Məhkəmə qərarları › İş №e-2(034)-683/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-683/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-683/2024 05.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə qaydada iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 238.74 manat əsas borc və 20 manat dəbbə borcu olmaqla, cəmi 258.74 manat məbləğində borcun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh2 arasında 15 avqust 2023-cü il tarixli, ACAM2-13885-2072 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% olmaqla, 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazimi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında 15 avqust 2023-cü il tarixli ACAM2-13885- 2072+ACAM2-1388 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir.Borclu ödəniş qrafikinə əsasən hər ay 150 manat ödəniş etməli idi.Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur.Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər.Beləliklə, 15 oktyabr 2024-cü il tarixi üçün Cavabdeh2 verilmiş krediti üzrə 238.74 manat əsas borc və 20 manat dəbbə borcu olmaqla, cəmi 258.74 manat borcu mövcuddur.Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirmədiyi halları AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər.Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün faiz hesablanması ilə birlikdə hər gecikdirilən gün üçün kredtin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Mülki iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında olan mübahisə məhkəmədən kənar qaydada öz həllini tapdığı üçün işin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «borc» tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Zəngilan Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü ildə ödənilmiş 30.40 manat məbləğində dövət rüsumu (qeydiyyat kodu-**********; ödənişi qəbul edən təşkilat-"xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN-**********; büdcə təsnifat kodu-142211; büdcə səviyyə kodu-1; xəzinə hesabı AZ80CTRE********************; xidmət kodu- 14221102;hesablaşma forması-bank hesabı; transaksiya nömrəsi-001İNTG2********) iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar