Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-70/2025 18.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ödəməli olduğu 4000 manat və həmin pulun gecikdirməsi ilə bağlı 5% olmaqla 200 manat, iddiaçının cavabdehin təqsirli hərəkətinə görə işin məhkəməyə verilməsi ilə bağlı çəkdiyi xərc- vəkilin xidmət haqqı 325 manat, dövlət rüsumu olaraq 66 manat olmaqla, ümumillikdə 4591 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan razılaşmaya əsasən o, cavabdehdə olan 10RQ222 nömrəli dövlət qeydiyyat nömrə nişanını almaq istəmiş və cavabdeh də həmin nömrənin müqabilində ondan 5600 manat pul istəmişdir. Tərəflər arasındakı razılığa əsasən cavabdeh həmin nömrəli qeydiyyat nişanını saxlamaq üçün ondan 2600 manat məbləğində beh istəmiş, o da cavabdehin kart hesabına xx.xx.2024cü il tarixdə 2000 manat pul göndərmişdir. Bir-iki gün keçdikdən sonra cavabdeh ona nömrəyə görə ödənilməli pulun qalanının da ödənilmədiyi halda nömrənin satılacağını bildirmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə cavabdehin kart hesabına 1600 manat pul göndərmiş, daha sonra xx.xx.2024-cü il tarixdə gömrük terminalında olduğu vaxt yenə cavabdehin kart hesabına 2000 manat pul göndərmişdir. Beləliklə o, cavabdehdən yuxarıda qeyd olunan nömrə nişanını almaq üçün ümumilikdə 5600 manat pulu cavabdehə göndərmiş, lakin cavabdehdən nömrəni istəyəndə cavabdeh ona yalan bəhanələr gətirərək nömrəni verməkdən yayınmışdır. Bundan sonra o, dəfələrlə cavabdehdən pulunu qaytarmasını istəsə də, cavabdeh ondan əsassız olaraq aldığı pulunu da qaytarmaqdan yayınmışdır. Göründüyü kimi cavabdeh onunla aralarında olan razılaşmaya əməl etməyərək, həm onun pulunu əsassız olaraq almış, həm ona hər hansı nömrə verməmiş, həm də pulunu geri verməkdən yayınmışdır. Bundan sonra o, məcbur qalıb cavabdehin əməlləri barədə DİN-nin 102 qaynar xəttinə şikayət etmiş və DİN Cəlilabad rayon Polis Şöbəsinin 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Sarvan adlı şəxslə telefon əlaqəsi saxlayaraq İddiaçı onun barəsində etdiyi müraciət ilə tanış etdikdən sonra izahat vermək üçün şöbəyə gəlməsini bildirmişdir. Sarvan adlı şəxs İddiaçı 5600 manat pulu qaytaracağını, hazırda isə izahat vermək üçün polis şöbəsinə gələ bilməyəcəyini bildirmişdir. Bu barədə arayış yazılaraq materiala əlavə edilmişdir ki, onun polisə şikayət etməsindən sonra cavabdeh ondan əsassız olaraq aldığı pulun yalnız 1600 manatını qaytarmış, qalan 4000 manatı isə qalmışdır. Bundan başqa onun tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvana pulu qaytarması barədə bildiriş göndərilmiş və əks halda məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda həmin xəbərdarlıq məktubu cavabdehin istifadəsində olan 050 *** ** ** nömrəsinə whatsapp tətbiqi vasitəsilə də göndərilmiş, cavabdeh 4000 manat ödəməli olduğu pulu noyabr ayının 15-nə kimi ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində cavabdeh qalan pulu ödəməmiş və ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə göründüyü kimi cavabdeh əsassız olaraq iddiaçının pulunu almış və ona ziyan vurmuş və bunu həm polisə verdiyi izahatında, həm də vəkillə telefon yazışmasında özü təsdiq etmişdir. Ona görə də hesab edir ki, cavabdehin ona ödəməli olduğu 4000 manat və həmin pulun gecikdirməsi ilə bağlı 5% olmaqla 200 manat, onun cavabdehin təqsirli hərəkətinə görə işin məhkəməyə verilməsi ilə bağlı çəkdiyi xərc-vəkilin xidmət haqqı 325 manat, dövlət rüsumu olaraq 66 manat olmaqla ümumilikdə 4591 manat pul vəsaiti cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehdə olan 10RQ222 nömrəli dövlət qeydiyyat nömrə nişanını almaq istəmiş və cavabdeh də həmin nömrənin müqabilində iddiaçıdan 5600 manat pul istəmişdir. Tərəflər arasındakı razılığa əsasən cavabdeh həmin nömrəli qeydiyyat nişanını saxlamaq üçün iddiaçıdan 2600 manat məbləğində beh istəmiş, iddiaçıda cavabdehin kart hesabına xx.xx.2024-cü il tarixdə 2000 manat pul göndərmişdir. Biriki gün keçdikdən sonra cavabdeh nömrəyə görə ödənilməli pulun qalanının da ödənilmədiyi halda nömrənin satılacağını bildirmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehin kart hesabına 1600 manat pul göndərmiş, daha sonra xx.xx.2024-cü il tarixdə gömrük terminalında olduğu vaxt yenə cavabdehin kart hesabına 2000 manat pul göndərmişdir. Beləliklə iddiaçı cavabdehdən yuxarıda qeyd olunan nömrə nişanını almaq üçün ümumilikdə 5600 manat pulu cavabdehə göndərmiş, lakin cavabdehdən nömrəni istəyəndə cavabdeh ona yalan bəhanələr gətirərək nömrəni verməkdən yayınmışdır. Bundan sonra o, dəfələrlə cavabdehdən pulunu qaytarmasını istəsə də, cavabdeh iddiaçıdan əsassız olaraq aldığı pulunu da qaytarmaqdan yayınmışdır. Göründüyü kimi cavabdeh hüquqlarını müdafiə etdiyi şəxslə aralarında olan razılaşmaya əməl etməyərək, həm iddiaçının pulunu əsassız olaraq almış, həm ona hər hansı nömrə verməmiş, həm də pulunu geri verməkdən yayınmışdır. Bundan sonra iddiaçı məcbur qalıb cavabdehin əməlləri barədə DİN-nin 102 qaynar xəttinə şikayət etmiş və DİN Cəlilabad Rayon Polis Şöbəsinin 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Sarvan adlı şəxslə telefon əlaqəsi saxlayaraq İddiaçı onun barəsində etdiyi müraciət ilə tanış etdikdən sonra izahat vermək üçün şöbəyə gəlməsini bildirmişdir. Sarvan adlı şəxs İddiaçı 5600 manat pulu qaytaracağını, hazırda isə izahat vermək üçün polis şöbəsinə gələ bilməyəcəyini bildirmişdir. Bu barədə arayış yazılaraq materiala əlavə edilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin polisə şikayət etməsindən sonra cavabdeh ondan əsassız olaraq aldığı pulun yalnız 1600 manatını qaytarmış, qalan 4000 manatı isə qalmışdır. Bundan başqa iddiaçı tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvana pulu qaytarması barədə bildiriş göndərilmiş və əks halda məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda həmin xəbərdarlıq məktubu cavabdehin istifadəsində olan 050 *** ** ** nömrəsinə whatsapp tətbiqi vasitəsilə də göndərilmiş, cavabdeh 4000 manat ödəməli olduğu pulu noyabr ayının 15-nə kimi ödəyəcəyini bildirmişdir. Lakin, keçən müddət ərzində cavabdeh qalan pulu ödəməmiş və ona görə də hüquqlarını müdafiə etdiyi şəxs hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh qalan 4000 manat borcundan 500 manat bir, 500 manatda bir olmaqla qalıq borcundan ödəniş etmiş, ümumillikdə cavabdehin iddiaçıya 3000 manat borcu qalmışdır. Tərəflər arasında müqavilə olmamışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsə ödəməli olduğu 3000 manat və həmin pulu gecikdirilməsi ilə bağlı 5% olmaqla 200 manat, iddiaçının cavabdehin təqsirli hərəkətlərinə görə işin məhkəməyə verilməsi ilə bağlı çəkdiyi xərc- vəkilin xidmət haqqı 325 manat, dövlət rüsumu olaraq 66 manat olmaqla, ümumillikdə 3591 (3000+200+325+66=3591) manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan xx.xx.2024-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi barədə» qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, müraciət mülki xarakterli olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, cavabdehdən əsasssız olaraq aldığı 5600 manat məbləğində pulun 10 gün ərzində geri qaytarılması xahiş olunmuş, pul qaylarılmadığı halda qanuna müvafiq qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, cavabdeh satacağı maşın nömrəsi üçün iddiaçıdan cəmi 5600 manat tələb etmiş, iddiaçı nömrə üçün xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1600 manat, xx.xx.2024-cü il tarixdə isə 2000 manat məblğəində pul vəsaitlərini cavabdehə məxsus kart hesabına köçürmüşdür. -İş materiallarına əlavə edilmiş pulun köçürüməsi barədə çıxarışdan görünür ki, İddiaçı tərəfindən hüquqlarının müdafiəsi üçün «De Fendo» Vəkil Bürosunun vəkili Vəkil kart hesabına 325 manat məbləğində pul köçürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.«Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehdə olan 10RQ222 nömrəli dövlət qeydiyyat nömrə nişanını almaq istəmiş və cavabdeh də həmin nömrənin müqabilində ondan 5600 manat pul istəmişdir. Tərəflər arasındakı razılığa əsasən cavabdeh həmin nömrəli qeydiyyat nişanını saxlamaq üçün iddiaçıdan 2600 manat məbləğində beh istəmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin kart hesabına 2000 manat pul göndərilmiş, daha sonra dcavabdeh pulun qalan hissəsi ödənilmədiyi halda nömrənin satılacağını bildirmiş, iddiaçı maşının nömrəsi satılmasın deyə xx.xx.2024-cü il tarixdə 1600 manat, xx.xx.2024-cü il tarixdə isə 2000 manat pul vəsaitini cavabdehin kart hesabına göndərmiş, ümumilikdə iddiaçı cavabdehə 5600 manat məbləğində pul göndərmiş, cavabdehən razılaşdıqları kimi nömrəni istədikdə cavabdeh müxtəlif bəhanələrlə maşının nömrəsini verməkdən boyun qaçırmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunun qaytarılmasını tələb etsə də, bunun heç bir nəticəsi olmuşdur. İddiaçı pulunu qaytarmadığı üçün cavabdehdən polisə şikayət etmiş, Cəlilabad rayon Polis şöbəsində faktla bağlı araşdıma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda cavabdeh iddiaçıdan 5600 manat məbləğində pul almasını, pulu qaytaracağını bildirmişdir. İdiaçının şikayətindən sonra cavabdeh puldan 1600 manat qaytarmış, 4000 manat qalıq borc qalmışdır. Sonradan cavabdeh 4000 manat qalıq borcundan 500 manat bir, 500 manatda bir olmaqla ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya olan qalıq borcu 3000 manat təşkil edir və iddiaçı cavabdehdən qalıq qalmış 3000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Bundan başqa, məhkəmə cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmətlərlə bağlı edilmiş xərcində tutulmasını məqsədə müvafiq hesab edir. O, ki, qaldı iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia qisəmn təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc və 325 manat mələğində xidmət haqqı olmaqla, cəmi 3325 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat mələğində borc, 325 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 3325 (üç min üç yüz iyirmi beş) manat məbləğində borc və 66 (altmış altı) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti(«Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-70/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-70/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver