Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-88/2023 12.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 5259.1 manat məbləğində əsas borcun, 179.08 manat məbləğində faiz borcu olmaqla, cəmi 5438.18 manat borcun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5000 manat məbləğində əsas borcun, 230.46 manat məbləğində faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh2 (zamin) həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Tərəf sonradan müqavilə şərtlərini pozaraq ödəmələri gecikdirmişdir. Müqavilənin ləğv edilməsini, tərəflərdən müştərək qaydada 5438.18 manat borcun tutulmasını xahiş edir. Müqavilənin icra müddəti 12 noyabr 2022-ci ildə bitmişdir. Kornavirusla bağlı 14 noyabra kimi müddət uzadılmışdır. Müqavilə bitənə kimi ödəniş olmuş, faiz borcu 179 manat qalmışdır. 02 dekabrda 200 manat ödəniş olmuş, 23 yanvarda isə 100 manat ödəniş olmuşdur. Ekspertin rəyi ilə tanış olmuşlar. Ekspertin rəyinə əsasən əsas borc 4800 manat, 234 manat isə faiz borcudur. Onunla bağlı dəqiqləşmə vermişlər, bu günə olan əsas borc 5000 manat, 234 manat isə faiz borcudur. Ekspertiza necə hesablayıb bilmir. Onlar bir aydan sonra iddianı vermişlər. Bir vətəndaşa cəriməni 90 gün müddətinə hesablayırlar, ödəniş edilmirsə faizindən çıxılır və onlar məhkəməyə müraciət edəndə, məhkəməyə sual qoyanda ekspertizaya əsas faiz borcun ödədiyi vaxtın çıxıldığı o cərimələri ekspert saymır, onu əsas borca yönəldibdir. Onlar artıq bununla rastlaşmışlar. Onların hesablamaları ilə faiz borcu 179 manat olmuşdur. Bu gün dəqiqləşmə vermişlər, əsas borc 5259 manat idisə, hal-hazırda onlar qarşı tərəfdən 5000 manat əsas borc istəyirlər. Onlar iddianı ödəniş edəndən sonra vermişlər. Cavabdehin borcu çox olmuşdur. 200 manatı nəzərə alıb məhkəməyə müraciət etmişlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını, cavabdehlərdən 5000 manat əsas borcun və 232 manat faiz borcunun tutulmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK/32371/72/25 nömrəli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 10000 manat məbləğində kredit vermiş, həmçinin kreditin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa tərəflər arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli “xx.xx.2019cu il tarixli MK/32371/72/25» saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair razılaşma bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin banka 5259.10 manat əsas, 287.82 manat faiz borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü 9/2127 nömrəli rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, MK/32371/72/25 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 4803.84 manat, faiz borcu 262.61 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) əsas borcu 4803.84 manat, faiz borcu isə 234.83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 10000 manat məbləğində kredit vermiş, həmçinin kreditin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank iddia məhkəmyə müraciət edərkən cavabdehlərdən 5259.10 manat məbləğində əsas borcun, 179.08 manat məbləğində faiz borcu olmaqla, cəmi 5438.18 manat borcun tutulmasınə tələb etsə də, edilmiş ödənişlər nəzərə alınaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən cavabdehlərdən 5000 manat əsas borcun və 232 manat faiz borcun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, kreditin icra müddətitnin bitdiyi tarixə əsas borc 4803.84 manat, faiz borcu 262.61 manat, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə müddətinə olan əsas borcu 5259.1 manat, faiz borcu isə 179.08 manat təşkil etmişdir. İddiaçı dəqiqləşdirmə ərizəsinə əsasən cavabdehdən əsas borca görə 5000 manat,faiz borca görə 230.46 manat tələb etsə də,buna dair maliyyə arayışını məhkəməyə təqdim etməmişdir və xx.xx.2022 il tarixlı maliyyə arayışına istinad etmişdir.Belə olan halda məhkəmə faiz borcunun 179.08 manat məbləğində təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4803.84 manat əsas, 179.08 manat faiz borcu olmaqla, cəmi 4982.92 manat məbləğində borc tutularaq İddiaçı Açq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza xərci olan 100 manat məbləğində pul isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4803.84 manat əsas, 179.08 manat faiz borcu olmaqla, cəmi 4982.92 manat məbləğində borc, 75 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza xərci olan 100 manat məbləğində pul isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-88/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-88/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver