Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-565/2025 11.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim X1 Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 11 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 2447.07 manat, faiz borcuna görə 0.65 manat, cəmi 2447.72 manat, xidmət haqqqına görə 0.40 manat və dövlət rüsumuna görə 44.48 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********14 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilələrin şərtlərinə əsasən Borcalan həmin müqavilələr ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ucar rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X4 miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payı əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iş matereallarına əlavə olunmuş “Elektron Məhkəmə” X3 görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı "xxxx" ASC tərəfindən göndərilən iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə görə hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə işüzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir vəölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllələrin 254.1.1-ci və 261.0.7-ci maddələrinin dispozisiyası prosesin iştirakçısı olan tərəfi nəzərdə tutur, yəni prosesin iştirakçısı olan tərəf prosesin gedişində vəfat edərsə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə məhkəmə işüzrə icraatı dayandıra, yaxud da barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işin icraatına xitam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 44.48 manat məbləğində dövlət rüsumu tam olaraq "xxxx" ASC -nə qaytarılmalıdır. Məhkəmə hesab edir ki ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “pul təıəbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq cavabdeh X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən, cavabdeh artıq ölmüşdür. Bu səbəbdən iddia tələbinə məhkəmədə baxılması qeyri-mümkün olduğundan, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə Cavabdeh ölməsi faktı təsdiq edildiyindən həmin iddia tələbinə əsasən başlanmış mülki iş üzrə 2(035)-565/2025 saylı işin icraatına xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi ********** nömrəli qəbzə əsasən 44.48 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın və qərardadın həmin hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional maliyyə İdarəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-565/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-565/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver