Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-111/2024 21.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə 21 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh 344.28 manat əsas borcun və dövlət rüsumuna görə 30 manat, və xidmət haqqına görə 0.40 manat, cəmi 374.68 manat pulun tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 491-xx.xx.2017-SM176 saylı kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsilə hesablanmaqla 1400 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 294 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ucar rayon Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-275 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borc alanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 344.28 manat əsas borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 491-xx.xx.2017-SM176 saylı kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsilə hesablanmaqla 1400 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, X4 xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 294 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ucar rayon Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etmiş və bu barədə ona xx.xx.2022-ci il tarixli, 2V-275 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borc alanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 344.28 manat əsas borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq Cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə borc alan X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 491-xx.xx.2017- SM176 saylı kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsilə hesablanmaqla 1400 manat məbləğdə kredit verilmişdir. Lakin, borc alan X4 xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilmədiyi üçün əsas borca görə 344.28 manat məbləğində kredit borcu yaranmışdır. O, hesab edir ki,onun bu kreditlə bağlı heç-bir cavabdehliyi yoxdur. Çünki, cavabdehin götürdüyü kreditə onun heç-bir aidiyyəti olmamışdır. O, sadəcə olaraq cavabdehə məxsus miras əmlakını qəbul etmişdir.Yeganə əmlakı isə onun yaşadığı evdir. Ona görə də, o, hesab edir ki, ona qarşı verilmiş iddia əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 491xx.xx.2017-SM176 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 27 faiz dərəcəsi ilə, 36 ay müddətinə 1400 manat məbləğindək kredit verilmişdir. İşdə olan Zərdab İHB-nin Pərvanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş ölüm haqqında Şəadətnamənin surətindən görünür ki, X4xx.xx.2019cu ildə ölmüşdür. İşdə olan Zərdab rayon Dövlət Notariat ofisi tərıfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mingəçevir şəhər ” Vəkil birosunun sorğusuna cavab olaraq göndərilən xx.xx.2023-cü il tarixli, 294 nömrəli məktubla görünür ki, “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Ucar rayon Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-275 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borcalan X3 xx.xx.2017-ci il tarixli, 491-xx.xx.2017-SM176 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan borcu 344.28 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbizdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0.40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 491-xx.xx.2017-SM176 saylı kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 27 % dərəcəsilə hesablanmaqla 1400 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan xx.xx.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 294 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ucar rayon Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-275 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı "xxxx" ASC öhdəliyinə əməl etsə də, borclu X4, onun vəfatından sonra isə vərəsəsi olan hazırkı Cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Belə ki, cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin əsas borca görə 344.28 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi barədə müraciət olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borca görə 344.28 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0.40 manat, cəmi 374.68 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-111/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-111/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver