Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-70/2024 22.04.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə bir dostu vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra aralarında dostluq yaranmış və cavabdeh aralarında olan etimaddan istifadə edərək iddiaçıdan borc istəmişdir. Bu səbəbdən tərəflər arasında xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. O, cavabdehə 12000 manat məbləğində borc pul vermiş, cavabdeh isə aldığı pulu xx.xx.2024-cü il tarixədək 12 ay müddətinə hər ay 1000 manat iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandığı gündən bu günədək cavabdeh ona olan borcundan bir manat belə qaytarmamış və müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavadeh hər dəfə müxtəlif bəhanələr gətirək borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə yazılı qaydada pretenziya məktubu ilə müraciət olunmuş, məsələnin nizama salınması xahiş olunsa da, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Bu səbədən də o, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin müqavilə şərtlərini pozmasını, borcu hissə-hissə hər ay 1000 manat ödəməli olduğu halda, borcunu ödəmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə iclasına onların iştirakaları olmadan baxaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qismən qəbul etməsini, iddiaçıya 12.000 manat deyil, 11.000 manat borcu olmasını, iddiaçı X1 ilə aralarında xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanmasını bildirsə də, məhkəmənin baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən aydın olru ki, borc verən İddiaçı borc alan Cavabdeh 12.000 manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2024-cü il tarixədək 12 ay müddətinə hər ay 1000 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materitallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış (mübahisənin məhkəməyə qədər nizama salınmasına dair) pretenziya məktubundan aydın olur ki, cavabdehə 12.000 manat məbləğində borcuxx.xx.2023-cü il tarixədək ödəməsini təklif edilmiş, əks halda tərəflərindən məhkəmədə “pul tələbinə dair” iddia qaldırılacağı bildirilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündəəks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, ki, tərəflər arasında dostluq münasibətləri yaranmış, cavabdeh iddiaçı ilə aralarında olan etimaddan istifadə edərək ondan borca pul istəmiş və tərəflər arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 12.000 manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2024-cü il tarixədək 12 ay müddətinə hər ay 1000 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi bağlandığı gündən bu günədək iddiaçıya olan borcunu qaytarmamış və müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Borcun qaytarılması ilə bağlı cavabdeh dəfələrlə xəbərdar olunsa da, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb edir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı qismən qəbul etdiyini bildirərək, borcunun bir hissəsini ödədiyini bildirsə də, məhkəmə iclaslarında iştirak etməməklə yanaşı, borcunun bir hissəsinin ödənilməsinə dair heç bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12.000 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-70/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-70/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver