Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-8/2024 24.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakimi İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 24NVL/18 saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış 02NAR/20-1saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2349 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 2349 manat, 24NVL/18-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1377.10 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 1377.10 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş cəmi 77.27 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 32 saylı torpaq sahəsinin bir hissəsində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2018-ci il tarixli 24NVL/18saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış 02NAR/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2349 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi 2349 manat, 24NVL/18-3saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1377.10 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat olmaqla, cəmi1377.10 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş cəmi 77.27 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 32 saylı torpaq sahəsinin bir hissəsində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 32 saylı torpaq sahəsinin bir hissəsində yerləşən 0.03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 2(034)- 8/2024 saylı mülki işin baxılmamış saxlanması barədə qərardad çıxarmaqla, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinin və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasını təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-8/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-8/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver