Məhkəmə qərarları › İş №e-2(034)-744/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-744/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-744/2025 24.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı «borcun tututlması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı «borcun tututlması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 03 noyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3280,22 manat, faiz borcu üzrə 200,17 manat olmaqla, ümumilikdə 3480.39 manat tamkredit borcu və ödənilmiş 54.80 manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2013-cü il tarixli, 14-13/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 5000 manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeharasında 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 22 noyabr 2019-cu il tarixinə olan 3280.22 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmılş 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmılş 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2ci bəndinə əsasən, restrukturizasiya muqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 22 noyabr 2019-cu il tarixli, 240nömrləi kredit (restrukturizasiya) müqaviləsi üzrə 03 noyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 3280.22 manat, faiz borcu üzrə 200,17 manat olmaqla, ümumilikdə 3480.39 manat məbləğində kredit borcu mövcuddur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştrakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə ərizəni nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2013-cü il tarixli, 14-13/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 5000 manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeharasında 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 22 noyabr 2019-cu il tarixinə olan 3280.22 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin iddiaçıya əsas borc üzrə 3280,22 manat, faiz borcu üzrə 200,17 manat olmaqla, ümumilikdə 3480.39 manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Maddə 385.1. «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.2.1. Hhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icram gecikdirməsi sayılır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1.Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2013-cü il tarixli, 14- 13/Fİ saylı qrup kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 5000 manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş, daha sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iləCavabdeharasında 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən 22 noyabr 2019-cu il tarixinə olan 3280.22 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, cavabdeh iddiaçı ilə aralarında bağlanılmılş 22 noyabr 2019-cu il tarixli, 240 nömrəli restrukturizasiya müqaviləsi üzrə heç bir ödəniş həyata keçirməmiş, nəticədə onun 3280,22 manat əsas, 200,17 manat faiz borcu olmaqla, ümumilikdə 3480.39 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış və ödənilməmiş borcun ödənilməsini tələb edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 280,22 manat əsas, 200,17 manat faiz borcu olmaqla, cəmi 3480.39 manat məbləğində borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54,80 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 54.80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3280,22 manat əsas, 200,17 manat faiz borcu olmaqla, cəmi 3480.39 manat məbləğində borc və 54,80 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar