Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-46/2025 21.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 21 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh 499.31 manat əsas borcun, 31.56 manat faiz borcunun, nəğd kredit üzrə 3476.87 manat əsas borcun, 71.91 manat faiz borcunun, ümumilikdə 4079.65 manat kredit borcunun, 60.80 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X1 arasında bağlanmış BPM**********32 nömrəli xx.xx.2020-ci il tarixli X4 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********99 nömrəli xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 4300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1nun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən X1nun kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş 499.31 manat əsas və 31.56 manat faiz borcu, nağd kredit üzrə isə 3476.87 manat əsas və 71.91 manat faiz borcu olmaqla, cəmi 4079.65 manat məbləğində kredit borcu qalmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, lakin, yaranmış borcu hissə-hissə ödənilməsinə razı olduğunu bildirir. Mülki işdə olan sənədlər: İşdə olan "xxxx" ASC ilə X1 arasında bağlanmış BPM**********32 nömrəli xx.xx.2020-ci il tarixli X4 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********99 nömrəli xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 4300 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, cavabdeh X1nun banka BPM**********32 nömrəli Kredit müqaviləsi üzrə ümumilikdə 3548.78 borcu vardır. İşdə olan Zərdab Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında Şəadətnamənin surətindən görünür ki, X1 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Ucar rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1nun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 60.80 manat, bank xidmətinə görə 0,40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış BPM**********32 nömrəli xx.xx.2020-ci il tarixli X4 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmış, həmçinin BPM**********99 nömrəli xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən Borcalana 48 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 4300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1nun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən X1nun kredit xətti müqaviləsi üzrə Banka ödənilməmiş 499.31 manat əsas və 31.56 manat faiz borcu, nağd kredit üzrə isə 3476.87 manat əsas və 71.91 manat faiz borcu olmaqla, cəmi 4079.65 manat məbləğində borcu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 60.80 manat, bank xidmətinə görə 0,40 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh BPM**********32 nömrəli Kredit Müqaviləsi üzrə əsas borca görə 499.31 manat, faiz borcuna görə 31.56 manat, nağd kredit üzrə əsas borca görə 3476.87 manat, faiz borcuna görə 71.91 manat və ödənilmiş dövlət rüsumuna görə 60.80 manat, bank xidmətinə görə 0,40 manat, cəmi 4140.85 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-46/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-46/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver