi 435.07 manat, nəğd kredit üzrə (referens: 264RTL**********) 3959.55 manat əsas, 728.35 manat faiz borcu olmaqla, cəmi 4687.90 manat, hər iki kredit borcu üzrə ümumilikdə 5122.97 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırmaı zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Saatlı” filialı iəl Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart, xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cavabdeh müqavilələr üzrə müəyyən edilmiş müddətdə kredit məbləğini, ona hesablanan faizləri banka ödəməli olduğu halda, üzərinə götürüyü öhdəliyi yerinə yetirməmiş, hazırda onun banka hər iki müqavilə üzrə ümumilikdə 5122.97 manat məbləğində borcu vardır və bank həmin borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli və xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli kredit müqavilələri üzrə 22 sentyabr 2023-cü il tarixə kart krediti üzrə (referens: ********************) 360.76 manat əsas, 74.31 manat faiz borcu olmaqla, cəmi 435.07 manat, nəğd kredit üzrə (referens: 264RTL**********) 3959.55 manat əsas, 728.35 manat faiz borcu olmaqla, cəmi 4687.90 manat, hər iki kredit borcu üzrə ümumilikdə 5122.97 manat məbləğində kredit borcu tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 71.23 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 71.23 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********51 nömrəli və xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli kredit müqavilələri üzrə 22 sentyabr 2023-cü il tarixə kart krediti üzrə (referens: ********************) 360.76 manat əsas, 74.31 manat faiz borcu olmaqla, cəmi 435.07 manat, nəğd kredit üzrə (referens: 264RTL**********) 3959.55 manat əsas, 728.35 manat faiz borcu olmaqla, cəmi 4687.90 manat, hər iki kredit borcu üzrə ümumilikdə 5122.97 manat məbləğində kredit borcu və 71.23 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar