Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-346/2024 24.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Müqaviləinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi) X1 Məhkəmə iclas katibi: Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “Nisiyə alqı-satqı müqaviləsinin ləğv olunması, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılması və əmlakın İddiaçı QSC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 iyun 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən cavabdehin çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 88.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi alıcı Cavabdeh 20000 (iyirmi min) manat qiymətinə satmışdır. Cavabdeh nisyə-alqı satqı müqaviləsinin şərtlərinə uyğun olaraq ilkin olaraq 3000 (üç min) manat məbləği satıcı İddiaçı QSC-nin notariusun bankda açılan depozit hesabına ödəmişdir.Cavabdeh qalan 17000 (on yeddi min) manat məbləği 36 ay müddətinə, sentyabr ayı 2000 (iki min) manat, növbəti aylarda isə hər ay 1 dəfə 300 (üç yüz) manat olmaqla 34 ödəniş ayı və sonuncu ödəniş ayı 4800 (dörd min səkkiz yüz) manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 2300 (iki min üç yüz) manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izhatında bildirmişdir ki, onunla İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində ümumi dəyəri 20000 (iyirmi min) manat olan AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ilkin 3000 (üç min) manat olmaqla ümumilikdə iddiaçıya 5300 (beş min üç yüz) manat pul ödəmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsindən imtina etmir. Sadəcə maddi vəziyyətinin pisləşməsi səbəbi ilə əlaqədar olaraq borcunu ödəyə bilmir. Onu da qeyd etmişdir ki, boşaldılması tələb olunan ev onun və ailəsinin yeganə yaşayış yeridir. Ona zaman veriləcəyi halda qrafik əsasında iddiaçıya olan borcunu ödəməyə hazırdır. Mülki işdə olan sənədlər: İşdə olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki,Zərdab rayon Çallı kəndində yerləşən ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 88.1 kv/m olan fərdi yaşayış evi 20000 (iyirmi min) manata cavabdehə satılmışdır. İşdə olan qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki,Zərdab rayon Çallı kəndində yerləşən 0,27 ha torpaq sahəsi və 88.10 kv/m olan fərdi yaşayış evi iddiaçının adına rəsmiləşdirilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki,tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Zərdab rayon Çallı kəndində yerləşən ümumi sahəsi 0.27 ha olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 88.1 kv/m olan fərdi yaşayış evi cavabdehə 20000 (iyirmi min) manata cavabdehə satılmışdır.Müqavilə predmetinə əsasən cavabdeh iddiaçıya ilkin olaraq 3000 (üç min) manat pul ödəmiş qalan 17000 (on yeddi min) manat borcunu isə 36 ay müddətinə, sentyabr ayı 2000 (iki min) manat, növbəti aylarda isə hər ay 1 dəfə 300 (üç yüz) manat olmaqla 34 ödəniş ayı ərzində və sonuncu ödəniş 4800 (dörd min səkkiz yüz) manat məbləği olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində cavabdeh yuxarıda qeyd olunan öhdəliyi üzrə iddiaçıya ümumilikdə 2300 (iki min üç yüz) manat pul ödəmişdir.Cavabdehə bununla bağlı xəbərdarlıqlar olunsa da lakin, cavabdeh öhdəliklərini icra etməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdeh ünvan 1ində yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılmalı, əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin, Cavabdeh ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 88.10 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.27 ha olan torpaq sahəsindən çıxarılsın, əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-346/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-346/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver