Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-84/2024 14.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, 12 sentyabr 2009-cu il təvəllüdlü X5 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-669/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın həcmini azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2009-cu il təvəllüdlü X5 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-669/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 aprel 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, tərəflərin birgə nikahlarından 12 sentyabr 2009-cu il təvəllüdlü X7 və 31 noyabr 2011-ci il təvəllüdlü X6 doğulmuşlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 üçün 100 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Eyni zamnda Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmış X5 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda 200 manat aliment iki uşağın ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Məktəbə getdiyi üçün lazımi qaydada ehtiyaclarını qarşılaya bilmir. Buna görə də, tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 28 aprel 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, tərəflərin birgə nikahlarından 12 sentyabr 2009-cu il təvəllüdlü X7 və 31 noyabr 2011-ci il təvəllüdlü X6 doğulmuşlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 üçün 100 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmiş, eyni zamnda Zəngilan Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmış, X5 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda 200 manat aliment iki uşağın ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Məktəbə getdiyi üçün lazımi qaydada ehtiyaclarını qarşılaya bilmir. Buna görə də, tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa məcburdurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Yaşayış minimumu haqqında qanuna əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.Cavabdehlə alimentlə bağlı aralarında razılığa gəlmişlər. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, cavabdeh onun oğludur. Qarşı tərəflə alimentlə bağlı razılığa gəlmişlər. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-669/2017 nömrəli, 08 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından olan 12 sentyabr 2009-cu il təvəllüdlü X7 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalaır üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2011-ci ildə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərndən görünür ki, tərəflər 12 sentyabr 2009-cu il təvəllüdlü X5 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-02351 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqları iddiaçının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin tutulması qərara alınmışdır. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşaqların saxlanması üçün ödənilən cəmi 200 manat məbləğində aliment uşaqların heç bir təlabatını ödəmir. Uşaqlar böyüdükcə onların maddi təlabatları günü-gündən artır. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Hazırkı iqtisadi vəziyyətdə cavabdeh tərəfindən ödənilən aliment uşaqlarının ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Tək qadın olaraq uşaqların təlabatlarını ödəməkdə çox böyük çətinlik çəkir. İddiaçı cavabdehdən hər uşaqların saxlanmaıs üçün cəmi 440 manat alimentin tutulmasını tələb etsə də, sonradan cavabdehlə aralarında əldə etdikləri razılığa əsasən cavabehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqların mənafelərini, nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 669/2017 nömrəli, 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh birgə nikahdan olan 12 sentyabr 2009-cu il təvəllüdlü X5 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-669/2017 nömrəli, 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 12 sentyabr 2009cu il təvəllüdlü X5 və 31 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-84/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-84/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver