Məhkəmə qərarları › İş №e-2(035)-312/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-312/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-312/2025 20.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin,faizlərin ödənilməsi tələbinə” dair mülki iş üzrə. (Açar sözlər:Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin,faizlərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 20 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 257 (iki yüz əlli yeddi) manat, cəmi 1099,85 (bir min doxsan doqquz manat səksən beş qəpik) manat borcu,həmçinin iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli № 2(035)-312/2025 saylı Qərardadı ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin,faizlərin ödənilməsi tələbi”nə dair iddiası iddia icraatına keçirilmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə olan və iddiaçı tərəfindən aparılan hesablamalara görə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ə 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, cəmi 889,85 (səkkiz yüzsəksən doqquz manat səksən beş qəpik) manat borcu var. İş üzrə vəsatət: Cavabdeh məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 23 oktyabr 2019-cu il tarixli müqavilə ilə ona verilmiş kreditin qaytarılması barədə 2021-ci ildə ona son xəbərdarlıq edilmiş, əks halda 3 gün ərzində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia müddəti ötürüldüyündən məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmənin əvvəl ki,iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu ildə ona 835,74 manat məbləğində kredit verilmişdir. Bir müddət kredit borcunu ödəsədə sonradan maddi vəziyyətinin pisləşməsi səbəbi ilə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İddiaçı sonuncu dəfə 2021-ci ildə ona son xəbərdarlıq etmiş və yaranmış borcu 3 gün ərzində ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Lakin iddiaçı sonuncu bildirişdən təxminən 4 il sonra yəni 2025-ci ildə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür Hazırda iddiaçı iddia müddətini ötürdüyündün məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. İşdə olan 08 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki,,cavabdehin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ə 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı müqavilə üzrə ümumilikdə 889.85 (səkkiz yüzsəksən doqquz manat səksən beş qəpik) manat borcu var. İşdə olan 28 aprel 2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,Nümayəndə2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin səlahiyyətli nümayəndəsidir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 31 (otuz bir) manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə görə Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Borclu öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən 16 iyul 2021-ci il tarixdə cavabdehə “Sonuncu bildiriş” göndərilmiş və borcun ödənilməyəcəyi halda 3 gün ərzində məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sonuncu bildirişdən sonra iddiaçı hərəkətsizlik göstərmiş və 3 il 7 ay sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Buna əsasən məhkəmə hesab edir ki, hazır ki, işə 3 illik iddia müddəti tədbiq olunmalı,iddia müddətinin əvvəli isə “Sonuncu bildiriş” in göndərildiyi tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə sonuncu bildiriş göndərib ona müqavilə öhdəliklərinin icrası üçün 3 gün müddət verdiyindən və həmin müddət ərzində müqavilə öhdəlikləri icra olunmadığından eyni zamanda cavabdeh həmin bildirişə münasibət bildirmədiyindən (müddətlə bağlı hissədə) məhkəmə hesab edir ki, kredit müddəti 60 ay müəyyən olunsada lakin tərəflər arasında olan sonuncu yazışmada bu müddət dəyişdirilərək sonuncu icra müddəti bildirişin göndərildiyi tarixdən 3 gün sonra yəni 19 iyul 2021-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin,faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar