Məhkəmə qərarları › İş №e-2(034)-7/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-7/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-7/2025 09.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, 883.69 manat faiz borcu olmaqla, cəmi 9436.67 manat məbləğində borcun və 114.37 manat məbləğində ödənilmiş dövlət rüsmunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 11000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 8552.98 manat əsas, 883.69 manat faiz borcu olmaqla, cəmi 9436.67 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 114.37 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, 1857.56 manat faiz borcu olmaqla, cəmi 10.410.54 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 121.23 manat dövlət rüsmunun və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılması üçün məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməs həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyəıli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tə əbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, pretenziya tarixinə (xx.xx.2024-cü il tarixinə) 862.40 manat faiz borcu, pretenziya tarixindən sonra 604.65 manat 5% borcu olmaqla, cəmi 10.020.03 manat məbləğində borcun, həmçinin 121.23 manat məbləğində ödənilmiş dövlət rüsmunun, 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh iddiaçı "xxxx"ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, pretenziya tarixinə xx.xx.2024-cü il tarixinə olan 862.40 manat faiz borcu, pretenziya tarixindən sonra 604.65 manat 5 faiz borcu olmaqla, cəmi 10020.03 manat məbləğində borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 121.23 manat məbləğində dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 11000 manat məbləğində kredit verilmişdir. -İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, 883.69 manat faiz borcu olmaqla, cəmi 9436.67 manat məbləğində borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/5104 nömrəli, 12 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 03 may 2022-ci il tarixdə bağlanmış CL- EE000237619 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2024-cü il (iddia tarixinə) borcu 9437,66 manat, bundan əsas borc üzrə 8545,38 manat, faiz borcu üzrə 892,28 manat təşkil edir. -İş materiallaırnda olan maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552,98 manat əsas, 1857,56 manat faiz borcu olmaqla, cəmi 10410,54 manat məbləğində borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/312 nömrəli, 18 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 03 may 2022-ci il tarixdə bağlanmış CL- EE000237619 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu, xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) borcu 9430,33 manat, bundan əsas borc üzrə 8538,74 manat, faiz borcu üzrə 891,59 manat təşkil edir. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/3012 nömrəli, 10 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 03 may 2022-ci il tarixdə bağlanmış CL- EE000237619 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir.xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) borcu 9416.42 manat, əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla borcu 9704.83 manat, əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, faiz borcu 5% dərəcəsi ilə 288.41 manat, xx.xx.2024-cü il tarixdən ekspert rəyinin tərtib edildiyi xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla borcu 9988.49 manat, əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, faiz borcu 5% dərəcəsi ilə (xx.xx.2024-xx.xx.2024) 288.41 manat, faiz borcu 5% dərəcəsi ilə (xx.xx.2024-xx.xx.2025) 283.66 manat təşkil edir. -İş materiallarına əlavə edilmiş son maliyyə aryışından görünür ki, cavabdehin banka ödənilməmiş əsas 8552,98 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlə (17,9%) 862,40 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər (5%) 604, 65 manat, cəmi ödənilməmiş faizlər 1467,05 manat olmaqla, cəmi 10020,03 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Müki Məcəlləsi: Maddə 385.1. «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 442 və 448.1.«Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Maddə 443.1. «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL- EE000237619 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 11000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə ona verilmiş vəsaitindən tam istifadə etmiş, lakin kredit borcunu və ona hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borcun vaxtında qaytarlıması ilə bağlı cavabdeh iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, ona pretenziya məktubları göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh banka olan kredit borcunu və ona hesablanmış faizlərin ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən 8552.98 manat əsas, pretenziya tarixinə (xx.xx.2024-cü il tarixinə) 862.40 manat faiz borcu, pretenziya tarixindən sonra 604.65 manat 5% borcu olmaqla, cəmi 10020.03 manat məbləğində borcun tutulmasını tələb etsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/5104 nömrəli, 12 avqust 2024-cü il tarixli ekspert rəyində 03 may 2022-ci il tarixdə bağlanmış CL-EE000237619 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 8545,38 manat, faiz borcu 892,28 manat, 9/312 nömrəli, 18 mart 2025-ci il tarixli ekspert rəyində xx.xx.2024-cü il tarixə, yəni sualda göstərilən tarixə borcu 8538,74 manat, faiz borcu isə 891,59 manat, iş üzrə verilmiş son 9/3012 nömrəli, 10 iyun 2025-ci il tarixli ekspert rəyində isə tərəflər arasında bağlanmış 03 may 2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, cavabdehin banka olan borcu xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) borcu 9416.42 manat, ondan əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla borcu 9704.83 manat, ondan əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, faiz borcu 5% dərəcəsi ilə 288.41 manat, xx.xx.2024-cü il tarixdən ekspert rəyinin tərtib edildiyi xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla borcu 9988.49 manat, ondan əsas borc üzrə 8545.37 manat, faiz borcu üzrə 871.05 manat, faiz borcu 5% dərəcəsi ilə (xx.xx.2024xx.xx.2024) 288.41 manat, faiz borcu 5% dərəcəsi ilə (xx.xx.2024-xx.xx.2025) 283.66 manat təşkil etmişdir. Məhkəmə iddiaçının tələb etdiyi borc məbləğlərin ekspert rəylərində göstərilən məbləğlərdən əsaslı dərəcədə fərqli olduğunu nəzərə alıb hesab edir ki, tərəflər arasında bağlanmış 03 may 2022-ci il tarixli, CL-EE000237619 nömrəli kredit müqaviləsi üzrə borcun təmin edilməsi zamanı ekspert tərəfindən verilən rəy nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 8545.37 manat əsas, 871.05 manat faiz, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək illik 5% dərəcəsi hesablanmaqla 288.41 manat faiz, xx.xx.2024-xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla 283.66 manat faiz borcu olmaqla, cəmi 9988.49 manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 121,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 119 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Bundan başqa, cəmi 350 manat məbləğində ekspertiza xərcinin 200 manatı Cavabdeh, ekspertiza xərcinin qalan 150 manat hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8545.37 manat əsas, 871.05 manat faiz, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək illik 5% dərəcəsi hesablanmaqla 288.41 manat faiz, xx.xx.2024-xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi hesablanmaqla 283.66 manat faiz borcu olmaqla, cəmi 9988.49 manat məbləğində borc və 119 manat məbləğində dövlət rüsümü tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Dövlət rüsmunun qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Cavabdeh ekspertiza xərcinin 200 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ekspertiza xərcinin qalan 150 manat hissəsi tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar