Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-662/2023 29.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan rayon məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 256.95 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik olmaqla, ümumilikdə 287.35 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində **-NY-*** dövlət qeydiyyat nişanlı “OPEL VECTRA MİNİK” markalı avtommobilin sürücüsü Cavabdeh 3-cü mkr dairəsində üzü 1-ci mkr istiqamətində hərəkət edərkən sağ hərəkət zolağında hərəkətdə olan İddiaçı MMC-yə məxsus 99–JU-271 dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusun sol arxa-yan hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH baş inspektoru polis baş leytenantı X1 tərəfindən yerində araşdırılmış və avtobus sürücüsündən hadisənin baş verməsi barədə izahat alınmasına baxmayaraq, cavabdeh izahat verməkdən imtina etmişdir. İnspektor tərəfindən cavabdehin bu hərəkəti barədə müvafiq arayış tərtib etmişdir. İnspektorun arşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar verilmiş və bununla da qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olduğu öz təsdiqini tapmışdır. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X3 İdarəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu etiraf etdikdən sonra TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş və ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sol arxa-yan hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 007344 saylı Zərər Aktına əsasən **-JU-*** dövltə qeydiyyat nişanlı avtobusa 256.95 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-NY-*** dövlət qeydiyyat nişanlı “OPEL VECTRA MİNİK” markalı avtomobilinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 256.95 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh qızı Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddəlri ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallaırnda olan «BMC AZ» tərəfindən tərtib edilmiş 007344 nömrəli zərər aktından görünür ki, avtobusun təmir işləri üçün 256.95 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 256.95 manat məbləğində ziyan tutularaq iddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 256,95 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı «BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə öədnilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-662/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-662/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver