Məhkəmə qərarları › İş №e-2(034)-87/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-87/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-87/2023 07.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh İsrafil oğlunun iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İsrafil oğluna qarşı “borc tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İsrafil oğluna qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340150-1-31912 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 19241.67 manat məbləğində əsas borc, 2950.86 manat məbləğində faiz borcu, 2239.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24432.18 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 163.30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 340150-1-31912 saylı“Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 23,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19593 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 24432.18 manat Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, bank ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış və illik 23.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19.593 manat məbləğində kredit verilmişdir. İddiaçının nümayəndəsi daha sonra bildirmişdir ki, cavabdehin ödənişlər vaxtı-vaxtında olmamış, ümumi üç dəfə ödəniş olmuşdur.03 martda-560 manat, 24 apreldə-565 manat, 11 apreldə-3 manat olmuş, ondan sonra ödəniş aparmamışdır. Əsas borc 19241 manat 67 qəpik, faiz 2950 manat 86 qəpik, cərimə 2239 manat 65 qəpik təşkil edir. Ümumilikdə 24432 manat 18 qəpik təşkil edir.Müqavilənin icra müddəti 4 fevral 2027-ci ildə bitir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbimin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İsrafil oğlu iddianı qəbul edərək izahatında bildirmişdir ki, müqavilə bağlayıb 19500 manat pul götürmüşdür. 1200 manat maaşla işlə təmin edəcəkdilər. Prezidentin xüsusi müşavirləri ilə danışmış və bu ay iş yeri ilə təmin edəcəklərini demişlər.Cavabdeh daha sonra bildirmişdir ki, işləmir, cərimə borcu ilə razı deyildir. Ağalıda işdə yoxdur, söz veriblər ki, bu ayla işlə təmin edəcəklər.O, borcluyam. Sonra cavabdeh məhkəmədən işsizliyini nəzərə alıb, ona uyğun qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh İsrafi oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340150-1-31912 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”-nə əsasən illik 23.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19.593 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 19241.67 manat məbləğində əsas borc, 2950.86 manat məbləğində faiz borcu, 2239.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24432.18 manat məbləğində borcu vardır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh Zeynalov X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 2239.65 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 100 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Cöstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19241.67 manat məbləğində əsas borc, 2950.86 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22292, 53 manat məbləğində borc iddiaçı Bank VTB (Azərbaycan) X3 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 163.30 manat dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, cavabdeh Zeynalov X2 rayonundan olan məcburi köçkün olduğundan o, dövlət rüsumu ödəməkdən azaddır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19241.67 manat məbləğində əsas borc, 2950.86 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22.292, 53 manat məbləğində borc tutularaq iddiaçı Bank VTB (Azərbaycan) X4 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 163.30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar