Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-7/2024 17.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 346451-CNS-**********9-CNS-32909 nömrəli «Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2023-cü il tarixinə banka borclu olduğu 8941.95 manat məbləğində əsas borc, 790.13 manat məbləğində faiz borcu, 458.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10.190.87 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 120.57 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 341549 saylı“Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqındamüqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 10190.87 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kreditmüqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, bank ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kreditin əsəs şərtlərinə dair müştəri ərizəsi bağlanmış və illik 20% hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay 264 manat ödəniş etməli idi. Hesabdan çıxarışı nəzərdən keçirərək ordan görünür ki, Cavabdeh sonuncu ödənişi xx.xx.2023-cü ildə 8 manat və 260 manat olmuşdur. Ondan sonra heç bir ödənişlər aparmamışdır. Onların tərəfindən həm şifahi həm də rəsmi qaydada məlumat verilmişdir. Ünvana pritenziya məktubu göndərmişlər, lakin ünvanda olmadığı üçün məktub cavabdehə verilməmişdir. Əsas borc 8941 manat 95 qəpik, faiz borcu 790 manat 13 qəpik, cərimə borcu 458 manat 79 qəpik ,ümumilikdə isə 10190 manat 87 qəpikdir. Müqavilənin icra müddəti xx.xx.2027-ci ildə bitir. xx.xx.2023-cü ildən sonra cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır.10000 manat cavabdeh pul götürmüşdür. Ümumi ödəniş nə qədərdir deyə bilmir. Həmin ödənişdən nə qədər silinmış, sistemdə vardır. Hər gecikmə gününə 10 manata 0.05 qəpik yazılır. Cavabdeh yanvar ayından ödəniş etmir.5 aya 458.79 manat borc yazılmışdır. Onlarda cəriməni komputer hesablayır. Sonuncu ödəniş xx.xx.2023-cü ildə 260 manat və 8 manat olmuşdur. Cavabdeh 20%-lə 10000 manat pul götürmuş,10000- nin 20%-i 2000 edir. Müqavilə şərtlərinə əsasən 12000 edir. Cavabdeh hər 264 manat ödəniş etməli idi. 2000 bitəndən sonra ödənişlər əsas borcdan silinir. 20% ödəmədiyi halda, 1.05 faiz gəlir, yəni 20 manat. Ekspert tərəfindən verilmiş rəylə razıdırlar. Sona iddiaçının nümayəndəsi məkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, borcun mövcudluğu var, məsələ burdadır ki, Cavabdeh məcburi köçkün olmaqla, hal-hazırda iş yeri yoxdur. İşləmədiyi üçün də üzürlü səbəbdən ödəyə bilməmiş, ödənişdən qəsdən yayınmır. Maddi imkanı yol vermədiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Cavabdehin etdiyi ödənişlər faiz və cərimə borcuna silinmişdir, əsas borc çox az silinmişdir. Tənasübsüz silindiyi üçün əsas borcdan az silinmiş, çox hissəsi faiz borcuna və gecikmə ilə bağlı cərimə borcuna silinmişdir. Məhkəmədən cərimə borcunun azaldılması ilə bağlı edilmiş ödənişlərin mütənasib silinməsini xahiş edirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 341549 saylı“Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 8941.95 manat məbləğində əsas borc, 790.13 manat məbləğində faiz borcu, 458.79 manat məbləğində cərimə borcu olmaqla, cəmi10190.87 manat məbləğində borcu var. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8251 nömrəli , 06 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 341549 saylı kredimt müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 9.689.84 manat məbləğində müəyyən olunur. O, cümlədən xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 8.935,30 manat, faiz borcu üzrə 754.54 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 341549 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/aboutbank/documents/ saytına yerləşdirilmişdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) cavabdehə verilmişdir. Dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirməmiş və cavabdehin banka 8941.95 manat məbləğində əsas borc, 790.13 manat məbləğində faiz borcu, 458.79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10190.87 manat pul məbləğində borcu yaranmışdır. Məhkəmənin qərardadı ilə mülki iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borcu 8.935,30 manat, faiz borcu isə 754.54 manat təşkil etmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının müqavilə üzrə tələb etdiyi 458.79 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizlərinin tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, kredit müqaviləsi üzrə cəriməni azaldıb 200 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Cöstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8935,30 manat əsas, 754,54 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 9889,84 manat məbləğində borc iddiaçı Bank VTB (Azərbaycan) X2 xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 120,57 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 120.57 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı Cavabdeh və 50 manatı isə iddiaçı Bank VTB (Azərbaycan) X1 tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8935,30 manat əsas, 754,54 manat faiz, 200 manat cərimə borcu olmaqla, 9889,84 manat məbləğində borc və 120.57 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Bank VTB (Azərbaycan) X3 ödənilsin. İddiaçı Bank VTB (Azərbaycan) X1 ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-7/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-7/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver