Məhkəmə qərarları › İş №e-2(034)-87/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-87/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-87/2025 13.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM200646807 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1563.87 manat əsas borc, 12.38 manat faiz borcu olmaqla, cəmi 1576.25 manat məbləğində borcun və ödənilmiş 35.77 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış BPM**********07 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X6 illik 24 faizlə 48 ay müddətinə 3200 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ № 299331 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2022-ci il tarixində vəfat etdiyi müəyyən edilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, V-225 reyestr nömrəli vərəsəlik işinə əsasən Cavabdeh X3 vərəsəsi olduğu müəyyən edilmişdir. BPM**********07 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 1563.87 manat, faiz borcuna görə 12.38 manat olmaqla, cəmi 1576.25 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.77 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-39218/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X8 arasında bağlanmış BPM**********07 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X6 illik 24 faizlə 48 ay müddətinə 3200 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş nağd krediti üzrə 1563.87 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 12.38 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 1576.25 manat borcu qalmışdır. İş materiallarına əlavə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlanan “borcun qaytarılması” tələbinə dair xx.xx.2024-cü il tarixli, 6-2-22/2-39218/2024 xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********07 nömrəli kredit müqaviləsinə əsasən X7 illik 24% dərəcəsilə, 48 ay müddətinə 3200 manat məbləğində nağd kredit verilmiş, AZ-İİ № 299331 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2022-ci il tarixində vəfat etməsi müəyyyən olunmuş, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təqdim edilmiş V-225 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmış və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər bank cavabdeh tərəfindən ödənilməmişdir.Bankın məsul əməkdaşlarının cavabdehə borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq, üzərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. xx.xx.2020-ci il tarixli, BPM**********0 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh oğlunun vərəsəsi Cavabdeh kredit üzrə 1563.87 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində cavabdeh tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilərək məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, D-272/14 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X2 vərəsəsi arvadı Cavabdeh ərizəsinə əsasən notarial ofisində xx.xx.2022-ci il tarixdə V-225 reyestr nömrəli vərəsəlik işi açılmış, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 arasında xx.xx.1997-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində nikah bağlanmış və akt qeydləri kitabında 571 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində dəqiqləşməmiş lokalizasiyaların ikincili bədxassəli yenitörəməsi xəstəliyindən Xətai rayonunda vəfat etmişdir. Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.3-cü maddəsinin tələbinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********07 nömrəli kredit müqaviləsi müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən X6 illik 24 faizlə 48 ay müddətinə 3200 manat məbləğində nağd kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2022-ci il tarixində vəfat etmiş, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək banka ödənilməmiş nağd krediti üzrə 1563.87 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 12.38 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi 1576.25 manat borcu qalmışdır. Hazırda iddiaçı həmin məbləğin mərhum X3 qanun üzrə vərəsəsi Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X3 vərəsəsi Cavabdeh nağd kredit üzrə 1563.87 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 12.38 manat faiz borcu olmaqla, cəmi 1576.25 manat məbləğində borcunun və ödənilmiş 35.77 manat dövlət rüsumu, habelə 0,4 qəpik bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.77 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 35.77 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia təmin edilsin. X3 vərəsəsi Cavabdeh nağd kredit üzrə 1563.87 manat əsas borc, vəfat tarixinə qədər hesablanmış 12.38 manat faiz borcu olmaqla, cəmi 1576.25 manat məbləğində borc və ödənilmiş 35.77 manat məbləğində dövlət rüsumu, habelə 0,40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar